Məhkəmə qərarları › İş №2(015)-1008/2023

Ağstafa Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(015)-1008/2023

13.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1008/2023 13.12.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X2 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 7400 manat qızıl borcu, və ödənilmiş 94 manat dövlət rüsumu olmaqla, 7494 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasnı xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Daşkəsən şəhəri H.Əliyev küçəsində kiçik sahibkarlıqla məşğul olur. Belə ki, icarəyə götürdüyü mağazada mobil telefon, qızıl-zinət əşyaları və paltar satışı ilə məşğul olur. Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir və VÖEN almışdır. O, Cavabdeh uzun müddətdir tanıyır. Cavabdeh 191 saylı Hərbi hissədə hərbi qulluqçudur. Təxminən 4 ay bundan öncə Cavabdeh onun mağazasına gəlib nisyə qızıl-zinət əşyası götürmüşdür. Həmin qızılın dəyərindən bir qədərini ödəmiş, lakin qalan pulu ödəməmişdir. Dəfələrlə ondan borcunu verməsini tələb etsədə, müxtəlif bəhjanələrlə borcunu ödəməkdən boyun qaçırmışdır. Hazırda cavabdehin 7.400 manat borcu qalmışdır. Ona görə də Cavabdeh 7.400 manat qızıl borcu, və ödənilmiş 94 manat dövlət rüsumu olmaqla, 7.494 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasnı xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında iddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 23 fevral 2023-cü il tarixli, 77777 saylı qızıl-zinət əşyasının alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 6750 manat dəyərində 583 əyyarlı, çəkisi 50 qram olan reket boyunbağı və qolbağı almış, 500 manat ilkin ödəniş etmiş, qalan 6250 manatı hər ay 520 manat olmaqla 12 aya (xx.xx.2023-cü il tarixədək) ödəməyi öhdəsinə götürmüşdür. Həmin borcdan 2080 manat ödəniş etmişdir. İş materiallarında olan 03 may 2023-cü il tarixli, 77177 saylı qızıl-zinət əşyasının alqısatqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 2.600 manat dəyərində 585 əyyarlı, çəkisi 20 qram olan kardinal boyunbağı almış, 400 manat ilkin ödəniş etmiş, qalan 2.200 manatı hər ay 220 manat olmaqla 10 aya (xx.xx.2023-cü il tarixədək) ödəməyi öhdəsinə götürmüşdür. Həmin borcdan 220 manat ödəniş etmişdir. İş materiallarında olan iddiaçının təqdim etdiyi diskdəki videogörüntülərlə cavabdehin qızılzinət əşyalarını alqı-satqısı barədə müqaviləni imza etməsi sübut olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllsəinin 157.2-ci maddəsində nəzərdə tutulduğu kimi, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə uyğun olaraq, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsində nəzərdə tutulduğu kimi, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cu maddəsinə uyğun olaraq, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh 6750 manat dəyərində 583 əyyarlı çəkisi 50 qram olan reket boyunbağı və qolbağı, 2600 manat dəyərində 585 əyyarlı çəkisi 20 qram olan kardinal boyunmağıdan ibarət olan, cəmi dəyərləri 9350 manat dəyərində qızıl-zinət əşyalarını kredit müqaviləsi üzrə verməsi, sonuncunun həmin məbləğdə pulu 12 ay ərzində qaytaracağına söz verməsi, həmin borcdan cəmi 2300 manat qaytarmasını, lakin iddiaçıya olan 7400 manat qalıq borcunu qaytarmaması iş materialları və işin digər halları ilə öz təsdiqini tapdığından və sübuta yetirildiyindən iddia əsaslıdır təmin edilməli, Cavabdeh 583 əyyarlı çəkisi 50 qram olan reket boyunbağı və qolbağı, 2600 manat dəyərində 585 əyyarlı çəkisi 20 qram olan kardinal boyunbağının dəyərindən ödənilməmiş qalan 7400 manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 238, 241-242-ci, 244-cü və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh 7400 manat qızıl borcu və ödənilmiş 94 manat dövlət rüsumu olmaqla, 7494 manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qətnamənin ləğvi üçün Ağstafa Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnaməin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay müddətində qüvvəyə minir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar