Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-101/2024 17.10.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Türkən Qoşqar qızı Hüseynlinin katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi Vəkil2, Cavabdeh1 və onun nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 borc aldığı 16840 manat pulun və 140,50 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edib Cavabdeh1 3337 manat pulun, eyni zamanda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6500 manat pulun və 140,50 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsi). İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun etibarından sui-istifadə edərək onun 16840 manat pulunu ələ keçirmişdir. Belə ki, cavabdeh onun əri ilə eyni hərbi hissədə xidmət etmişdir. Onun əri Nurlan Məmmədov şəhid olduqdan sonra cavabdeh onlara tez-tez gəlib getməyə başlamış, yaşadığı evin ev şəraitininin yaxşılaşdırılması üçün ona köməklik göstərmişdir. Bundan sonra cavabdehə etibarı yaranmışdır. Cavabdeh1 2022-ci ilin avqust ayından başlayaraq oktyabr ayına kimi ondan ipotekaya ev götürmək adı ilə ilkin ödəniş kimi 16840 manat pul almışdır. Pulun 7000 manatını qardaşı vasitəsilə vermişdir. 7000 manat tələbi qardaşına aid olduğundan o, həmin hissədə tələbini geri çəkir. Pulları ələ keçirdikdən sonra cavabdeh onlardan qaçmağa başlamış, telefonlarına cavab verməmiş, cavab verdikdə isə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirməklə ələ keçirdiyi pulları verməkdən yayınır. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsini isə onunla əsaslandırmışdır ki, Cavabdeh1 2022-ci ilin avqust ayından başlayaraq 2023-cü ilin mart ayına kimi ondan ipotekaya ev götürmək adı ilə ilkin ödəniş kimi 16840 manat pul almışdır. O, iki il əvvəl qardaşına müvəqqəti saxlamaq üçün 7000 manat pul vermişdir. Cavabdeh1 isə ondan pul istəyərkən qardaşına həmin pulu Cavabdeh1 verməsini bildirmiş, qardaşı da pulu cavabdehə vermişdir. Bundan sonra cavabdeh ondan 3850 manat pul istəmiş, həmin pulu da cavabdehə vermişdir. Cavabdeh1 həmin pulu aldıqdan sonra 4 ay hər ay 390 manat olmaqla, cəmi 1560 manat pul qaytarmış, 2290 manat borcu qalmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 27 manat, xx.xx.2023-cü il tarixdə isə 20 manat pul terminalı vasitəsilə cavabdehə pul göndərmiş, cavabdehin ona 3337 manat borcu yaranmışdır. Bundan sonra cavabdeh ondan 10000 manat pul istəmiş, cavabdehə pulunun olmadığını bildirdikdə köməklik göstərməsini xahiş etmiş, bundan sonra cavabdehlə razılaşmışdır. Həmin gün üzərində 6500 manat pul olmuş, cavabdeh isə pulu tanış taksi göndərəcəyini və taksi sürücüsünə verməyini bildirmişdir. Bundan bir neçə dəqiqə keçmiş ağ rəngli “VAZ 2107” markalı, ** BC *** dövlət nömrə nişanlı taksi onun Qazax şəhəri Mərkəzi Kolxoz Bazarının ətrafında yerləşən kirayə yaşadığı evin qarşısına gələrək 6500 manat pulu ondan götürüb Rasimə göndərmişdir. Həmin taksi sürücüsü isə digər Cavabdeh2dur. Cavabdehə verdiyi pula görə aralarında etibar olduğundan yazılı sənəd ondan tələb etməmişdir. Lakin telefonda Cavabdeh1 onun qardaşına ona 10000 manat borcu olduğunu etiraf etmişdir. Cavabdeh1 3337 manat, eyni zamanda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6500 manat borcları vardır. Ona görə də iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı mərhum dostu və iş yoldaşının arvadıdır. İddiaçının həyat yoldaşı vəfat etdikdən sonra onlara tez-tez gedib-gəlmiş, evlərinin təmir işlərində köməklik göstərmişdir. O, iddiaçıdan heç vaxt ipotekaya ev götürmək adı ilə pul almamış və onun iddiaçıya borcu yoxdur. Belə ki, iddiaçının ona 2850 manat borcu olduğundan həmin borcu göndərmək istəmiş, o da iddiaçıya pulu tanış taksi göndərəcəyini və taksi sürücüsünə verməsini verməyini bildirmişdir. İddiaçı da həmin məbləğdə pulu taksi vasitəsilə ona göndərmiş və taksi sürücüsü pulu onun kartına göndərmişdir. Həmin taksi sürücüsü - digər Cavabdeh2dur. Bundan başqa, iddiaçının ona pul terminalı vasitəsilə xx.xx.2023-cü il tarixdə göndərdiyi 1000 manatı, xx.xx.2023-cü il tarixdə göndərdiyi 27 manatı, xx.xx.2023-cü il tarixdə göndərdiyi 20 manatı kartla iddiaçıya qaytarmışdır. Lakin bu barədə sübutu yoxdur. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi, vəkil X2 iddia tələbini qəbul etməyərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. İddiaçını əvvəllər tanımamışdır. Cavabdeh1 ilə isə münasibəti yaxşı olmuşdur. Belə ki, Cavabdeh1 onun taksisindən dəfələrlə istifadə etmişdir. Bir dəfə Cavabdeh1 bir nəfər qadından pul götürərək onun kartına atmasını bildirmiş, o da həmin şəxsdən 2800-2850 manat civarında pulu götürüb Cavabdeh1 verdiyi kartlara göndərmişdir. Onun iddiaçıya borcu yoxdur. Ondan borc almamışdır. Cavabdehin xahişini yerinə yetirərək pulu iddiaçıdan götürüb cavabdehə çatdırmışdır. Ona görə də qeyd etdiklərini nəzərə alıb ona qarşı olan iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək iddianın Cavabdeh2 aid hissəsinin təmin olunmamasını xahiş etdi. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki halda iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, cavabdehlərin ona aralarında olan hər hansı bir razılaşma əsasında Cavabdeh1 3337 manat, eyni zamanda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birlikdə ona 6500 manat borcunun olmasını sübut etməlidir. İddiaçının qeyd etdiyi xüsusatlar üzrə mülki işin araşdırılması zamanı məlum olmuşdur ki, iddiaçı Cavabdeh1 pul terminalı vasitəsilə xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 27 manat, xx.xx.2023-cü il tarixdə isə 20 manat pul göndərmiş, sonuncu da həmin pulları qəbul etmişdir. Bu hal mübahisəsizdir. Belə ki, iş materiallarında olan qəbzlər və Cavabdeh1 izahatı ilə təsdiq olunur. İş üzrə Cavabdeh1 iddiaçının ona pul terminalı vasitəsilə xx.xx.2023-cü il tarixdə göndərdiyi 1000 manatı, xx.xx.2023-cü il tarixdə göndərdiyi 27 manatı, xx.xx.2023-cü il tarixdə göndərdiyi 20 manatı kartla iddiaçıya qaytarmasını bildirmişdir. Hazırki halda qeyd edilən faktları sübutetmə yükü bilavasitə cavabdehin üzərinə düşür və lakin həmin faktları cavabdeh sübut etməlidir. Lakin, cavabdeh izahatında həmin faktları təsdiq edəcək sübutlarının olmamasını bildirmiş və qeyd etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçı qarşısında qaytarılmamış 1047 manat borc pul öhdəliyi vardır. Cavabdeh izahatında iddiaçının ona borcu olmasını və məhz, 1047 manatın borcun qaytarılması kimi qiymətləndirilməsini xahiş etmişdir. Lakin məhkəmədə iddiaçının cavabdehə borcu olması faktı öz təsdiqini tapmamışdır. İddiaçı haqlı olaraq qeyd edir ki, onun cavabdehə borcu olduğu halda, sonradan Azər vasitəsilə nə səbəbdən borc alır. Bundan başqa, iddiaçı Cavabdeh2 özünə məxsus “VAZ 2107” markalı, ** BC *** dövlət nömrə nişanlı avtomobilin onun Qazax şəhəri Mərkəzi Kolxoz Bazarının ətrafında yerləşən kirayə yaşadığı evin qarşısına gələrək 6500 manat pulu ondan götürüb Cavabdeh1 göndərməsini bildirərək həmin pulu hər iki şəxsdən tələb etmişdir. İddiaçının qeyd etdiyi xüsusatlar üzrə mülki işin araşdırılması zamanı məlum olmuşdur ki, Cavabdeh2 özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. İddiaçını isə tanımır. Cavabdeh1 ilə isə münasibəti yaxşı olmuşdur. Belə ki, Cavabdeh1 onun taksisindən dəfələrlə istifadə etmişdir. Bir dəfə Cavabdeh1 bir nəfər qadından pul götürərək onun kartına atmasını bildirmiş, o da həmin şəxsdən 2850 manat pulu götürüb Cavabdeh1 vermiş, sonuncu isə həmin pulu qəbul etmişdir. Bu hal mübahisəsizdir. Belə ki, hər iki cavabdehin izahatları ilə təsdiq olunur. Qeyd olunur ki, iddiaçı Azər vasitəsilə 6500 manat verməsini qeyd etsə də, həmin məbləğin verilməsinə dair mötəbər sübut təqdim etməmişdir. Cavabdeh isə Azər vasitəsilə 2850 manat almasını bildirmişdir. Azər də iddiaçıdan aldığı pulun 2800-300 arası olmasını bildirmişdir. Bu səbəbdən məhkəmə borcun iddia etiraf olunan məbləğdə, yəni 2850 manat məbləğində müəyyən edir. İş üzrə Cavabdeh1 iddiaçının ona 2850 manat borcu olduğundan həmin borcu taksi vasitəsilə ona göndərməsini və həmin pulu qəbul etməsini bildirmişdir. Hazırki halda qeyd edilən faktları, yəni iddiaçının Cavabdeh1 borcunun olmasını, həmin pulu borcun ödənilməsi üçün göndərilməsini sübutetmə yükü bilavasitə cavabdehin üzərinə düşür və lakin həmin faktları cavabdeh sübut etməlidir. Lakin, cavabdeh izahatında həmin faktları təsdiq edəcək sübutlarının olmamasını bildirmiş və qeyd etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçı qarşısında qaytarılmamış 2850 manat borc pul öhdəliyi vardır. Bundan başqa, məhkəmə hesab edir ki, iddia tələbi digər Cavabdeh2 aid hissədə əsassızdır. Belə ki, Cavabdeh2 iddiaçı qarşısında hər hansı bir borc öhdəliyi və mülki məsuliyyəti yoxdur. Cavabdeh2 iddiaçını tanımamış, iddiaçı ilə aralarında hər hansı bir öhdəliyin yaranması üçün razılaşma olmamış, o, vasitəçi kimi pulu iddiaçının və Cavabdeh1 razılığı ilə iddiaçıdan götürüb Cavabdeh1 vermiş, sonuncu da pulu qəbul etmişdir. Belə olan halda iddia tələbi Cavabdeh2 aid hissədə təmin oluna bilməz. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış borc müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Sadalanan maddi hüquq normalarını tətbiq edərək məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı müxtəlif vaxtlarda aldığı cəmi 3897 manat borcu qaytarmaq öhdəliyi daşıyır. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 140 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “X3 Azərbaycan Respublikası Qanunu”nun 8.1.2-ci maddəsinin tələblərinə əsasən, məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Hazırki iddianın təmin olunan hissəsi isə 3897 manat olduğundan ödənilməli dövlət ürsumun məbləği 58,97 manat təşkil edir. Bu səbəbdən həmin məbləğ Cavabdeh1 tutularaq İddiaçı verilməlidir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı qarşısında qaytarılmamış 3897 manat məbləğində borc öhdəliyi olması, digər Cavabdeh2 iddiaçı qarşısında hər hansı bir öhdəliyinin olmaması sübuta yetirildiyindən, iddia qismən təmin edilməli, Cavabdeh1 3897 manat borc və 58,97 manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh1 3897 manat borc və 58,97 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-101/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-101/2024
17.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver