Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1012/2024 10.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı 2 saylı X1 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı 2 saylı X1 Mərkəzi iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh meşə fondu sahəsində qanunsuz ağac kəsilməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi 217,31 manat pulun ondan tutulub 2 saylı X1 Mərkəzinin AZ41NABZ******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 2 saylı X1 Mərkəzi iddiasını onunla əsaslandırmışdır ki, 2 saylı X1 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Mərkəzin Poylu meşəbəyliyinin 2 saylı meşə dolayısında reyd keçirən zaman Ağstafa rayonu Qıraq Kəsəmən kənd sakini Cavabdeh tərəfindən qanunsuz ağac kəsilməsi faktı müəyyən edilmişdir. Cavabdeh barəsində müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və toplanmış material İXM-nin 103.1-ci maddəsinə əsasən səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmişdir. Eyni zamanda Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində Dövlət meşə fonduna AR NK-nin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 217,31 manat məbləğində maddi zərərin vurulması müəyyən edildiyindən xx.xx.2024-cü il tarixli 3-14- 27-12/2-021/2024 nömrəli məktublarla vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi tələb edilmiş, lakin o bundan imtina etmişdir. Ona görə də iddiaçı təşkilat tərəfindən hazırki tələblə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, meşə fondu ərazisində ağac kəsməmiş, gətirdiyi odunları yerdən yığmışdır. Məhkəmə iclaslarının vaxtı yeri haqqında iddiaçı 2 saylı X1 Mərkəzinin nümayəndəsinə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185ci maddəsini rəhbər tutaraq işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə cavabdehi dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 3(015)-524/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh şikayəti təmin edilmiş, onun barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən X2 tərəfindən tərtib olunmuş 16 fevral 2024-cü il tarixli, MN1783762 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Gəncə Appellyasiya Məhkəməsinin 3(104)-277/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-in 253.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın qərarının ləğv edilməsi və işin yenidən araşdırılması üçün 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməsinə dair Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(015)-524/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 46-cı maddəsinə əsasən meşə fondunun mühafizəsi dövlət tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən meşə fondundan istifadə zamanı meşə istifadəçiləri meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən edilmiş qaydada ödəməyə borcludurlar. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki halda iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, cavabdehə aralarında olan hər hansı bir razılaşma əsasında kreditə götürdüyü borc pulun hamısını oğluna verdiyini və sonuncunun həmin pulu qaytarmadığını sübut etməlidir. Göründüyü kimi, Cavabdeh barəsində meşə fondu ərazisində qanunsuz ağac kəsilməsi faktı əsasında 31 yanvar 2024-cü il tarixdə akt və eyni tarixli protokol tərtib olunmuşdur. Onun barəsində toplanmış materiallar qərar verilməsi üçün 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinə göndərilmişdir. Həmin idarə tərəfindən onun barəsində 16 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin dəymiş ziyana görə 217,31 manat zərər məbləği müəyyən edilmişdir. Həmin qərardan Cavabdeh tərəfindən Ağstafa Rayon Məhkəməsinə şikayət verilmiş və Məhkəmənin 3(015)-524/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə onun barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən X2 tərəfindən tərtib olunmuş 16 fevral 2024-cü il tarixli, MN1783762 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilməsi qərara alınmışdır. Ağstafa Rayon Məhkəməsinin mövcud qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayət isə Gəncə Appellyasiya Məhkəməsinin 3(104)-277/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmiş, Ağstafa Rayon Məhkəməsinin 3(015)-524/2024 saylı, xx.xx.2024cü il saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu hüquqla və qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Mülki hüquq pozuntusu törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu delikt nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, babelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi erərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, hazırki iddia tələbi Cavabdeh xx.xx.2024-cü il tarixdə hüquqa zidd hərəkəti nəticəsində meşə fonduna vurulmuş zərərə görə verilmiş, həmin zərərin onun tərəfindən törədilməsi isə barəsində tərtib olunmuş protokola və qərara əsaslansa da həmin protokola və qərar üzrə onun barəsində inzibati xəta faktı aşkar edilməmişdir. Bu barədə birinci instansiya və apellyasiya instansiya məhkəməsinin qərarları mövcuddur. Belə olan halda Cavabdeh xx.xx.2024-cü il tarixdə hər hansı bir hüquq pozuntusu törətməsi və həmin pozuntu nəticəsində meşə təsərrüfatına zərər vurması öz təsdiqini tapmır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı 2 saylı X1 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı 2 saylı X1 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-1012/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1012/2024
10.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver