Məhkəmə qərarları › İş №2(015)-107/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-107/2025

14.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-107/2025 14.05.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqının və dəymiş ziyanlığın ödənilməsi tələbinə dair iddia ərizəsi, habelə Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqılı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında bağlanılmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə ödənilməmiş 3996 manat icarə haqqı, torpaq sahəsi icarədə olduğu müddətdə yataqda istifadə edilən sub-artezian quyusunun su nasosunun, torpaq sahəsində yerləşən yatağın yararsız hala salınmasına görə 500 manat məbləğində dəyən zərər olmaqla ümumlikdə 4496 manat pulun və 65 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı iddia ərizəsinə əlavə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ümumilikdə 8200 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qarşı olan ilkin iddianın təmin edilməməsi, cavabdeh İddiaçı tikinti işləri üçün xərclədiyi 4694 manat pulun və 67,40 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib ifadəsində göstərdi ki, cavabdehlə iddiaçı arasında icarə müqaviləsi bağlanmasına baxmayaraq 2024-cü ilin oktyabr ayında icarə müqaviləsini ödəmədən və xəbərdarlıq etmədən fermadan çıxıb getmişdir. Həmin icarə haqqının ödənilməsini tələb edir. Onun şəxsi vəsaiti ilə aldığı artezian nasosunu fermadan götürüb aparmışdır. İkinci tələbi həmin nasosun qaytarılmasıdır. Bundan başqa cavabdehə təhvil verilmiş fermanın iki yerində dağıntı işləri aparılmış və həmin ziyanlığı da tələb edir. Onlara ümumilikdə 8200 manat ziyan dəymişdir. Ona görə də ilk iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin isə rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edib, ilk iddianı qəbul etməyib izahatında göstərmişdir ki, o, iddiaçıya məxsus yataqda təsəttüfat ilə məşğul olmuşdur. Ailəsi ilə birlikdə yatağa köçən zaman heç bir şərait olmadığı üçün, iddiaçının razılığı ilə təmir-tikinti işləri aparmış, fəaliyyət göstərmək üçün şərait yaratmışdır. İddiaçı onunla razılaşmışdır və belə razılığa gəlmişlər ki, təmir üçün çəkilən xərclər icarə haqqı ilə əvəzləşəcəkdir. Ümumilikdə təmir-tikinti işləri üçün 4694 manat pul xərclənmişdir. İddiaçı qeyd edir ki, guya o, fermanı sökmüşdür. Belə ki, fermanın bəzi yerlərində təbii fəlakətdən, yəni yağışın təsirindən sökülmə baş vermişdir. İddiaçının özünün razılığı ilə fermada otaq tikmişdir. Razılaşmaya əsasən həmin otağın tikintisinə sərf edilən məbləğ arendanın pulundan çıxılmalı idi. Hər il iddiaçının icarə haqqını ödəmişdir. Sonuncu il isə iddiaçı ona fermanı başqa şəxslərə 6000 manata icarəyə vermək istədiyini bildirmişdir. Buna görə də o, fermadan çıxmışdır. Sub-artezian quyusunun su nasosunu isə Su İdarəsinin əməkdaşları təmir üçün çıxarmışlar. Su nasosunun ona heç bir aidiyyatı yoxdur. Fermadan çıxdıqdan sonra oraya çəkdiyi xərci iddiaçının atası Vidadidən tələb etdikdə onu məhkəməyə vermişdir. Ona görə də qarşılıqlı iddia tələbinin təmin olunmasını, ilk iddia tələbinin isə rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının məhkəmə iclasında vermiş olduğu izahatını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin olunmamalıdır. İş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, İddiaçı adına xx.xx.2020-ci il tarixdə Ağstafa rayonu Göycəli kəndində 20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi əsasında İddiaçı həmin torpaq sahəsini xx.xx.2023-cü il tarixədək Cavabdeh aylıq 333 manat ödəmək şərti ilə icarəyə vermişdir. İcarə müddətinin bitməsinə bir ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha bir il müddətinə uzadılmış hesab edilir. İddiaçı cavabdehin yataqdan 2024-cü ilin oktyabr ayında çıxmasını bildirir. Cavabdeh də məhz yataqdan 2024-cü ilin oktyabr ayında çıxmasını təsdiqləmişdir. Faktiki tərəflər arasında icarə münasibətləri xx.xx.2022-ci il tarixdən 2024-cü ilin oktyabr ayına kimi davam etmişdir. Məhkəmə həm ilkin, həm də qarşılıqlı iddia tələbləri üzrə qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki halda iddia tələbi üzrə sübutetmə yükü bilavasitə tərəflərin üzərinə düşür və məhz onlar iddiaları üzrə qeyd etdiyi faktları sübut etməlidir. İş üzrə ilk iddianı verən İddiaçı Cavabdeh tərəfindən icarə haqqının ödənilməməsini, artezian nasosunu fermadan aparılmasını, təhvil verilmiş fermanın iki yerində dağıntı işləri aparılmasını iddia edərək həmin ziyanlığa görə Cavabdeh ümumilikdə 8200 manat pulun onun xeyrinə tutulmasını tələb edir. İlk növbədə məhkəmə icarə haqqının ödənilməməsi məsələsinə münasibət bildirərək qeyd edir ki, icarə haqqı üçün cavabdehdən 3966 manat pul tələb edir ki, bu da 1 illik icarə haqqını təşkil edir. Halbuki, tərəflər arasında icarə münasibətləri 2022-ci ilin dekabr ayından başlamışdır. 2022-2023-cü illər üçün icarə haqqını iddiaçı cavabdehdən tələb etmir və bildirir ki, icarə haqqını nəgd şəkildə almışdır. Lakin pulun alınmasına dair heç bir yazılı sənəd mövcud deyildir. İcarə haqqı ilə bağlı pul 2023- 2024-cü illər üçün tələb olunur. Cavabdeh bildirir ki, necə 2023-cü ildə, eləcə də 2024cü ildə icarə haqqını iddiaçıya əlbəəl vermişdir. Münasibətlər pozulandan sonra əsassız olaraq ondan 1 illik icarə haqqını yenidən tələb edir. Münasibətlərin pozulmasına səbəb də, iddiaçı tərəf olmuşdur. İcarə haqqını 6000 manata qaldırmış, ödəmədiyi halda başqa şəxsə 6000 manata verəcəyini bildirmişdir. Bu səbəbdən, o, 2024-cü ilin oktyabr ayında yatağı boşaltmışdır və bu vaxta qədər yataq boş qalmışdır. 2024-cü il üçün icarə haqqını vaxtında ödəməsəydi, iddiaçı ona yataqda fəaliyyət göstərməyə imkan verməzdi. Məhkəmə icarə haqqı ilə bağlı cavabdehin digər bir dəlilini də nəzərdən keçirir. Cavabdeh qarşılıqlı iddiasında qeyd edir ki, ailəsi ilə birlikdə yatağa köçən zaman heç bir şərait olmadığı üçün, iddiaçının razılığı ilə təmir-tikinti işləri aparmış, fəaliyyət göstərmək üçün şərait yaratmışdır. İddiaçı onunla razılaşmışdır və belə razılığa gəlmişlər ki, təmir üçün çəkilən xərclər icarə haqqı ilə əvəzləşəcəkdir. Ümumilikdə təmir-tikinti işləri üçün 4694 manat pul xərclənmişdir. Yataqda cavabdehin ailəsi ilə köçməsi üçün müəyyən işlərin görülməsi hər iki tərəfin mövqeyi ilə təsdiq olunur. İddiaçı tərəf cavabdehin orada müəyyən işlər görməsinə razı olmasaydı, Müqavilənin 9-cu bəndinə uyğun olaraq etirazını bildirərdi. 9-cu bənddə qeyd olunur ki, icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, cavabdeh tərəfindən yataqda fəaliyyət göstərmək üçün faktiki təmir-tikinti işləri görülmüş, iddiaçı tərəf buna etiraz etməmiş, bu halda təsərrüfatın gələcək normal fəaliyyəti üçün lazımınca şərait yaradılması iddiaçıya aid hesab edilməlidir. Həmçinin, cavabdeh icarə haqqı ödəmədiyi halda, onun fəaliyyətinin davam etdirilməsinə iddiaçının etiraz etməməsi, pretenziya məktəbu belə göndərməməsi, iddiaçının icarə haqqının ödənilməməsi ilə bağlı mövqeyini əsaslı hesab etmək olmaz. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə torpaq sahəsini icarəyə verdiyi üçün, iddia tələbi Mülki qanunvericiliyin əmlak kirayəsi ilə bağlı deyil, torpaq icarə müqaviləsinə aid normaları tətbiq edilməklə yoxlanılmalıdır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 701.1-ci maddəsinə əsasən icarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir. Əgər müqavilənin iştirakçıları bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə ləvazimatın verilməsi şərtini qoymurlarsa, icarəyə verən bütün ləvazimatı olduğu şəkildə saxlamalıdır. İcarəyə verən icarəçinin cavabdeh olmadığı hər hansı hallar nəticəsində sıradan çıxan ləvazimat obyektlərini əvəz etməyə borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların və heyvanların adi sıradan çıxmasının yerini doldurmağa təsərrüfatın lazımınca aparılmasına uyğun gələn dərəcədə borcludur. Həmin Məcəllənin 710.3-cü maddəsinə əsasən icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. İddiaçının digər tələbi, sub-artezian quyusunun su nasosunun əvəzinə cavabdehdən pul tələbi ilə bağlı məhkəmə qeyd edir ki, müqavilədə torpaq sahəsi üzərində hər hansı bir ləvazimat olması göstərilməmişdir. Cavabdehin belə bir ləvazimatı qoruyub saxlamaqla bağlı müqavilə öhdəliyi yoxdur. Digər tərəfdən cavabdeh su nasosunun su təsərrüfatı əməkdaşları tərəfindən götürülməsi bildirilir. İddiaçı isə öz növbəsində su nasosunun cavabdeh tərəfindən götürülməsini təsdiq edəcək hər hansı bir sübuta malik deyil. Bu halda məhkəmə ziyanın əvəzinin ödənilməsi ilə bağlı iddia tələbini əsassız hesab edir. O cümlədən, iddiaçının 4200 manat dəyərində əmlakının itməsi, korlanmasına dair iddia tələbi üzrə məhkəmədə konkret tələbin əsasını təşkil edən sübutun olması müəyyən edilmədi. Cavabdeh yataqdan iddiaçıya aid hər hansı bir əşyanın itməsi və ya korlanması halının baş vermədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb еtmək hüququnа mаlik оlаn şəхs оnа vurlulmuş zərərin əvəzinin tаm ödənilməsini tələb еdə bilər, bu şərtlə ki, qаnundа və yа müqаvilədə zərərin əvəzinin dаhа аz miqdаrdа ödənilməsi nəzərdə tutulmаsın. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərər dеdikdə, hüququ pоzulmuş şəхsin pоzulmuş hüququnu bərpа еtmək üçün çəkdiyi və yа çəkməli оlduğu хərclər, əmlаkındаn məhrum оlmаsı və yа əmlаkının zədələnməsi (rеаl zərər), hаbеlə hüququ pоzulmаsаydı, həmin şəхsin аdi mülki dövriyyə şərаitində əldə еdəcəyi gəlirlər (əldən çıхmış fаydа) bаşа düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Nəzərə alınmalıdır ki, hazırki iddia tələbləri bilavasitə sübutetmə ilə bağlıdır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunverciliyə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Bu səbəbdən də mülki hüquqi məsuliyyətin əsasında şəxsin qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətləri dayanır. Kobud ehtiyatsızlıqda şəxs öz hərəkətinin və ya hərəkətsizliyinin zərərli nəticələr baş verə biləcəyi aşkar göründüyü halda etinasızlıq göstərərək onların qarşısını almır, adi ehtiyatsızlıqda isə baş verə biləcək zərərli nəticələr aşkar görünmür, onların aşkarlanması üçün xüsusi diqqət və qayğı tələb olunur. Yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması üçün bir sıra əsasların mövcudluğu tələb olunur. Sadalanan qanunvericilik normalarını tətbiq edərək, iddiaçının iddia tələbi üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı vermiş olduğu iddia tələbinin əsası kimi istinad edilən halları, yəni, cavabdehin icarə haqqını ödəməməsini, onun təqsirli, hüquqa zidd hərəkətləri ilə iddiaçıya ziyаn vurulmаsını, cavabdehin hərəkətləri ilə ziyаn vurmа аrаsındа səbəbli əlаqənin оlmаsını sübuta yetirmək iddiaçının vəzifəsi olduğundan və iş materiallarında yuxarıda qeyd olunanları təsdiq edən hər hansı bir sübut müəyyən olunmadığından, iddiaçının iddia tələbləri əsassızdır və rədd edilməlidir. Bundan başqa məhkəmə Cavabdeh qarşılıqlı iddia tələbi üzrə icarəyə götürdüyü fermada iddiaçının razılığı ilə otaq tikməsini, həmin otağın tikintisinə 4694 manat xərc çəkməsini və çəkdiyi xərclərin İddiaçı onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, həmin faktlar üzrə sübutetmə yükü Cavabdeh üzərinə düşür. O, həmin tələbinin əsaslı olmasını sübut etməlidir. Həmin hallar isə məhkəmə iclasında öz təsdini tapmamış və bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bununla da İddiaçı hər hansı təqsirli qanunsuz hərəkətləri nəticəsində Cavabdeh maddi ziyanın vurulması, vurulmuş ziyanla onun hərəkətləri arasında səbəbli əlaqənin olmasına dair halları da müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən Cavabdeh iddia tələbinin əsası kimi istinad edilən halları, yəni, icarəyə götürdüyü yataqda iddiaçının razılığı ilə otaq tikməsini, həmin otağın tikintisinə 4694 manat xərc çəkməsi, bu səbəbdən ona maddi ziyan vurulması, həmin ziyanın İddiaçı təqsirli, hüquqa zidd hərəkətləri ilə vurulmаsını, İddiaçı hərəkətləri ilə ziyаn vurmа аrаsındа səbəbli əlаqənin оlmаsını sübuta yetirmək Cavabdeh vəzifəsi olduğundan və iş materiallarında yuxarıda qeyd olunanları təsdiq edən hər hansı bir sübut müəyyən olunmadığından, Cavabdeh qarşılıqlı iddia tələbi əsassızdır və rədd edilməlidir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqının və dəymiş ziyanlığın ödənilməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqılı iddia tələbləri əsassız olduğundan iddia təmin edilməməlidir. İddia tələbləri təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı Cavabdeh qarşı icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqının və dəymiş ziyanlığın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Elvir Lətif oğlu X1 Aşırova qarşı pul tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar