Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1094/2024 10.10.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi X10 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi, alimentin sabit pul məbləğində tutulması və uşağa baxan anaya alimentin tutulması tələbi barədə” iddia ərizəsi üzrə mülki işə Ağstafa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək xx.xx.1992-ci ildə Ağstafa rayonu, Qırılı kəndində anadan olmuş və hazırda Ağstafa rayonu, Qırılı kəndinəd yaşayan və qeydiyatda olan Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü Onur adlı uşağın atası olması, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü Onurun və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər ay bir uşağın saxlanması üçün 235 manat olmaqla ümumilikdə 470 manat məbləğində alimentin tutulması, xx.xx.2023-cü il təvəllüdlü Onur adlı uşağın 3 yaşı tamam olanadək əlavə olaraq uşağa baxan anaya 100 manat alimentin, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat mediasiya xərcinin yarısı olan 25 manatın və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh ilə 2018-ci ildə qeyri-rəsmi ailə həyatı qurmuşdur. Nikahları rəsmiləşdirilməmişdir. Birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü Onur və xx.xx.2020-ci il təvəllüdlü Mələk adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri normal olsa da sonradan baş vermiş ziddiyyətlər ailənin dayaqlarını sarsıtmış və faktiki olaraq 2024-cü ilin təxminən fevral və mart ayından azyaşlı uşaqları ilə birlikdə atası evinə köçmüş və orada yaşayırlar. Cavabdeh hal-hazırda Rusiya Fedeasiyasında yaşayır. Faktiki olaraq ayrı yaşayırlar. xx.xx.2023-cü il təvəllüdlü Onur adlı uşaqları dünyaya gəldikdən sonra cavabdeh bu vaxta qədər ata kimi öz vəzifələrinin icrasına laqeyd yanaşmış, uşağa qəsdən atalığını verməmiş, bu da uşağın doğum haqqında şəhadətnaməsində cavabdehin soyadının yazılmamasına səbəb olmuş, məcbur qalaraq öz soyadında qeyd etdirmişdir. Cavabdeh Rusiya Federasiyasında işləyərək fərdi əməklə məşğul olur yüksək məbləğdə qazanc əldə edir. Odur ki, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü Onur adlı uşağın atası olması barədə, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü Onur adlı uşağın və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər ay bir uşağın saxlanması üçün 235 manat olmaqla ümumilikdə 470 manat məbləğində alimentin tutulmasını, xx.xx.2023-cü il təvəllüdlü Onur adlı uşağın 3 yaşı tamam olanadək əlavə olaraq uşağa baxan anaya 100 manat alimentin, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat mediasiya xərcinin yarısı olan 25 manatın və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM-nin) 185-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X3 (iddiaçının anası) ifadəsində göstərmişdir ki, iddiaçı onun qızıdır. Əsl həqiqəti üzə çıxartmaq üçün könüllü ifadə vermək istəyir. Bir ana kimi Cavabdeh dəfələrlə qızı ilə rəsmi nikah bağlamağını bildirsə də heç bir əhəmiyyəti olmamış, cavabdeh bunu əhəmiyyətsiz şəkildə qarşılamışdır. Belə ki, qızının iki uşağı olmağına baxmayaraq, uşaqlardan birinə atalıq verdiyini digər uşaq xx.xx.2023cü il təvəllüdlü Onur adlı uşağa isə atalığını vermədiyini qeyd etmişdir. İddiaçının cavabdehlə birlikdə yaşadığı dövürdə çox əziyyət çəkdiyini cavabdehin hal-hazırda Rusiya Federasiyasında olduğunu qeyd etmişdir. Şahid qismində dindirilmiş X5 və X6 şahid X3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. “Doğum haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixində və X8 xx.xx.2023-cü il tarixində doğulmuşdur, iddiaçı həmin uşaqların anasıdır. Doğum haqqında şəhadətnamədə X1 doğum qeyd edilərkən atalıq müəyyən edilmişdir. Lakin digər uşağın adı “X8” kimi yazılmışdır. Göründüyü kimi, doğum qeyd edilərkən atalıq müəyyən edilməmiş, uşaqlar nikahı olmayan anadan olduğundan və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadığından Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 46.3-cü maddəsinin göstərişinə uyğun olaraq doğum haqqında şəhadətnamələrdə uşaqların atasının soyadının əvəzinə ananın soyadı yazılmış, uşaqların atasının və babasının adı isə uşaqların anasının göstərişi üzrə yazılmışdır. Ailə Məcəlləsinin 75 və 76-cı maddələrinin tələbləri baxımından aliment tələbinin təmin edilmısi üçün ilk növbədə cavabdehin həmin uşaqların valideyni (atası) olması müəyyən edilməlidir, çünki aliment ödəmək valideynin vəzifəsidir. Doğum haqqında şəhadətnamələrdə cavabdeh uşaqların valideyni kimi yazılmasa da, o, həmin uşaqların atası olması faktlarla müəyyən edilmişdir. Müəyyən olunmuşdur ki, onlar faktiki olaraq ayrılmışlar, uşaq anasının yanında yaşayır. Cavabdeh uşağın valideyni olsa da uşağı saxlamır, odur ki, uşağın saxlanması üçün ondan aliment tutulmalıdır. Belə ki, Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İddiaçı cavabdehdən tutulacaq alimentin miqdarının hər uşaq üçün 235 manat olmaqla umumilikdə 470 manat aliment müəyyən edilməsini tələb etsə də, cavabdehin qazancı və gəlirləri barədə məhkəməyə sübut təqdim etməmişdir. Beləliklə, mülki işdə cavabdehin qazancı və gəlirləri barədə heç bir sübut yoxdur. Məhkəmə hesab edir ki, aliment hər uşağa görə 160 manat olmaqla ümumilikdə 320 manat məbləğində müəyyən edilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, işləmək və hər uşağa görə 160 manat olmaqla ümumilikdə 320 manat məbləğində aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alır və hesab edir ki, alimentin miqdarının hər uşağa görə 160 manat olmaqla ümumilikdə 320 manat məbləğində müəyyən edilməsi, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat mediasiya xərcinin yarısı olan 25 manatın və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun cavabdehdən tutulması qanunvericiliyin tələbinə uyğundur. İddiaçı xx.xx.2023-cü il təvəllüdlü Onur adlı uşağın 3 yaşı tamam olanadək əlavə olaraq uşağa baxan anaya 100 manat məbləğində aliment tələb etsə də bu tələb əsassızdır. Belə ki, Ailə Məcəlləsinin 84.1-ci maddəsinə görə ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə görə bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad ərin aliment ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Lakin həmin maddədən görünür ki, belə halda aliment buna zəruri vəsaitə malik olan ərdən tələb edilə bilər. Odur ki, tələbin təmin edilməsi üçün ərin zəruri vəsaitə malik olması sübut olunmalıdır. Lakin cavabdehin zəruri vəsaitə malik olması sübut olunmur. Azərbaycan Respublikası AM-in 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı aliment tutulması üçün xx.xx.2024-cü il tarixində Məhkəməyə müraciət etdiyindən aliment həmin tarixdən başlayaraq tutulmalıdır. İddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddianın cavabdehin qazancından və başqa gəlirlərindən hər uşağa görə 160 manat olmaqla ümumilikdə 320 manat miqdarında aliment tutulması ilə bağlı hissəsi təmin olunmuşdur. MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə məyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay cavabdehdən hər uşağa görə 160 manat olmaqla ümumilikdə 320 manat məbləğində alimentin tutulması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 3.840 manat təşkil edir. Göründüyü kimi, aliment tələbi barədə iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə münasib olaraq da 1.000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 58,40 manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixində Tovuz şəhərində doğduğu, X4 atasının xx.xx.1992-ci il tarixdə Ağstafa rayonu Qırılı kəndində doğulmuş (FİN: xxxxxxx) Cavabdeh olması müəyyən edilsin. Doğum haqqında aktın qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə atasının soyadı – “Hüseynli” yazılsın. xx.xx.2023-cü il təvəllüdlü Onur adlı uşağın və xx.xx.2020-ci il təvəllüdlü Mələk adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixindən başlayaraq hər ay Cavabdeh hər uşağa görə 160 manat olmaqla ümumilikdə 320 manat məbləğində aliment tutularaq İddiaçı verilsin. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat mediasiya xərcinin yarısı olan 25 manatın və ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin İddia ərizəsi qalan hissədə təmin edilməsin. İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan 58,40 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdəcəsinə köçürülsün. Qətnamə doğum akt qeydində düzəliş edilməsi üçün əsasdır. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-1094/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1094/2024
10.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver