Məhkəmə qərarları › İş №2(015)-1096/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1096/2024

18.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1096/2024 18.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X8 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Aqrar İslahat Komissiyasının qərarı ilə cavabdehlər Cavabdeh1 və X3 torpağın mülkiyyətə verilməsinə dair JN № 0031 kodu 50202018 olan dövlət aktına əsasən onlara verilmiş 2647.77 kv.m pay torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin onunla cavabdehlər arasında bağlanmış sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmə baxışı gedişində əmələ gəlmiş əsaslara əsasən iddia həcminin artırılması barədə ərizə təqdim edib, cavabdehlər Cavabdeh1 və X3 torpağın mülkiyyətə verilməsinə dair JN № 0031 kodu 50202018 olan dövlət aktına əsasən onlara verilmiş 2647.77 kv.m pay torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin onunla cavabdehlər arasında bağlanmış sayılmasına dair qətnamə çıxarılması mümkün sayılmazsa əgər həmin torpaq sahəsi üçün 2006-cı ildə cavabdehlərə torpaq sahəsi üçün akt əsasında ödədiyi ümumilikdə 1700 manat pul vəsaitinin indiki dəyərinə indeksasiya olunmaqla cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsi). Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, o, 2005-ci ildə həmkəndliləri Cavabdeh1 və X2 şifahi razılaşma ilə 0,2647 ha torpaq sahəsi almışdır. 2005-ci ildə həmin torpaq sahəsini almaq üçün beh kimi cavabdehlərə 100 manat, 2006-cı ildə isə 1600 manat pul vermiş və aralarında alqı-satqıya dair akt tərtib edilmişdir. Lakin həmin torpaq sahəsini öz adına rəsmiləşdirməmişdir. Həmin vaxtdan hal-hazıradək torpaq sahəsi özünün istifadəsindədir. Hazırda cavabdeh Qızdarxan Həsənova həmin torpaq sahəsini ondan geri tələb edir, verdiyi 1600 manat pulu isə qaytarmaq istəmir. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, 2006-cı ildə özünə məxsus olan üzüm bağını əkib becərə bilmədiyi üçün Vurğun qəsəbə bələdiyyəsinin sədri Əkram adlı şəxsə torpaq sahəsini satmaq istədiyini bildirmiş, Əkram ondan üzüm bağını neçəyə satmaq istədiyini soruşduqda o da həmin ölçüdə torpaq sahəsinin dəyəri neçədirsə həmin qiymətə satacağını bildirmişdir. Bir gün o, işdə olarkən bələdiyyə sədri onu çağırmış, gedəndə görmüşdür ki, bələdiyyə sədri Əkram onların evindədir, akt tərtib etmiş, yoldaşına və uşaqlarına qol çəkdirmişdir. O, da həmin akta qol çəkmiş və torpağın müqabilində həmin dövr üçün bir paçqa “Şirvan” pul almışdır. O da torpağın sənədini ona vermişdir. Sonuncu məhkəmə baxış iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və cavabdehi dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan 12 iyul 2006-cı il tarixli aktdan görünür ki, Vurğun qəsəbə bələdiyyəsinin sədri X6, Vurğun qəsəbə sakini Cavabdeh1, X4, İddiaçı, X5 tərtib etmişlər həmin aktı ona görə ki, həqiqətən Cavabdeh1 ailəsinə məxsus 0031 saylı dövlət aktı ilə verilmiş pay torpağının üzüm sahəsinin 2647,77 kv.m olmasına baxmayaraq baxımsızlıqdan üzüm tənəkləri qocalıb yararsız hala düşmüşdür. Bundan sonra məftil və sement dirəklər 30 % qalmışdır. Vurğun qəsəbə sakini Cavabdeh1 üzüm bağına baxa bilmədiyi üçün ailə üzvlərinin №0031 üzüm bağını razılıq nəticəsində İddiaçı satmış və əvəzində 1600 (bir min altı yüz) manat nağd pul almışdır. Tərəflər aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər. İddiaçı həmin akt üzrə torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin onunla cavabdehlər arasında bağlanmış sayılmasına dair qətnamə çıxarılması mümkün sayılmazsa əgər həmin torpaq sahəsi üçün 2006-cı ildə cavabdehlərə torpaq sahəsi üçün akt əsasında ödədiyi ümumilikdə 1700 manat pul vəsaitinin indiki dəyərinə indeksasiya olunmaqla cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada alınaraq ona ödənilməsi tələbi ilə çıxış etmişdir. Məhkəmə ilk öncə iddia tələbinin akt üzrə torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış sayılmasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası MM-in 335.2-ci maddəsinin tələbinə görə, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. 24 iyun 2005-ci il 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə Məcəllədən 335-ci maddə çıxarılmışdır. Göründüyü kimi, notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş mülki qanunvericilik normalarına əsasən mümkün idi. Tərəflər arasında hüquq münasibəti isə qanunvericilik normasının ləğv olunduğu tarixdən, yəni xx.xx.2006-cı il tarixdə yaranmışdır. Belə ki, iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və X1 JN № 0031 kodu 50202018 olan dövlət aktına əsasən onlara verilmiş 2647.77 kv.m pay torpaq sahəsini xx.xx.2006-cı il tarixdə almasını bildirərək bu barədə onun cavabdehlər arasında arasında bağlanmış alqı-satqı müqaviləsini bağlanmış hesab edilməsini xahiş etmişdir. Bu səbəbdən iddiaçının qeyd etdiyi xüsusatlar həmin zaman qüvvədə olan maddi hüquq normalarına uyğun həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu səbəbdən tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair mübahisəyə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına əsasən baxılmalıdır. Belə ki, qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməli və həmin əqdlər yalnız notariat qaydasında təsdiqlənməlidir. İş materiallarından görünür ki, mübahisəli torpaq sahəsinə dair tərəflər arasında notariat qaydasında təsdiqlənmiş alqı-satqısı barədə yazılı müqavilə mövcud deyildir və bu hal işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, cavabdehlər torpaq sahəsini satmasını təsdiq edirlərsə, heç bir mübahisə yaratmadan torpaq sahəsini iddiaçının adına rəsmiləşdirilməsinə etirazları yoxdursa, bu halda məhkəmədən kənar müvafiq notariat kontoruna müraciət edib notariat qaydalarına riayət etməklə müqavilə bağlaya bilərlər. Hazırda qüvvədə olan maddi hüquq normalarına əsasən məhkəmənin notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi, yəni hazırki alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi ixtiyarı yoxdur. Bu səbəbdən iddia həmin hissədə təmin oluna bilməz. Bundan başqa, məhkəmə iddia tələbinin torpaq sahəsi üçün 2006-cı ildə cavabdehlərə torpaq sahəsi üçün akt əsasında ödədiyi ümumilikdə 1700 manat pul vəsaitinin indiki dəyərinə indeksasiya olunmaqla cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi hissəsində aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində ümumi iddia müddəti on il, müqavilə tələbləri, habelə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə – üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə isə altı il müəyyən olunmuşdur. Bundan başqa, mülki qanunvericilikdə tələblərin ayrı-ayrı növləri üçün ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Republikası MM-nin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. İş üzrə iddiaçı 2005-ci ildə həmin torpaq sahəsini almaq üçün beh kimi cavabdehlərə 100 manat, 2006-cı ildə isə 1600 manat verməsini bildirmişdir. Hazırki iddia ərizəsi isə məhkəməyə xx.xx.2024-cü il tarixdə, yəni iddiaçının istinad etdiyi akt tərtib olunduqdan 18 il sonra daxil olmuşdur. İddiaçı tərəfindən on illik iddia müddəti də ötürülmüşdür. Bu səbəbdən iddia həmin hissədə də təmin oluna bilməz. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar