Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-1107/2025 23.07.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, meşə Fondu sahəsində özbaşına mal-qara otarılması nəticəsində dövlətə dəymiş zərərin əvəzi 184,80 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub 2 saylı X2 Mərkəzinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 məhkəməyə ərizə göndərərək, Cavabdeh qarşı iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman maraqlı şəxs tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin iddia ərizənin qaytarılması barədə ərizəsi daxil olduğundan İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında Qanunun 9.1.15-ci maddəsinə əsasən, başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, dövlət mənafeyinin müdafiəsi üçün verilən ərizələr üzrə-dövlət orqanları, Dövlət rüsumu haqqında Qanuna əsasən yerli və özünü idarə etmə orqanları dövlət rüsumunu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası MPM-in 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 170.1, 170.3, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Respublikası İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan iddiaçı tərəfindən, qərardad ona rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №2(015)-1107/2025
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-1107/2025
23.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver