Məhkəmə qərarları › İş №2(015)-1113/2023

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-1113/2023

25.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-1113/2023 25.10.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz saxlanılan xırdabuynuzlu heyvanların qaytarılması və ya onların dəyərinin alınıb verilməsi ” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağstafa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz saxlanılan xırdabuynuzlu heyvanların qaytarılması və ya onların dəyərinin alınıb verilməsi ” tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Belə ki, «Elektron məhkəmə» informasiya sistemindən çıxarışlardan göründüyü kimi, Cavabdeh Qazax rayonu, Kosalar kəndində qeydiyyatdadır. Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Odur ki, ərazi aidiyyətinə görə hazırkı mülki işə Bakı şəhər Binəqədi Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 45.2 - 45.3-cü maddələrinə görə işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən 10 gün ərizində şikayət verilə bilər. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət vermə müddəti başa çatdıqdan sonra icra edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45-ci maddəsinin tələblərinin rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı “qanunsuz saxlanılan xırdabuynuzlu heyvanların qaytarılması və ya onların dəyərinin alınıb verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar