Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1113/2025 26.11.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pulun məcburi qaydada qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pulun məcburi qaydada qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 4750 manat borc və 67 manat dövlət rüsumu olmaqla, cəmi 4817 manat pulun birdəfəlik alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə həmkəndlidir. Onlarla bir kənddə və bir məhəllədə yaşayır, yaxın qohum və qonşudurlar. Cavabdehlər ondan 7000 manat borc pul istəmişlər, lakin onun 6750 manat pulu olduğu üçün onlara 6750 manat borc pul vermişdir. Həmin borc puldan cavabdehlər 2000 manat pul qaytarmışlar. Hazırda 4750 manat borcları qalmışdır. İddiaçı dəfələrlə borcu qaytarmalarını tələb etsə də, onlar səhlənkarlıqla yanaşmış, borcu qaytarmamışlar. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 4750 manat borcun və 67 manat dövlət rüsumunun, ümumilikdə 4817 manat pulun birdəfəlik alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehlər onun həmkəndlisidir. O, cavabdehlərə həmin pulu 2018-ci ildə vermişdir. Cavabdehlər azaz təxmini 2022-ci ilin dekabr ayında son ödənişi etmişlər. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X3 ərizə təqdim edərək bildirdi ki, iddiaçı tərəf məhkəməyə iddia ərizəsini təqdim etdikdə sübut olaraq qəbz təqdim etmişdir ki, məhz cavabdehlər tərəfindən həmin qəbzə imzanın atıldığı öz əksini tapmışdır. Qəbzin tərtib edildiyi tarix məhz xx.xx.2018-ci il tarixdə olduğu da öz əksini tapmışdır. İddiaçının iddia tələbi üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mövcuddur, həmin qətnamə üzrə tələb tam olaraq təmin edilməklə ödənişlər tam olaraq ödənilmişdir. Hazırkı mülki iş üzrə iddia tələbi ötmüşdür. Ona görə də, iddia müddəti ötdüyündən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 sonuncu məhkəmə iclasında iştirak etməmişlər, lakin əvvəlki məhkəmə iclaslarında iştirak edərək bildirmişlər ki, İddiaçı aldıqları borc pulu 2022-ci il tarixdə qaytarmışlar. Hazırda iddiaçıya heç bir borcları yoxdur. İddiaçı iddia tələbi əsassızdır. Odur ki, iddia tələbinin təmin olunmamasını xahiş etmişdilər.
6. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: b) Mülki işin materialları:
8. İş materiallarında olan Qazax rayonu İcra Hakimiyyəti Qazax Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 5-58-13-17/2-379/2025 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki. xx.xx.1963-cü il təvəllüdlü İddiaçı həqiqətən ünvan 1 ünvanında qeydiyyatdadır.
9. İş materiallarında olan xx.xx.2018-ci il tarixli əlyazma sənəddən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 6750 manat pul vermiş, cavabdehlər isə həmin pul aldıqlarına dair həmin sənədi öz imzaları ilə təsdiq etmişdir.
10. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 4/1317 nömrəli 23 sentyabr 2025-ci il tarixli ekspert rəyindən görünür, işin 8-ci vərəqində olan 18.Xİ.2018-ci il tarixli əlyazma sənəddə “Cavabdeh2P oğlu” yazısı qarşısındakı imza - Cavabdeh2 tərəfindən icra olunmuşdur. işin 8-ci vərəqində olan 18.Xl.2018-ci il tarixli əlyazma sənəddə “Cavabdeh1Q oğlu” yazısı qarşısındakı imza - Cavabdeh1 tərəfindən icra olunmuşdur. Mülki işin 8-ci vərəqində olan xx.xx.2018-ci il tarixli əlyazma sənəddəki yazılar ("6750" rəqəmlərindən başqa) - Cavabdeh1 tərəfindən yox, Cavabdeh2 tərəfindən yox və Cavabdeh3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
11. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 50 manat dövlət rüsumu ödəmişdir.
c) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə həmkəndlidir. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2018-ci il tarixdə 6750 manat borc pul vermiş və bu barədə onlardan yazılı qəbz almışdır. Həmin puldan cavabdehlər tərəfindən 2000 manat qaytarılmış, qalan 4750 manat qaytarılmadığından iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsi üzrə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edərək cavabdehlər iddiaçıya qarşı hər hansı borc öhdəliklərinin olmadığını bildirmiş, iddiaçı tərəfindən təqdim edilən xx.xx.2018-ci il tarixli əlyazma sənədin onlar tərəfindən tərtib edilmədiyini və imzalanmadığını qeyd etmişlər. Mülki işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından və işdə cavabdehlər ekpertiza təyin edilməsini xahiş etdiyindən mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş üzrə verilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 4/1317 nömrəli 23 sentyabr 2025-ci il tarixli ekspert rəyinə əsasən, işin 8-ci vərəqində olan 18.Xİ.2018-ci il tarixli əlyazma sənəddə “Cavabdeh2P oğlu” yazısı qarşısındakı imza - Cavabdeh2 tərəfindən, işin 8-ci vərəqində olan 18.Xl.2018-ci il tarixli əlyazma sənəddə “Cavabdeh1Q oğlu” yazısı qarşısındakı imza - Cavabdeh1 tərəfindən, əlyazma sənəddəki yazılar ("6750" rəqəmlərindən başqa) - Cavabdeh1 tərəfindən yox, Cavabdeh2 tərəfindən yox və Cavabdeh3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması qeyd olunmuşdur. Cavabdeh1 nümayəndəsi və vəkili X3 vəsatət təqdim edərək qeyd etmişdir ki, iddiaçının iddia ərizəsinə sübut kimi qəbz təqdim etdiyi, həmin qəbzin məhz cavabdehlər tərəfindən imzalandığı və qəbzin tərtib edilmə tarixinin xx.xx.2018-ci il olduğu öz təsdiqini tapmışdır. İş üzrə Cavabdeh1 nümayəndəsi və vəkili X4 isə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edib iddia müddəti ötdüyündən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı isə cavabdehlərə həmin pulu 2018-ci ildə verdiyini, cavabdehlər isə hissə-hissə təxminən 2022-ci ilin dekabr ayında son ödənişi etmələrini bildirsə də bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir.
d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
14. Məhkəmə qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
16. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
18. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
19. Həmin Məcəllənin 373-cü maddəsində ümumi iddia müddəti on il, müqavilə tələbləri, habelə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə – üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə isə altı il müəyyən olunmuşdur. Bundan başqa, mülki qanunvericilikdə tələblərin ayrı-ayrı növləri üçün ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri də nəzərdə tutulmuşdur.
20. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
21. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
22. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
23. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
25. Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyun 2005-ci il tarixli qərarına əsasən mülki hüquqda iddia müddətləri inistutu mülki dövriyyə iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşfiq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.
26. Azərbaycan Republikası MM-nin 368-ci maddəsinə əsasən vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır.
27. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
28. Göründüyü kimi, iddiaçı xx.xx.2018-ci ildə cavabdehlərə 6750 manat borc pul vermiş, həmin puldan 2000 manatı qaytarılmış, 4750 manat isə ödənilməmiş qalmışdır. İddiaçı cavabdehlərin 2000 manat puldan hissə-hissə təxminən 2022-ci ilin dekabr ayında son ödənişi etmələrini bildirsə də bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Belə olan halda iddia müddətinin axımı 2018-ci il 18 noyabr tarixindən hesablanmalı, bitmə tarixi isə 18 noyabr 2021-ci il kimi nəzərə alınmalıdır. Çünki artıq yuxarıda da qeyd edildiyi kimi Mülki Məcəllənin 368-ci maddəsinə əsasən müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. İddiaçı isə iddia tələbi ilə xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddia müddətinin dayanması və ya kəsilməsinə əsas olacaq hallar aşkar edilməmişdir.
29. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehə 2018-ci ildə borc pul verdiyini, ondan bir müddət sonra aldadıldığını başa düşdüyünü, üzərindən 7 il keçməsinə baxmayaraq cavabdehin həmin borcu qaytarmamasını qeyd etmişdir. Hazırki mübahisə üzrə iddia müddətinin axımının 2018-ci ilin noyabr ayında baş verməsini müəyyən edilmişdir. Yəni hazırki iddia müddətinin axımı xx.xx.2018-ci il tarixdən başlamaqla xx.xx.2021-ci il tarixədək təşkil edir və həmin müddət ərzində iddiaçı cavabdehə qarşı hazırki tələblə məhkəməyə müraciət edə bilərdi. İddiaçı üç illik müddət ərzində cavabdehə qarşı iddia ilə məhkəməyə müraciət etməmişdir. İddiaçının iddia ərizəsi isə müddət ötdükdən 4 il sonra xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və iddiaçı tərəfindən üç illik iddia müddəti ötürülmüşdür.
30. Azərbaycan Republikası MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
31. Məhkəmə hesab edir ki, Cavabdeh1 nümayəndəsi və vəkili X2 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi də nəzərə alınaraq mülki iş üzrə iddia müddəti tətbiq edilərək iddia təmin olunmamalıdır.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
33. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
34. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 202 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
35. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. İddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə hissəsi:
39. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pulun məcburi qaydada qaytarılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Heyran Mürsəlova