Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-1165/2025 27.08.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı dəymiş ziyanlığın ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ona dəymiş 2500 (iki min beş yüz) manat dəymiş ziyanlığın və məhkəmə üçün ödədiyi 45,40 (qırx beş manat qırx qəpik) manat, cəmi 2545,40 (iki min beş yüz qırx beş manat qırx qəpik) manat dəymiş ziyanlığın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbini müdafiə edib hazırki iddia ərizəsinə Ağstafa Rayon Məhkəməsində baxılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 bildirdi ki, "xxxx" ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi 13-dür. Ona görə də hazırdı iddiaya Ağstafa Rayon Məhkəməsində baxıla bilməz. Qeyd etdiklərini nəzərə alıb işin aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib hesab edir ki, mülki iş aşağıdakılara əsasən baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənliyin yaranması ilə nəticələnir. Mülki işlərə baxılarkən məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi üçün Mülki Prosessual Məcəllənin tələbləri nəzərdən keçirilməlidir. Həmin Məcəllənin tələblərində iddia ərizəsi verilərkən onun cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olduğu nəzərdə tutulmuşdur. İş materiallarından və cavabdeh "xxxx" ASC-nin qeydiyyat ünvanı barədə çıxarışdan görünür ki, cavabdeh təşkilatın qeydiyyat ünvanı AZ1065, ünvan 1 tərəfindən cavabdehin Ağstafa rayonunun inzibati ərazisində qeydiyyatda olması barədə heç bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Həmçinin iddia ərizəsindən görünür ki, hazırki iddia ərizəsi kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı deyil. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər Beləliklə məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC-nin qeydiyyat ünvanı AZ1065, ünvan 2ahisəyə baxılmasını təmin etmək üçün mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 35, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı dəymiş ziyanlığın ödənilməsi tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-1165/2025
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-1165/2025
27.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver