Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1169/2025 14.08.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi İddiaçı Murğuzova (Rəhimli) Azər qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Murğuzova (Rəhimli) Ləman Azər qızının Cavabdeh qarşı alimentin ¼ hissəsinin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, müəyyən etdi: Təsviri hissə:
1. İddiaçı Murğuzova (Rəhimli) Ləman Azər qızı Cavabdeh qarşı alimentin ¼ hissəsinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1992ci il təvəllüdlü Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirinin) ¼ hissəsi miqdarında alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
2. İddiaçı Murğuzova (Rəhimli) Ləman Azər qızı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə Tovuz regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 322 nömrə ilə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Cavabdehlə birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ona məlum olmayan səbəblərdən şiddət göstərir. Dəfələrlə övladının xatirinə ailənin dağılmasını istəməmişdir. Hazırda övladının himayəsində olmaqla valideyinə məxsus yaşayış evində yaşayır. Odur ki, xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirinin) ¼ hissəsi miqdarında alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasında iddiaçı Murğuzova (Rəhimli) Ləman Azər qızı cavabdehlə heç bir razılığa gələ bilmədiklərini bildirərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, övladı üçün maaşının ¼ hissəsi miqdarında aliment ödənilməsinə etiraz etmir.
5. Məhkəmə tərəfləri dinləyib mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: b)Mülki işin materialları:
6. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2023-cü il tarixdə Tovuz regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 322 nömrəli akt qeydi ilə nikahlarını rəsmiləşdirmişlər.
7. Tovuz regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İV № 863851 seriyalı, doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X2 adlı uşaq doğulmuşdur.
8. X3 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş, mediasiya prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etsələr də, mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. İddiaçı Murğuzova (Rəhimli) Ləman Azər qızı ilə Cavabdehbirgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X2 adlı uşağı doğulmuşdur. Uşaq hazırda iddiaçının yanındadır. Məhkəməyə iddia ərizəsi verilməmişdən əvvəl tərəflər mediasiya prosesində iştirak edərək, mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. Lakin məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul edərək aliment ödəməyə etiraz etməmişdir.
Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 14.Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 15.Məhkəmə alimentin tutulmasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 16.Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. 17.Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.. 18.Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. 19.Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 20.Qeyd edilməlidir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Aliment miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Əgər valideyn işləyirsə və sabit məbləğdə gəlirə malikdirsə, bu zaman aliment tutulması onun əmək haqqısına yönəldilməklə əmək haqqısının müəyyən hissəsindən tutulur. Aylıq qazancın müəyyən hissəsindən alimentin tutulması, şəxsin qazancının dəqiq olduğu və həmin məbləğdən tutulacaq məbləğ uşağın mənafeyinə zidd olmayacağı təqdirdə mümkündür. 21.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə alimentin ¼ hissəsinin tutulmasıin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması göstərilmişdir. Cavabdeh aliment tutulması üçün xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehdən həmin tarixdən başlayaraq maaşının ¼ hissəsi tutulmalıdır. 23.Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 24.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 25.Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 26.Qeyd olunan Məcəllənin 119.1-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 27.Qeyd olunan Məcəllənin 112.1.3-cü maddəsinə əsasən maddəsinə əsasən, alimentin ¼ hissəsinin tutulması haqqında olan iddialarda iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edilir 28.Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin bir ilə ərzində ödəmələrin məcmusunun 3234 manat olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alınaraq 52,34 manat məbləğində dövlət rüsumu iddiaçıdan tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir. 29.Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr dərhal icra olunduğundan, hazırki qətnamə dərhal icraya yönəldilməlidir.
Nəticə hissəsi: 30.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2023-cü ildə X2 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq Murğuzova (Rəhimli) Ləman Azər qızının xeyrinə ödənilsin. Cavabdeh 52,34 (əlli iki manat otuz dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova