Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-1199/2024 17.10.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Türkən Qoşqar qızı Hüseynlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ödənilməli pul məbləğinin indeksasiya qaydalarına uyğun olaraq qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Ağstafa Rayon Məhkəməsinin 2(015)-1782/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməyə, aid olan işin materiallarına, əsaslanaraq tərəfimdən Cavabdeha verilən 31.030 manatın, bu məbləğin istehlak qiyməti indeksinə bağlamaqla İddiaçı qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbini müdafiə edib göstərdi ki, Ağstafa Rayon Məhkəməsinin 2(015)-1770 saylı xx.xx.2015-cı il tarixli qətnamə əsasında verilmiş xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən (borclu) Cavabdeh 34.130 manat alınaraq (tələbkar) İddiaçı ödənilməli. Ağstafa Rayon Məhkəməsinin 2(015)-1782/2016 saylı xx.xx.2016-cı il tarixli qərarı ilə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(015)-1770/2016 saylı qərarı ilə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(015)-1770/2015 saylı qətnaməsi ləğv edilmiş həmin mülki işə mahiyyəti üzrə baxılmışdır. Ağstafa Rayon Məhkəməsinin 23 iyun 2016-cı il tarixli 2(015)-1770/2015 saylı qətnaməsinə əsasən Cavabdeh 31.030 manat tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Ağstafa Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 1786/2016 saylı qərardadına əsasən (borclu) Cavabdeh 3.483 manat alınaraq (tələbkar) İddiaçı ödənilməlidir. Bu qərardad qanuni qüvvəsini almışdır. Ağstafa Rayon Məhkəməsinin 2(015)-1786/2016 saylı 14 sentyabr 2022-ci il tarixli qanuni qüvvəsini almış qərardada aid olan iş materiallarına əsaslanaraq Məhkəmə qərarında qeyd edilən məbləğ Cavabdeh tutulmalı 3.483 manatın və Ağstafa Rayon Məhkəməsinin 2(015)-1782/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməə aid olan iş materiallarına əsaslanaraq Məhkəmə qərarında qeyd edilən məbləğin tərəfindən Cavabdeh borc verilən 31.030 manatın, bu məbləğin istehlak qiyməti indeksinə bağlamaqla ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilmiş, lakin iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi, iddiaçı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə ödənilməli pul məbləğinin indeksasiya qaydalarına uyğun olaraq qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən qanuni qüvvəsini almış məhkəmə qətnamələrinin (qərarlarının) icrası ilə bağlı icraata mülki məhkəmə icraatında yenidən iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında tələbkarın ərizəsi əsasında məhkəmə icraatında baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, İddiaçı Cavabdeh qarşı ödənilməli pul məbləğinin indeksasiya qaydalarına uyğun olaraq qaytarılması tələbinə dair mülki işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 170, 261.0.1, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı Cavabdeh qarşı ödənilməli pul məbləğinin indeksasiya qaydalarına uyğun olaraq qaytarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı izah olunsun ki, qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsi ilə bağlı məhkəmə qətnaməsinin icrası qaydasında ərizə ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-1199/2024
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-1199/2024
17.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver