Məhkəmə qərarları › İş №2(015)-12/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-12/2025

03.07.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-12/2025 03.07.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı giriş-çıxış yolunun açılması, girişə qoyulmuş dəmir qapının götürülməsi və çəkilmiş dəmir çəpərin sökülərək yolun zəbtdən azad olunması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən Ağstafa rayonu Yenigün kəndi ərazisində yerləşən onun mülkiyyətində olan xx.xx.2021-ci il tarixdə ********** saylı çıxarışla DƏDRX-də qeydə alınmış 0,06 ha torpaq sahəsinə gedən giriş-çıxış yolunun açılması, girişə qoyulmuş dəmir qapının götürülməsi və çəkilmiş dəmir çəpərin sökülərək yolun zəbtdən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İş üzrə İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağstafa rayonu Yenigün kəndi ərazisində yerləşən özünə məxsus evdə yaşayır. Lakin qonşusu olan Cavabdeh tərəfindən qanunsuz olaraq onun razılığı olmadan dəmir qapı qoyulmuş və onun evinə gedən yol çəpərlənərək 3 metr enində yol saxlanılmışdır. Yolun eni isə əvvəl 5 metr olmuşdur. Bu barədə cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 bildirdi ki, cavabdeh yolu zəbt etmiş, evə maşının giriş-çıxış yolu yoxdur, əgər evində hər-hansı fövqəladə hal olarsa maşının evə gediş yolu yoxdur. Maşın həmin yola sığmır. Odur ki, iddianın təmin olunmasını xahiş edir.

4. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddiaçının qeyd etdiyi çəpəri ləğv etmək mümkün deyil, çəpər götürülsə gərək zirzəmiyə qapı qoyula, bu zaman zirzəmi qaranlıq olacaq. Qapı qoyulmasa da evinin qarşısı təhlükəsiz olmayacaqdır.

5. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ağstafa rayonu Yenigün kəndində 0,0624 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 38,9 kv.m olan fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır.

7. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı Ağstafa rayonu Yenigün kəndi ərazisində yerləşən evinə gedən və vətəndaşların yol kimi ümumi istifadə edilən torpaq sahəsi Cavabdeh tərəfindən dəmir qapı inşa edilərək istifadə olunur. İddiaçı mülkiyyətində olan xx.xx.2021-ci il tarixdə ********** saylı çıxarışla DƏDRX-də qeydə alınmış 0,06 ha torpaq sahəsi ilə Cavabdeh və onun ailə üzvlərinə Ağstafa Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə JN 204A, KOD 50208028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0,06 ha torpaq sahələri üst-üstə düşmür.

8. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı Ağstafa rayonu Yenigün kəndi ərazisində yerləşən evinə gedən və vətəndaşların yol kimi ümumi istifadə edilən torpaq sahəsi Cavabdeh tərəfindən dəmir qapı inşa edilərək istifadə olunur. İddiaçı mülkiyyətində olan xx.xx.2021-ci il tarixdə ********** saylı çıxarışla DƏDRX-də qeydə alınmış 0,06 ha torpaq sahəsi ilə Cavabdeh və onun ailə üzvlərinə Ağstafa Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə JN 204A, KOD 50208028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0,06 ha torpaq sahələri üst-üstə düşmür.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər qonşudurlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ağstafa rayonu Yenigün kəndində 0,0624 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 38,9 kv.m olan fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı ərizəsində qeyd etmişdir ki, Cavabdeh tərəfindən qanunsuz olaraq onun razılığı olmadan dəmir qapı qoyulmuş və iddiaçının evinə gedən yol çəpərlənərək 3 metr enində yol saxlanılmışdır. Cavabdeh isə qeyd edir ki, iddiaçının qeyd etdiyi çəpəri ləğv etmək mümkün deyil, çəpər götürülsə gərək ev sökülə, bu isə mümkün deyildir. Mülki iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş üzrə verilmiş ekpert və mütəxəssis rəylərinə əsasən müəyyən edilmişdir ki, İddiaçı Ağstafa rayonu Yenigün kəndi ərazisində yerləşən evinə gedən və vətəndaşların yol kimi ümumi istifadə edilən torpaq sahəsi Cavabdeh tərəfindən dəmir qapı inşa edilərək istifadə olunur. İddiaçı mülkiyyətində olan xx.xx.2021ci il tarixdə ********** saylı çıxarışla DƏDRX-də qeydə alınmış 0,06 ha torpaq sahəsi ilə Cavabdeh və onun ailə üzvlərinə Ağstafa Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli 01 nömrəli qərarı ilə JN 204A, KOD 50208028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0,06 ha torpaq sahələri üst-üstə düşmür. Beləliklə məhkəmədə müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan evinə gedib-gəlmək üçün ümumi istifadədə olan yolu bağlamış və iddiaçının öz mülkiyyətindən maneəsiz istifadə etməsinə müdaxilə edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

11. Beləliklə məhkəmədə müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan evinə gedib-gəlmək üçün ümumi istifadədə olan yolu bağlamış və iddiaçının öz mülkiyyətindən maneəsiz istifadə etməsinə müdaxilə edir.

12. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 13.Azərbaycan Respublikası MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 14.Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 15.Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 16.Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

17. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

18. Həmin Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər. 19.Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

20. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

21. Bununla yanaşı, Torpaq Məcəlləsində torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət yaradan hərəkətlər dəqiq müəyyən olunmuşdur. Belə ki, həmin Məcəllənin 110-cu maddəsinə görə torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması və torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi və s. qadağandır.

22. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111 və 112-ci maddələrində isə Azərbaycan Respublikasında özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması və vurulan zərərin ödənilməsi tənzimlənir. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar.

23. Yuxarıda qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, mülki və torpaq qanunvericiliklərinin qeyd olunan normalarından görünür ki, mülkiyyət formasından və hüquqi rejimindən asılı olmayaraq, bütün mülkiyyət növləri, o cümlədən Azərbaycan Respublikasının vahid torpaq fondunu təşkil edən bütün torpaq sahələri kateqoriyalarından asılı olmayaraq dövlət tərəfindən müdafiə olunur.

24. Göründüyü kimi, hazırki mülki iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş üzrə verilmiş ekspert və mütəxəssis rəylərinə əsasən müəyyən edilmişdir ki, İddiaçı Ağstafa rayonu Yenigün kəndi ərazisində yerləşən evinə gedən və vətəndaşların yol kimi ümumi istifadə edilən torpaq sahəsi Cavabdeh tərəfindən dəmir qapı inşa edilərək istifadə olunur. İddiaçı mülkiyyətində olan xx.xx.2021-ci il tarixdə ********** saylı çıxarışla DƏDRX-də qeydə alınmış 0,06 ha torpaq sahəsi ilə Cavabdeh və onun ailə üzvlərinə Ağstafa Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə JN 204A, KOD 50208028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0,06 ha torpaq sahələri üst-üstə düşmür. Beləliklə məhkəmədə müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan evinə gedib-gəlmək üçün ümumi istifadədə olan yolu bağlamış və iddiaçının öz mülkiyyətindən maneəsiz istifadə etməsinə müdaxilə edir. İş üzrə iddiaçı cavabdeh tərəfindən ümumi istifadədə olan dəmir çəpərin yolda çəkilməsini qeyd etsə həmin hallar məhkəmə iclasında öz təsdiqini tapmamış, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, iş üzrə verilmiş ekspert və mütəxəssis rəylərində də həmin hallar öz əskini tapmamışdır.

25. Beləliklə məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı adına qeydiyyata alınmış Ağstafa rayonu Yenigün kəndində 0,0624 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 38,9 kv.m olan fərdi yaşayış evinə gedən ümumi istifadə üçün nəzərdə tutulmuş giriş-çıxış yolunda Cavabdeh tərəfindən inşa edilmiş tərəfindən dəmir qapı sökülməli və həmin yol zəbtdən azad olunmalıdır.

26. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 116.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər.

30. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu və iş üzrə keçirilmiş torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci iddiaçı tərəfindən ödənildiyindən, ekspertiza tədqiqatı nəticəsində yaranmış ekspertiza xərcləri olan 200 manat məbləğində pul tərəflərdən müştərək qaydada (hər birindən 100 manat) tutularaq Dövlət xəzinədarlığı agentliyi, VÖEN **********, Kod 210005, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına keçirilməlidir.

Nəticə hissəsi:

32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı adına qeydiyyata alınmış Ağstafa rayonu Yenigün kəndində 0,0624 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 38,9 kv.m olan fərdi yaşayış evinə gedən ümumi istifadə üçün nəzərdə tutulmuş giriş-çıxış yolunda Cavabdeh tərəfindən inşa edilmiş tərəfindən dəmir qapı sökülsün və həmin yol zəbtdən azad olunsun. İş üzrə ekspertiza xərcləri olan 200 (iki yüz) manat məbləğində pul İddiaçı və Cavabdeh müştərək qaydada (hər birindən 100 manat) tutularaq tutularaq Dövlət xəzinədarlığı agentliyi, VÖEN **********, Kod 210005, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına keçirilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar