Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-1220/2023 05.12.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağstafa Rayon Məhkəməsinin 2(015)-1129/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilərək, 03 avqust 2014-cü il təvəllüdlü X2 və 01 oktyabr 2016-cı il təvəllüdlü X1 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancının qeyri-müntəzəm və dəyişən olmasını nəzərə alaraq, alimentin məbləğini artıraraq bir uşağın saxlanılması üçün 220 (iki yüz iyirmi) manat olmaqla iki uşağın saxlanması üçün 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh əvvəlki qətnamə ilə tutulan alimenti ödəmədiyindən, artırılacaq alimenti də ödəməyəcəkdir. Ona görə də iddia ərizəsinin baxılmadan sənədlərinin özünə qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə iddiaçı iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, cavabdeh buna etiraz etmədiyindən, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 170, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər İddiaçı qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-1220/2023
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-1220/2023
05.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver