Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-123/2025 15.01.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağstafa Rayon Məhkəməsinin 2(015)-46/2022 saylı, 24 fevral 2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilərək, xx.xx.2021-ci il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancının qeyri-müntəzəm və dəyişən olmasını nəzərə alaraq, alimentin məbləğini artıraraq bir uşaq üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib göstərdi ki, onun cavabdehlə birgə nikahdan xx.xx.2021-ci il tarixdə X2 adlı bir uşaqları anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Uşaqları onun himayəsindədir. Sonuncu dəfə Ağstafa Rayon Məhkəməsinin (015)-46/2022 saylı, 24 fevral 2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh ilə aralarındakı nikah pozulmuş və cavabdehdən bir uşağın saxlanılması üçün 130 manat məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Özünün və uşağın artan tələbatını hazırki aliment məbləği ilə təmin edə bilmir. Cavabdehin gəliri yaxşı olduğu halda əlavə yardım etmir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə iddia tələbinə etiraz ərizəsi göndərərək 140 manat aliment ödəmə imkanının olmasını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, cavabdehin ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, Cavabdeh ilə cavabdeh İddiaçı birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X2 adlı bir uşaqları anadan olmuşdur. Ağstafa Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli 2(015)-503/2022 saylı qətnaməsi ilə Ağstafa Rayon Məhkəməsinin 2(015)-46/2022 saylı 24 fevral 2022-ci il tarixli qətnaməsi ilə Leyla Mansırova ilə Cavabdeh arasında bağlanmış rəsmi nikah pozulmuş, xx.xx.2021-ci il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 18 oktyabr 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq X1 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Bundan başqa, alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hazırkı mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılması üçün yetərli olmadığını, uşaq böyüdüyündən xərclərinin artmasına əsaslanmaqla tələb edir. Lakin, iddiaçı məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətinin yaxşılaşması və yüksək qazanc əldə etməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Lakin, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Göründüyü kimi, Ağstafa Rayon Məhkəməsinin 2(015)-46/2022 saylı 24 fevral 2022-ci il tarixli qətnaməsi ilə Leyla Mansırova ilə Cavabdeh arasında bağlanmış rəsmi nikah pozulmuş, xx.xx.2021-ci il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 18 oktyabr 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq X1 verilməsi qət edilmişdir. İddiaçı bir uşağa görə 235 manat məbləğində aliment tələb etdiyi halda, cavabdehin əmlak vəziyyətinin artması, dəyişməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası əsassız olduğundan iddia təmin edilməməlidir. İş üzrə ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-123/2025
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-123/2025
15.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver