Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1250/2025 27.11.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı nikah pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı nikah pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə Ağstafa rayonu, Düzqışlaq kənd İcra Nümayəndəliyində xx.xx.2010-ci il tarixdə bağlamış nikahın ləğv edilməsi, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 onun yanında qalması və hər bir uşağın saxlanılmasına görə hər ay yetkinlik yaşına çatana kimi 246 manat olmaqla, ümumilikdə 492 manat miqdarında alimenti tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2010-cu il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan Çiçək və Nicat adlı iki övladları dünyaya gəlmişdir. Cavabdehin ailə münasibətləri üçün yolverilməz və dözülməz olan hərəkətləri nəticəsində onların münasibəti ciddi şəkildə pisləşmiş və ayrı yaşayırlar. O, ailə münasibətlərini son qoymaq qərarına gəlmişdir. Hazırda uşaq onun himayəsindədir. Cavabdeh kifayət qədər gəlir əldə etsə də, uşaqların saxlanılmasında iştirak etmir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, öhdəsində azyaşlı uşaqlar olduğunu və Bakı şəhərində olduğu üçün məhkəmə iclasının onun iştirakı olmadan keçirilib iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş. İştirak etməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
6. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Ağstafa rayonu, Düzqışlaq kənd İcra nümayəndəliyi tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah 12 noyabr 2010-cü il tarixdə 12 nömrəli akt qeydi ilə bağlanmışdır.
8. İş materiallarında olan Ağstafa rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrinin və Ağstafa Rayon Polis Şöbəsi tərəfindən verilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı iki uşaq anadan olmuşdur.
9. X9 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etsə də, Cavabdeh ilkin mediasiya iştirak etməmişdir.
a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. İddiaçı ilə Cavabdeh arasında nikah xx.xx.2010-cu il tarixdə Ağstafa rayonu, Düzqışlaq kənd İcra nümayəndəliyində 12 nömrə ilə bağlanmış, birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı iki uşaqları anadan olmuşdur. Tərəflər ayrılmışlar və hazırda faktiki olaraq ayrı yaşayırlar. Tərəflərə barışmaq üçün 3 ay müddət verilməsinə baxmayaraq, barışıq olmamışdır. Uşaq hazırda iddiaçının himayəsindədir. İddiaçı hazırki iddia ərizəsi verilməmişdən əvvəl Mediasiya şurasına müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçının cavabdehlə ailə münasibətləri bitmişdir, nikahları formal xarakter daşıyır. Odur ki, məhkəmə qaydasında olmadan tərəflərin nikah münasibətlərinə xitam vermək mümkün deyildir.
b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
12. Belə ki, ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən normalarından ibarət olan Azərbaycan Respublikası Ailə Məcəlləsində ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikahın məhkəmə qaydasında pozulması, həmçinin yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulması qeyd olunmuşdur.
13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.
14. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.
15. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.
16. Göründüyü kimi, iş üzrə tərəflərə barışmaları üçün 3 ay müddət müəyyən etməklə iş təxirə salınmış, həmin müddət ərzində tərəflər barışmamışlar. Məhkəməyə ərizə göndərən iddiaçı isə cavabdehlə barışmaq istəməməsini, boşanmaqda israrlı olduğunu bildirərək iddianın təmin olunmasını xahiş etmişdir.
17. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Ağstafa rayonu, Düzqışlaq kənd İcra nümayəndəliyində 12 saylı akt qeydi ilə qeydiyyata alınmış nikah pozulmalıdır.
18. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.
19. Məhkəmə nikahın pozulmasından sonra uşağın hansı valideynin yanında qalması baxımından aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
20. Məhkəmə qeyd edir ki, valideynlərin qayğısından yararlanmaq uşaqların hüququ olduğu kimi, uşaqların təlim-tərbiyəsi ilə onların şəxsiyyət kimi formalaşmasını və inkişaf etməsi üçün zəruri şəraitin yaradılması təmin etmək valideynin borcudur. Ailə münasibətləri davam etdiyi müddətdə bu vəzifə valideynlər tərəfindən birgə həyata keçirilir. Valideynlər arasında nikah münasibətlərinə xitam verilərkən uşaqların hansı valideynin yanında qalması həll olunduqdan sonra digər valideynin uşaqların qayğısına qalmaq hüququnun realizə edilməsi istisna edilməməklə, təmin edilməlidir. Nikahın ləğv edilməsi zamanı uşaqların hansı valideynin yanında qalması məsələsi həll edilərkən uşağın yaşı, onun tələbatının təmin edilə bilməsi, valideynə bağlılığı həll edilməlidir. Bu hal ona görə vacib və zəruridir ki, uşağın maddi tələbatının ödənilməsi ilə birgə mənəvi tələbatının da ödənilməsi təmin edilməklə, onun psixoloji cəhətdən inkişafına mənfi təsir edən hallardan azad edilməklə, uşağın cəmiyyətdə bir şəxsiyyət kimi formalaşması təmin edilsin.
21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.
22. Həmin Məcəllənin 50.2-ci maddəsinə görə valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir.
23. Həmin Məcəllənin 56.1-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
24. Həmin Məcəllənin 60.1 və 60.2-ci maddələrinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər.
25. Məhkəmə, tərəflərin maddi vəziyyətini, uşaqla bağlılığını, iddiaçının bir ana olaraq uşağın böyüyüb boya-başa çatmasındakı rolunu, uşağın ana qayğısına və nəvazişinə daha çox ehtiyacının olmasını, uşağın mənafeyini və maraqlarını nəzərə alaraq hesab edir ki, tərəflər ayrıldıqdan sonra xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı uşaqlar anası İddiaçı yanında qalmalıdır.
26. Məhkəmə alimentin tutulmasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
28. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
29. Həmin Məcəllənin 22.2.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.
30. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
31. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 saylı qərarının 8.4-1-ci bəndində qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixdən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).
32. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir.
33. İşdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında uşağın saxlanılması ilə bağlı saziş yoxdur və iddiaçı uşağın maddi təminatlarını ödəməyə çətinlik çəkdiyindən və cavabdeh uşaqların saxlanılması üçün maddi yardım göstərmədiyindən cavabdehdən hər ay hər uşaq üçün 246 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflər arasında birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X8 anası İddiaçı yanında qalmasını nəzərə alaraq hesab edir ki, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh aliment tutulmalıdır.
34. Məhkəmə cavabdehdən tutulacaq alimentin miqdarına gəldikdə isə tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları, uşağın əvvəlki təminatının səviyyəsini, onların hüquq və mənafelərini, tərəflərin fikirlərini nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (400 x 0,50 = 200 manat) hər uşaq üçün 0,50 misli həddində olmaqla ümumilikdə 1 misli həddində aliment tutulmalıdır.
35. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması göstərilmişdir. Cavabdeh aliment tutulması üçün xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçıdan həmin tarixdən başlayaraq aliment tutulmalıdır.
36. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr dərhal icra olunduğundan, hazırki qətnamə alimentin tutulması hissəsində dərhal icraya yönəldilməlidir.
41. Məhkəmə eyni zamanda tərəflərə izah edir ki, gələcəkdə tərəflər arasında əmlak bölgüsü ilə bağlı hər hansı bir mülki mübahisə yaranarsa, qanunla müəyyən edilmiş müddətdə və qaydada həmin tələblə bağlı məhkəmədə iddia qaldırmaq hüquqları vardır.
42. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Məhkəmə eyni zamanda tərəflərə izah edir ki, gələcəkdə tərəflər arasında aliment və əmlak bölgüsü ilə bağlı hər hansı bir mülki mübahisə yaranarsa, qanunla müəyyən edilmiş müddətdə və qaydada həmin tələblə bağlı məhkəmədə iddia qaldırmaq hüquqları vardır.
Nəticə hissəsi:
47. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Ağstafa rayonu, Düzqışlaq kənd İcra nümayəndəliyində 12 nömrəli akt qeydi ilə qeydiyyata alınmış nikah pozulsun. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı uşaqlar anası İddiaçı yanında saxlanılsın. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi İddiaçı xeyrinə sonrakı artımları nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində olmaqla ümumilikdə 1 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova