Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1268/2024 26.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı. Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5200 manat pul və ödənilmiş 72,20 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh 3400 manat və 1820 manat olmaqla 5220 manat borc pul vermişdir. 3400 manatı verən zaman yanlarında cavabdehin iş yoldaşı Pirili kənd sakini X2, 1820 manatı verəndə isə arvadı Məlahət olmuşdur. Cavabdeh ondan aldığı pulu qısa müddət ərzində qaytarmağa söz versə də, bu günədək borcunu qaytarmamışdır. Ona görə də, məcbur olub məhkəməyə müraciət etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasında İddiaçı cavabdehə pulu verməsi barədə hər hansı bir rəsmi sübutunun olmamasını bildirərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh ifadəsində göstərdi ki, o, iddiaçıdan 3400 manat borc pul almış, həmin pulu da qaytarmışdır. Lakin borcu qaytarması barədə hər hansı bir rəsmi sübutunun olmamasını bildirərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Cavabdeh onun vasitəsi ilə üç il yarım əvvəl əmək haqqı kartını İddiaçı təhvil verməklə ondan, bildiyinə görə ehtiyacı olduqca bir neçə dəfəyə 5200 manat məbləğində borc pul götürmüşdür. Lakin birinci dəfə gedəndə 150-300 manat pulu borc götürmüşdür. Pul götürülərkən hər hansı sənədə imza edilməmişdir. Pulu götürərkən tərəflər həmin pulun faizi barədə razılaşmışdılar. Sonra Cavabdeh maraqlananda o, İddiaçı borcunun ödənilməsi üçün kredit götürdüyünü və həmin borcu ödədiyini bildirmişdir. Lakin İddiaçı ona deyəndə məlum olmuş ki, Cavabdeh ona olan borcunu qaytarmamışdır.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, müəllimədir, Ağstafa rayonu, Poylu qəsəbəsində İddiaçı qonşusudur. Təxminən iki ay əvvəl İddiaçı bir nəfərdən borcunu alması üçün onunla getməsini bildirmiş, onunla getmiş, pulu götürən şəxs evdə olmadığı üçün yoldaşı qapıya çıxmış və pulu qaytarmağa imkanları olmadığı üçün yetişdirdikləri süpürgə və günəbaxanları satıb borcu ödəyəcəklərini bildirmiş, borclu olduqlarını danmamışdır. Lakin o, borcun nə vaxt verildiyini və konkret məbləği haqda heç nə deyə bilmir.
7. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. Ağstafa RİHB-nın Poylu qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan və AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı Əliyeva X4 rayonunun Poylu qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır.
9. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 73 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iş üzrə İddiaçı Cavabdeh 3400 manat borc pul vermiş, cavabdeh həmin pulu hissə-hissə iddiaçıya qaytarmalı olduğu halda qaytarmamış və öz üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Ona görə də iddiaçı məcbur olub hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş üzrə İddiaçı Cavabdeh ayrıayrılıqda 3400 manat və 1820 manat olmaqla, cəmi 5220 manat borc pul verməsini qeyd etsə də, həmin məbləğdə pulu cavabdehə verməsini təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmiş və iddiaçının qeyd etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bundan başqa, iş üzrə Cavabdeh iddiaçıdan 3400 manat borc pul almasını və həmin pulu ödəməsini qeyd etsə də həmin halları təsdiq edəcək heç bir sübutunun olmamasını bildirmiş və qeyd etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə yalnız cavabdehin iddiaçıdan 3400 manat borc pul alması barədə etirafedici izahatını sübut kimi qəbul edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
12. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış borc müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur.
13. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəlmiş fundamental doktrina hesab olunur və mülki hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) xidmət edir.
14. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır.
15. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
17. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
18. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında borc münasibətləri yaranmış, iş üzrə İddiaçı Cavabdeh ayrı-ayrılıqda 3400 manat və 1820 manat olmaqla, cəmi 5220 manat borc pul verməsini qeyd etsə də, həmin məbləğdə pulu cavabdehə verməsini təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmiş və iddiaçının qeyd etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bundan başqa, iş üzrə Cavabdeh iddiaçıdan 3400 manat borc pul almasını və həmin pulu ödəməsini qeyd etsə də həmin halları təsdiq edəcək heç bir sübutunun olmamasını bildirmiş və qeyd etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə yalnız cavabdehin iddiaçıdan 3400 manat borc pul alması barədə etirafedici izahatını sübut kimi qəbul edir.
19. Beləliklə, sadalanan maddi hüquq normalarını tətbiq edərək və işin məhkəmə tərəfindən müəyyən edilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı aldığı 3400 manat borcu qaytarmaq öhdəliyi daşıyır. Bu səbəbdən Cavabdeh 3400 (üç min dörd yüz) manat pul alınaraq İddiaçı verilməlidir.
20. Eyni zamanda iş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 73 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən, yəni 3400 manat borca aid hissədə təmin edildiyindən həmin məbləğə hesablanmış 54 manat dövlət rüsumu və Cavabdeh 3400 (üç min dörd yüz) manat pul alınaraq İddiaçı verilməlidir.
23. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3400 (üç min dörd yüz) manat məbləğində pul və 54 (əlli dörd) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi halda, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova