Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-1285/2024 05.11.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsi qarşı mövcud çıxarışın ləğv edilməsi və paylara mütənasib yeni çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, X* adına qeydiyyata alınmış Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev *9 b, mənzil *9 ünvana dair hüquqi nəticələrin və şəhadətnamənin ləğv edildiyindən mövcud çıxarışın ləğv edilməsi və paylara mütənasib yeni çıxarışın verilməsi öhdəliyinin maraqlı şəxsin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Babək Rəfayıl oğlu iddia tələbini müdafiə edib göstərdi ki, X* adına qeydiyyata alınmış Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev *9 b, mənzil *9 ünvana dair hüquqi nəticələr ünvan 2 nömrəli 30.**.202*-ci il tarixli şəhadətnamələrin hüquqi nəticələrinin ləğv edilməsi üçün əsas olduğu bildirilmiş, hüquqi nəticələr ləğv edilməsinə baxmayaraq hazırda onlar tərəfindən əmlaka dair çıxarış almaq mümkün deyil. Belə ki, Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinə müraciət etməyimə baxmayaraq ona bununla bağlı icra sənədi verilməsindən imtina edilmişdir. Odur ki, iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsinə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə hazırlıq iclasında iştirak etməmişlər. Belə olan halda məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz Əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin qanunun 8.0.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsas hesab olunur. Bundan başqa, qanunvericiliyə əsasən inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları İPM-in normaları ilə tənzimlənir. İnzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prossessual Məcəlləsinin *.*-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Məhkəmə hazırki mübahisə ilə bağlı qeyd edir ki, hazırki iddia tələbi ilə bağlı müraciəti mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı deyil, Ona görə inzibati orqan olan Reyestr Xidmətinə qarşı İnzibati Məhkəmədə mübahisələndirilməlidir. İş üzrə iddiaçının mövcud çıxarışın ləğv edilməsi və paylara mütənasib yeni çıxarışın verilməsi tələbi ilə bağlı olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Dövlət Reyestri Xidmətinin *5 saylı Tovuz Ərazi İdarəsinə müraciət etməli, həmin orqan imtina etdiyi halda müvafiq iddia ilə İnizibati məhkəməyə müraciət etməli olduğu halda, ümumi məhkəməyə müraciət etmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *0 aprel 20*5-ci il tarixli 4 nömrəli qərarının *5.4-cü bəndində göstərilmişdir ki, Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in *53.2, *53.2.*-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 26*.0, 26*.0.*ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *70.*-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 26*.0.*-26*.0.3 və 26*.0.6-26*.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 26*.0.*-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsinə mövcud çıxarışın ləğv edilməsi və paylara mütənasib yeni çıxarışın verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə İnzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın *70, 26*.0.*, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsinə qarşı mövcud çıxarışın ləğv edilməsi və paylara mütənasib yeni çıxarışın verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı izah olunsun ki, aidiyyəti üzrə İnzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardad rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-1285/2024
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-1285/2024
05.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver