Məhkəmə qərarları › İş №2(015)-13/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-13/2023

28.08.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-13/2023 28.08.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırlması, tikinti norma və qaydalarına əməl edilmədən qanunsuz yerləşdirilmiş qapının bağlanması və cavabdehin hesabına həmin qapı yerlərinin hasarlanması» tələbinə dair iddiasına dair iddia üzrə mülki işə Ağstafa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırlması, tikinti norma və qaydalarına əməl edilmədən qanunsuz yerləşdirilmiş qapının bağlanması və cavabdehin hesabına həmin qapı yerlərinin hasarlanması» tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən yaşayış evi həyətyanı torpaq sahəsi ilə birlikdə vardır. Həmin ev onun ata yurdudur və həmin yudda hazırda anası X2 ilə o, yaşayır. Yaşadığı yurd onun ulu babalarından qalmış və giriş-çıxışı məlum olan yurddur. Yaşadığı yurdda qardaşı, Azərbaycanın Milli X1 yaşamışdır. Qeyd etdiyi kimi bu gün həmin evdə Milli Qəhrəmanın anası X2 yaşayır. Bütün bunları yazmaqda bildirir ki, uzun illər ərzində olan rahatçılıqları, yadıqları normal şərait iş üzrə cavabdeh olan Cavabdeh və onun ailə üzvləri tərəfindən kobud şəkildə pozulur və pozulmaqda davam edir. Belə ki, sonradan qonşu çıxış qapısı açan Abdullayevlər onların qapısına bitişdirməklə özlərinə darvaza qoymuş və bunun da nəticəsində ona və ailə üzvlərinə öz darvazalarından və evin girişindən istifadə etmək olduqça çətinliklər yaratmışdır. Onun evinin darvazasından istifadə etmək üçün o, iş üzrə cavabdeh olan Abdullayevlərdən icazə alaraq onların razılığı ilə evə daxil olmalıdır, avtomaşınını idarə etməlidir. Giriş-çıxışa Abdullayev, onun ailə üzvləri və at arabasının razılığı ilə başlamalıdır. Bu hal dözülməzdir. O, yaşlı anasını hər dəfə müalicə və müayinəyə aparmaq üçün nəqliyyat vasitəsini cavabdehlərin razılığı ilə çıxartmalıdır ki, onlarında həmin anda olan əhvalları buna imkan verərsə əmələ gələcəkdir. Belə ki, cavabdeh cə şir ürəyi yemiş oğlanları alkoqollu içkilərin təsiri altında xahiş və ya tələbinə məhəl qoymurlar. Cavabdeh və onunailə üzvləri bu davranışlarından başqa onu təhqirlərə məruz qoyurlar. Özüdə anasıda müxtəlif növdə olan xəstəliklərdən əziyyət çəkirlər və üstəgəl bu cavabdeh və onun ailə üzvlərinin davranışları onları çıxılmaz vəziyyətə salmışdır. Dəfələrlə süni maneələrin yaradan cavabdehə işin sülh yolu ilə həll ediməsini tələb etsədə heç bir müsbət nəticə hasil edə bilməmişdir. Məhkəmə qaydasında olmadan aralarında olan ziddiyətin və qanunsuzluqların aradan qaldırılması mümkün deyildir. Ona görə də Cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması, tikinti norma və qaydalarına əməl edilmədən qanunsuz yerləşdirilmiş qapının bağlanması və cavabdehin hesabına həmin qapı yerlərinin hasarlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı idia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh etiraz ərazəsi məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində nə istədiyini heç özüdə bilmir, ona görə ki, onun qapısı öz ərazisində inşa olunmuşdur və heç kimə maneəsi yoxdur. Qapı uzun illərdir ki, qoyulmuşdur və onun heç bir subyektiv hüququ çatmır ki, elə bir iddia qaldırsın. Belə ki, JN-740B, KOD 50200028-saylı “Torpağın mülkivyət verilməsinə dair” şəhadətnamə ilə cavabdehin mülkiyyət hüquqları öz təsdiqini tapmışdır (şəhadətnamə işə əlavə olunur). Belə ki, Ağstafa Rayon Məhkəməsinin 2(015)-384/2012saylı qətnaməsi ilə iddiaçı və cavabdehlərə 1/8 hissə pay verilməsi barədə qətnamə vardır və həmin qətnamə əsasında iddiaçı heç öz payına Belə DƏDRX-dən çıxarış almadan, onun hüquqları reyester xiudmətində qeydiyyatdan keçmədən, öz subyektiv hüququnu tanıtmadan və o cümlədən digər payçılarında belə bir tələbləri olmadan sözü gedən iddianı qaldırmaqla prosessual pozuntu etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. İş materiallarında olan seriya № ******* olan Azərbaycan Respublikası Əmlak Məsələləri Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli çıxarışdan və Azərbaycan Respublikası Əmlak Məsələləri Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli görünür ki, İddiaçı Ağstafa rayonu, Dağ Kəsəmən kəndində istifadəsində olan 0.25 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 47.8 kv.m yaşayış 70.9 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınan daşınmaz əmlakın mülkiyyətçisidir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Ağstafa rayon Aqrar İslahat Komissiyası tərəfindən 04 sentyabr 2000-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair qərara əsasən 0.01 hektar torpaq sahəsi Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1517 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ ... Ağstafa Rayonu Dağ Kəsəmən kəndində yerləşən Cavabdeh məxsus yaşayış evinin çöl qapısının texniki pasportunun məlumatlarında öz əksini tapdığını nəzərə alaraq yaşayış evinin çöl qapısının tikinti norma və qaydalarına uyğun inşa olunduğu müəyyən edilir”. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflərin darvazaları yanbayan yerləşir. Keçirilmiş ekspertiza nəticəsində Cavabdeh məxsus yaşayış evinin çöl qapısının tikinti norma və qaydalarına uyğun inşa olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. Həmin Məcəllənin 73.2-ci maddəsinə görə, iki yanaşı torpaq sahələrinin səviyyələri müxtəlif olduqda, hasarın hündürlüyünün istinad nöqtəsi qismində torpaq sahəsinin ən yuxarı səviyyəsi qəbul edilir. Həmin Məcəllənin 73.4-cü maddəsinə müvafiq olaraq, qonşu torpaq sahələrinin şaquli planlaşdırılması zamanı atmosfer yağıntılarının və suvarma sularının bir qonşunun torpağından digərinə axmaması üçün müvafiq tədbirlər görülməlidir. Atmosfer yağıntılarından yaranan suların sahənin relyef mürəkkəbliyi ilə əlaqədar qonşu ərazilərdən keçməklə kənarlaşdırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur Həmin məcələnin 152.5 -ci maddəsinə əsasən mülkiyyətçi qanunverciliklə və ya başqa şəkildə o cümlədən müqavilə məhdudiyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlakla (əşyaya) sərbəstsurətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmn əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona məxsus əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətlər edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqularını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Həmin məcələnin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. “X8rşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 2ci maddəsinin (yaşamaq hüququ) 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur. Həyata qarşı ehtimal olunan hər bir təhlükə Konvensiya üzrə dövlət orqanlarının üzərinə həmin riskin qarşısını almaq üçün konkret tədbirlər görmək öhdəliyini qoymasa da, məsələn, əgər müəyyən edilsə ki, dövlət orqanları insanın və ya insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar idilər və ya xəbərdar olmağa borclu idilər və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görməyiblər, o halda vəziyyət fərqlidir (müvafiq dəyişiklərlə X5rşı məhkəmə işi üzrə xx.xx.1998-ci il tarixli qərar, Rezorts 1998-Vİİİ s.3159.b.116). “Kalvelli və Çiqlio İtaliyaya qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1517 saylı ekspert rəyini nəzərə alaraq belə qənatə gəlir ki, İddiaçı Cavabdeh qarşı «cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırlması, tikinti norma və qaydalarına əməl edilmədən qanunsuz yerləşdirilmiş qapının bağlanması və cavabdehin hesabına həmin qapı yerlərinin hasarlanması» tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırlması, tikinti norma və qaydalarına əməl edilmədən qanunsuz yerləşdirilmiş qapının bağlanması və cavabdehin hesabına həmin qapı yerlərinin hasarlanması» tələbinə dair iddia ərizəsi rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağstafa rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar