Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-131/2024 27.02.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X2 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc aldığı 600 manat pulun, heyvanlara yem almaq üçün 1000 manatın və 18 baş xırda buynuzlu heyvanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib göstərmişdir ki, uzun illərdi ki, qoyunçuluqla məşğul olaraq ailəsini dolandırır. Dövlət tərəfindən yataqla təmin edilmişdir. Cavabdeh onun qohumudur. Bu səbəbdən öz heyvanlarını saxlamaq üçün cavabdehə vermişdir. Cavabdeh isə heyvanları dəyişdirmiş, daha sonra 18 baş heyvanının ölməsini bildirmişdir. Onun heyvanları isə sağlam olmuşdur. Bundan başqa cavabdehə həmin heyvanlara yem almaq üçün 1000 manat pul vermişdir. Həmçinin, cavabdeh ondan 600 manat borc pul almış, lakin cavabdeh həmin borcu qaytarmamışdır. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı qohumudur. Belə ki, onun 75 baş xırda buynuzlu heyvanına və iddiaçıya məxsus heyvanları oğlu ilə birlikdə baxmışdır. İki ay onun oğlu iddiaçıya çobanlıq etmişdir. O, iddiaçının heç bir xırda buynuzlu heyvanını dəyişdirməmiş və iddiaçıdan heyvanların yemi üçün 1000 manat pul almamışdır. Onun özünün heyvanları saxlamaq üçün yemi olmuş, həmin yemdən də oğlu aparıb iddiaçının həyətinə boşaltmışdır. İddiaçı yem üçün ona pul verməmişdir. Bundan əlavə o, iddiaçıdan 600 manat borc pul almış, aralarında olan razılıq əsasında həmin borcdan 200 manatının əvəzində xırda buynuzlu heyvan, 400 manatını isə nağd şəkildə iddiaçıya qaytarmışdır. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki halda iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, cavabdehə aralarında olan hər hansı bir razılaşma əsasında cavabdehə 600 manat borc pul, heyvanlara yem almaq üçün 1000 manat verməsini, 18 baş xırda buynuzlu heyvanın dəyişdirilməsini və həmin heyvanların cavabdehdə qalmasını sübut etməlidir. İş üzrə iddiaçı həmin mübahisə ilə bağlı cavabdehin barəsində Ağstafa Rayon Polis Şöbəsinə müraciət etməsini, müraciəti əsasında cinayət işinin başlanılmasının rədd edilməsini bildirmişdir. İddiaçının qeyd etdiyi xüsusatlar üzrə mülki işin araşdırılması üçün Ağstafa Rayon Polis Şöbəsindən iddiaçının müraciəti üzrə toplanmış cinayət işinin başlanılması barədə rədd materialı tələb edilmişdir. Həmin material öyrənilərkən məlum olmuşdur ki, iddiaçı Ceyrançöl adlanan ərazidə ona məxsus fermada 216 baş xırda buynuzlu heyvanlardan 50 baş yaşlı xırda buynuzlu heyvanların cavabdeh tərəfindən dəyişdirilməsini və cavabdehin ondan aldığı 1600 manat borcu qaytarmamasını bildirmişdir. Cavabdeh isə həmin halları qəbul etməyərək iddiaçıdan 600 manat borc pul almasını, aralarında olan razılıq əsasında həmin borcdan 200 manatının əvəzində xırda buynuzlu heyvan, 400 manatını isə nağd şəkildə iddiaçıya verməsini bildirmişdir. Hazırki iddia ərizəsi ilə iddiaçının polis şöbəsinə verdiyi şikayət arasında ziddiyyətlər mövcuddur. Belə ki, iddiaçı hazırki iddia tələbində cavabdehə 600 manat borc pul, heyvanlara yem almaq üçün 1000 manat verməsini, 18 baş xırda buynuzlu heyvanın dəyişdirilməsini qeyd etsə də, polis şöbəsində 50 baş yaşlı xırda buynuzlu heyvanların cavabdeh tərəfindən dəyişdirilməsini və cavabdehin ondan aldığı 1600 manat borcu qaytarmamasını bildirmişdir. İddiaçının iddia ərizəsi ilə iddiaçının polis şöbəsinə verdiyi şikayət arasında ziddiyyətlər mövcud olduğundan onun qeyd etdiklərini məhkəmə inandırıcı hesab etmir. Göründüyü kimi, hazırki vəziyyətdə İddiaçı Cavabdeh xırda buynuzlu heyvanlara yem almaq üçün 1000 manat verməsi, 18 baş xırda buynuzlu heyvanın dəyişdirilməsi, həmin heyvanların cavabdehdə qalması öz təsdiqini tapmır və bu barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut (akt, qəbz, müqavilə və sair) təqdim edilməmişdir. Heyvanlar təhvil verilərkən tərəflər öz aralarında təhvil-təslim aktı tərtib etməyiblər, video çəkiliş aparmayıblar. Yalnız iddiaçı öz heyvanlarının seçilməsi üçün rənglənməsini bidirir ki, bu da kifayət qədər məhkəmə üçün sübut kimi yetərli hesab olunmur. Çünki, rənglənmiş heyvanların sayı, yaşı nə qədər olmasını heç bir sənəd üzərinə köçürməmişlər. Bundan başqa, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iş üzrə Cavabdeh 2022-ci ilin noyabr ayında İddiaçı 600 manat borc pul almış və həmin pulu qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdehin özü də məhkəmə iclasında və Ağstafa Rayon Polis Şöbəsində verdiyi izahatında iddiaçıdan 600 manat borc pul almasını etiraf etmişdir. İş üzrə Cavabdeh iddiaçıdan aldığı pulu qaytarmasını qeyd etsə də həmin halları təsdiq edəcək heç bir sübutunun olmamasını bildirmiş və qeyd etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış borc müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Sadalanan maddi hüquq normalarını tətbiq edərək məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı aldığı 600 manat borcu qaytarmaq öhdəliyi daşıyır. Eyni zamanda iş materiallarında olan vəsiqənin surətindən görünür ki, iddiaçı şəhid ailəsi olmaqla dövlət rüsumu ödəməkdən azad olunan şəxsdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “X1 Azərbaycan Respublikası Qanunu”nun 9.1.20-ci maddəsinin tələblərinə əsasən, şəhid ailələri məhkəmələrə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı qarşısında qaytarılmamış 600 manat məbləğində borc öhdəliyi olması sübuta yetirildiyindən, iddia qismən təmin edilməli, Cavabdeh 600 (altı yüz) manat pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-131/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-131/2024
27.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver