Məhkəmə qərarları › İş №2(015)-132/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-132/2023

12.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-132/2023 12.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh qarşı “nikahın pozulması” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 2007-ci ildə el adəti ilə toy edərək Cavabdeh ilə ailə qurmuş. 01 aprel 2014-cu il tarixdə nikahlarını rəsmiləşdirmişlər və nikahlarından xx.xx.2008-ci il tarixdə X5 və xx.xx.2011-ci il tarixində X9, xx.xx.2012-ci il tarixdə X6 və xx.xx.2017-ci tarixində X11 adlı dörd uşaqları anadan olmuşdur. Uşaqlar halhazırda onun himayəsindədir. Artıq bir necə illərdir ki, faktiki olaraq ayrı yaşayırlar, münasibətləri formal xarakter daşıyır, onun bərpası mümkün deyildir. Ona görə də Cavabdeh ilə aralarında 01 aprel 2014-cu il tarixdə bağlanmış 13 saylı nikahın pozulmasıi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh və İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin İddiaçı məhkəməyə ərizə göndərərk bildirmişdir ki, iddia tələbini müdafiə edir, boşanmaqda fikri qətidir. Eyni zamanda məhkəmə iclasında iştrak edə bilməyəcək ona görə də iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Nikah haqqında şəhadətnamənin” sürətindən görünür ki, tərəflər xx.xx.2014-cü il tarixində nikah bağlamış, bu nikah Ağstafa rayon Köçəsgər kənd icra nümayəndəliyi tərəfindən həmin tarixli, 13 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin nikahından dörd uşaqları – xx.xx.2008-ci il tarixdə X5 və xx.xx.2011-ci il tarixində X9, xx.xx.2012-ci il tarixdə X6 və xx.xx.2017-ci tarixində X11 adlı dörd uşaqları anadan olmuşdur. İş materiallarında olan Ağstafa rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 12 aprel 2023-cü il il tarixli rəydən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X2 fikirlərini, xx.xx.2017-ci təvəllüdlü X4 azyaşlı olmasını və analarına bağlılığlarını, düzgün təlim və tərbiyəsini nəzərə alaraq RİH başçısı yanında “Qəyyumluq və Himayəçilik Komissiyası” X5, X9, X6 və X4 anaları İddiaçı yanında qalmasını məqsədəmüvafiq hesab etmişdir. İş materiallarında olan Ağstafa rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 10 aprel 2023-cü il tarixli müayinə aktından görünür ki, İddiaçı yaşadıqı evin həyat şəraiti normaldır. İş materiallarında olan X1 ərizəsindən görünür ki, anası İddiaçı yanında qalmasını istəyir. İş materiallarında olan X3 ərizəsindən görünür ki, anası İddiaçı yanında qalmasını istəyir. İş materiallarında olan X2 ərizəsindən görünür ki, anası İddiaçı yanında qalmasını istəyir İş materiallarında olan xx.xx.2023-cü il tarixli 280/g saylı arayışdan görünür ki, Cavabdeh Ağstafa rayonu Köçəsgər kəndində qeydiyyatda olmasına baxmayaraq halhazırda kənddə yaşamır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinin əsasında, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məcəllənin 20.2-ci maddəsinə görə isə tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Hazırkı iş üzrə Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli qərardadla tərəflərin barışması üçün 3 ay müddət müəyyən edilməklə işin baxılması təxirə salınmış, lakin tərəflər arasında barışıq olmamış, iddiaçı nikahın pozulmasına təkid edir. Ona görə də nikah pozulmalıdır. Azərbaycan Respublikası AM-in 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Göründüyü kimi, nikah könüllü ittifaqdır, odur ki, heç kəs iradəsinə zidd olaraq nikahda qalmağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1-22.2.3-cü maddəsinə görə nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu və əmlak bölgüsünü müəyyən etməsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə görə uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Belə ki, tərəflər məhkəmə iclasında iştrak etmədiyindən uşaqların fikri öyrənmək mümkün olmamışdır. Lakin uşaqların ərizələrindən görünür ki, uşaqlar valideyinlərinin boşanmasındn sonra analarının yanında qalmaq istəyirlər. Məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qalması məsələsini həll edərkən uşaqların yaşını, valideynlərinin faktiki olaraq ayrılmasından sonra anasının yanında yaşamalarını, analarına daha çox bağlı olmalarını nəzərə alıb Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən hesab edir ki, boşanmadan sonra uşaqlar anasının (iddiaçının) yanında qalmalıdır. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər öz aralaında uşaqların saxlanılması üçün aliment tələb etmirlər. Məhkəmə tərəflərə izah edir ki, gələcəkdə tərəflər arasında aliment və əmlak bölgüsü ilə bağlı hər hansı bir mülki mübahisə yaranarsa, qanunla müəyyən edilmiş müddətdə və qaydada həmin tələblə bağlı məhkəmədə iddia qaldırmaq hüquqları vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixində bağlanmış, Ağstafa rayon Köçəsgər kənd icra nümayəndəliyi tərəfindən həmin tarixli, 13 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulsun. Nikahın pozulmasından sonra xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci təvəllüdlü X12 adlı dörd uşaqlar anaları İddiaçı yanında qalsın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar