Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1369/2025 02.12.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan 1300 manat borcun və 35 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib göstərmişdir ki, o, Tovuz rayon bazarında qəssablıqla məşğul olur. 2024-cü ilin sonlarında cavabdeh xeyir işinə görə ondan 2300 manat dəyərində nisyə mal əti almış və aralarında olan şifahi razılaşmaya əsasən toyun səhərsi günü onun pulunu qaytarmalı idi. Lakin toydan sonra dəfələrlə cavabdehdən pulunu istəsə də sonuncu onun pulunu geri qaytarmamışdır. Toydan 2 ay sonra çətinliklə də olsa ondan 1000 manat almış, lakin 1300 manat pulu hələ də ala bilməmişdir. Bu barədə o, Qovlar şəhər polis bölməsinə də müraciət etmişdir. Cavabdeh polis bölməsində verdiyi izahatında borcu olduğunu etiraf etmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki halda iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, cavabdehə aralarında olan hər hansı bir razılaşma əsasında 2300 manat dəyərində ət satmasını və cavabdehin ona 1300 manat borcunun qalmasını sübut etməlidir. İş üzrə iddiaçı həmin mübahisə ilə bağlı cavabdehin barəsində Tovuz RPŞ-nin X3 şikayət etməsini, lakin şikayətinin mülki xarakterli olduğu üçün bununla əlaqədar məhkəmə orqanlarına müraciət etmək hüququnun olmasının izah edilməsini bildirmişdir . İddiaçının qeyd etdiyi xüsusatlar üzrə mülki işin araşdırılması üçün Tovuz RPŞ-nin X1 iddiaçının müraciəti üzrə toplanmış material edilmişdir. Həmin material öyrənilərkən məlum olmuşdur ki, iddiaçı Elşad adlı şəxsə oğlunun kiçik toyuna görə 2200 manat dəyərində iri buynuzlu heyvan əti satmasını,bir müddət sonra sonuncunun ona həmin borcdan 1000 manat qaytarmasını, qalıq qalan 1200 manat pulu ala bilməməsini bildirmişdir. Hazırki iddia ərizəsi ilə iddiaçının polis şöbəsinə verdiyi şikayət arasında ziddiyyətlər mövcuddur. Belə ki, iddiaçı hazırki iddia tələbində 2024-cü ilin sonlarında cavabdehə 2300 manat dəyərində nisyə mal əti satmasını qeyd etsə də, polis şöbəsində verdiyi izahatında cavabdehə 2200 manat dəyərində iri buynuzlu heyvan əti satmasını bildirmişdir. İddiaçının iddia ərizəsi ilə iddiaçının polis şöbəsinə verdiyi şikayət arasında ətin satılması məbləği ilə bağlı ziddiyyətlər mövcud olduğundan onun məhkəmədə qeyd etdiyi 2300 manat məbləğində cavabdehə mal əti satmasını məhkəmə inandırıcı hesab etmir. Bundan başqa, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iş üzrə Cavabdeh 2024-cü ilin sonlarında İddiaçı 2200 manat dəyərində nisyə mal əti almış və həmin pulu qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdehin özü də Tovuz RPŞ-nin X2 verdiyi izahatında xx.xx.2024-cü il tarixdə azyaşlı oğluna kiçik toy etdiyi üçün iddiaçıdan 2200 manat dəyərində dana əti və quzu quyruğu almasını, toyun səhəri günü pulu tam şəkildə qaytaracağına söz verməsini, lakin toyda ziyan etdiyi üçün borcunu qaytara bilməməsini, borcundan 1000 manat qaytarmasını və hazırda iddiaçıya 1200 manat borcunun qalmasını, qalıq borcunu may ayının sonuna kimi qaytaracağını etiraf etmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış alqı-satqı müqavilələrinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə müvafiq olaraq, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Sadalanan maddi hüquq normalarını tətbiq edərək məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı aldığı ətin dəyəri olan 1200 manat pulu qaytarmaq öhdəliyi daşıyır. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 35 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı qarşısında qaytarılmamış 1200 manat məbləğində pul öhdəliyi olması sübuta yetirildiyindən, iddia qismən təmin edilməli, Cavabdeh 1200 (bir min iki yüz) manat pul və 35 manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 1200 (bir min iki yüz) manat pul və 35 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-1369/2025
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1369/2025
02.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver