Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-142/2025 29.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X12 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Ağstafa Rayon Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi və ilkin sənədlərin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında 31 avqust 2023-cü il tarixində AN-İ N-1183286 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlandığı andan ləğv edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında əldə edilmiş çıxarışın ləğv edilməsi və ilkin sənədlərin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia tələbinin həcmini artırılması ərizə təqdim edib ilkin iddiasının təmin, eyni zamanda əlavə olaraq ərizəsini nəzərə alıb Cavabdeh1 ilə Cavabdeh2 arasında 31 avqust 2023cü il tarixində AN-İ N-1183285 və AN-İ N-1183286 nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin bağlandığı andan etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında əldə edilmiş çıxarışın ləğv edilməsi və ilkin sənədlərin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsi). İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X7 2021-ci ilin yanvarın ayının 3-də vəfat etmişdir, onun vəfatından sonra ondan ünvan 1 ünvanda 0.015 ha torpaq sahəsi, ünvan 2ən 0.0672 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 117.8 kv.m olan yaşayış evi, “Hyundai Elantra” markalı **-NT-*** qeydiyyat nömrə nişanlı avtomobil miras qalmışdır. Həmin miras əmlakların atasına aid olan hissəsindən iddiaçı, bacısı X2 və anası X9 vərəsəlikdən imtina etmişlər. Həmin vaxt qardaşı Cavabdeh1 imtina etməyinin ən gərəkli səbəbi olaraq evin satılmamasını onun üzərinə aralarında öhdəlik qoymuşlar, o da həmin şərt ilə razılaşmışdır. Daha sonra, yəni xx.xx.2021-ci il tarixdə anası X9 vəfat etmişdir. Həmin miras qalmış olan əmlaklar mərhum atası ilə mərhumə anasının birgə nikahları dövründə əldə olunmuş olan əmlaklar olduğundan, həmin əmlaklarda mərhum anası X5 1/2 payı var ki, iddiaçı vərəsə olaraq həmin əmlakları faktiki olaraq qəbul etmişdir, yəni həmin ata və anadan qalmış olan yaşayış evində yaşayan şəxs olmadığından, yəni qardaşının ailəsi ilə birlikdə Bakı şəhərinə yaşamaq üçün getdiyindən evə nəzarəti və aylıq ödənişlərini o, etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-340/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Ağstafa Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(015)-662/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanda 0.015 ha torpaq sahəsi, ünvan 3əşən 0.0672 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 117.8 kv.m olan yaşayış evi və 2012-ci il buraxılışlı, sedan tipli, ban nömrəsi KMHDH41EBCU521482, mühərrik nömrəsi G4NBCU124199 olan, gümüşü rəngli, “Hyundai Elantra” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair Ağstafa rayon notariat ofisində təsdiq olunmuş 4 may 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında əldə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 19 avqust 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və 12 avqust 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi, mərhum X7 ilə mərhum X3 miras qalmış ünvan 1 ünvanında 0.015 ha torpaq sahəsi, ünvan 2ən 0.0672 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 117.8 kv.m olan fərdi yaşayış evi və ban nömrəsi KMHDH41EBCU521482, mühərrik nömrəsi G4NBCU124199 olan, gümüşü rəngli, “Hyundai Elantra” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin 4/6 hissəsinə Cavabdeh1, 1/6 hissəsinə İddiaçı, 1/6 hissəsinə X1 vərəsəlik payının müəyyən edilməsi qət edilmişdir. Qardaşı onu paydan məhrum etmək məqsədilə mirası başqa bir şəxsə satmışdır. Digər cavabdeh isə əmlakın mübahisəli olmasını bilə-bilə əmlakı almışdır. İddiaçı hesab edir ki, alqı-satqı müqaviləsi qanunsuzdur, etibarsız hesab edilməlidir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyib izahatında göstərdi ki, mübahisəli evi ona digər Cavabdeh1 satmış, o da öz adına rəsmiləşdirmişdir. Həmin evlə bağlı məhkəmə mübahisəsi olduğundan məlumatı olmuş, lakin Cavabdeh1 ona məhkəmənin onun xeyrinə qərar verdiyini bildirmişdir. Bundan sonra alqı-satqı müqaviləsi bağlamışlar. Evi öz adına rəsmiləşdirdikdən sonra həmin evdə təmir işləri görmüşdür. Hazırda Elvin onu əmin edir ki, iddiaçının xeyrinə olan qərardan Ali Məhkəmənin Plenumuna şikayət vermişdir və həmin qərar ləğv olunacaqdır. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddanın təmin olunmamasını xahiş etdi. Digər cavabdehlər Cavabdeh1 və Ağstafa Rayon Notariat Ofisinə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq mülki işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2559/2024 saylı qərarının surətindən müəyyən olunur ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mərhum atası X4 3 yanvar 2021-ci il tarixdə ölümü ilə əlaqədar açılmış vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında alınmış çıxarışın ləğv edilməsi, mərhum anası X5 həmin miras əmlakda ½ hissədə payının müəyyən edilməsi, anasının həmin payından payının müəyyən edilməsi, həmin hissədə vərəsəlik şəhadətnaməsinin verilməsi, ümumi miras əmlakın paylara mütənasib şəkildə bölünməsi və ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(015)-662/2023 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)- 340/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Ağstafa Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(015)-662/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında 0.015 ha torpaq sahəsi, ünvan 3əşən 0.0672 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 117.8 kv.m olan yaşayış evi və 2012-ci il buraxılışlı, sedan tipli, ban nömrəsi KMHDH41EBCU521482, mühərrik nömrəsi G4NBCU124199 olan, gümüşü rəngli, “Hyundai Elantra” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair Ağstafa rayon notariat ofisində təsdiq olunmuş 4 may 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında əldə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 19 avqust 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və 12 avqust 2021ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi, mərhum X7 ilə mərhum X3 miras qalmış ünvan 1 ünvanında 0.015 ha torpaq sahəsi, ünvan 3əşən 0.0672 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 117.8 kv.m olan fərdi yaşayış evi və ban nömrəsi KMHDH41EBCU521482, mühərrik nömrəsi G4NBCU124199 olan, gümüşü rəngli, “Hyundai Elantra” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin 4/6 hissəsinə Cavabdeh1, 1/6 hissəsinə İddiaçı, 1/6 hissəsinə X1 vərəsəlik payının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmiş və qeyd edilən qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında 0.015 ha torpaq sahəsini 5000 manata Cavabdeh2 satmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 2ən 0.0672 ha torpaq sahəsini 85000 manata Cavabdeh2 satmışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, qanuni qüvvəsini qalmış məhkəmə qətnamələrinə əsasən mərhum X7 ilə mərhum X3 miras qalmış ünvan 1 ünvanında 0.015 ha torpaq sahəsi, ünvan 3əşən 0.0672 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 117.8 kv.m olan yaşayış evinə dair Ağstafa rayon notariat ofisində təsdiq olunmuş 4 may 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, həmin şəhadətnamə əsasında əldə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 19 avqust 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və 12 avqust 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar ləğv edilmiş, həmin əmlakların 4/6 hissəsinə Cavabdeh1, 1/6 hissəsinə İddiaçı, 1/6 hissəsinə X1 vərəsəlik payı müəyyən edilmişdir. Həmin mülki işə baxılanadək xx.xx.2023-cü il tarixli, AN-İ ******* və AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən Cavabdeh1 miras əmlak kütləsinə daxil olan və iddiaçının vərəsəlik payı müəyyən edilmiş əmlakları Cavabdeh2 satmışdır. İşin faktiki hallarından görünür ki, Ağstafa Rayon Məhkəməsinin 19 may 2023-cü il, 16(015)-6/2023 saylı qərardadı ilə İddiaçı müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında ərizəsinə əsasən, ünvan 5 ünvanında yerləşən DƏDRX X13 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış, qeydiyyat tarixi xx.xx.2011-ci il, ********** qeydiyyat nömrəli fərdi yaşayış evinin özgəninkiləşdirilməsi (satılması, dəyişdirilməsi, bağışlanması və s.) Cavabdeh1 və digər şəxslərə qadağan edilmiş, həmin müvəqqəti təminat tədbirinin tətbiqi bir ay müddətinə müəyyən edilmişdir. Qeyd edilən qərardaddan Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməmiş şikayət işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 16(104)-39/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Ağstafa Rayon Məhkəməsinin 16(015)-6/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, Cavabdeh1 tərəfindən Ağstafa Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli 16(015)-6/2023 saylı qərardadından verilmiş şikayətin mümkünlüyünün yoxlanılması üçün iş Ağstafa Rayon Məhkəməsinə qaytarılmışdır. Yəni, hazırki yaşayış evi barədə məhkəmə mübahisəsi xx.xx.2023-cü il tarixdən yaranmış, mübahisələndirilən alqı-satqı müqavilələri isə məhkəmə mübahisəsi üzrə müvəqqəti təminat tədbiri barədə məhkəmə qərardadı ləğv olunduqdan sonra həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən alıcı Cavabdeh2 da izahatında yaşayış evi ilə bağlı məhkəmə mübahisəsi olduğundan məlumatı olmasını, lakin Cavabdeh1 ona məhkəmənin onun xeyrinə qərar verdiyini bildirmişdir. Məhkəmə iddia tələbinin əsası kimi aşağıdakıları maddi hüquq normalarına istinad edir. Məhkəmə qeyd edir ki, müqavilə bağlanması ilə yaranan daşınmaz əmlaka mülkiyyət hüququnun onu əldə edən şəxsə tam keçməsi bu hüququn verildiyinin dövlət reyestrində qeydə alındığı tarixdən etibarən baş verir (Mülki Məcəllənin 146-cı maddəsi). Həmin anda həmçinin əmlakı özgəninkiləşdirilən şəxsin bu əmlaka olan mülkiyyət hüququna xitam verilir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqısatqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. İşin müəyyən olunmuş və faktiki hallarından, həmçinin iş materiallarında olan məhkəmə aktlarından göründüyü kimi Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-340/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsi ilə mərhum X7 ilə mərhum X3 miras qalmış ünvan 1 ünvanında 0.015 ha torpaq sahəsi, ünvan 3əşən 0.0672 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 117.8 kv.m olan yaşayış evinin 4/6 hissəsinə Cavabdeh1, 1/6 hissəsinə İddiaçı, 1/6 hissəsinə X1 vərəsəlik payı müəyyən edilmişdir. Həmin mülki işə baxılanadək xx.xx.2023-cü il tarixli, AN-İ ******* və AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən Cavabdeh1 miras əmlak kütləsinə daxil olan və iddiaçının vərəsəlik payı müəyyən edilmiş əmlakları Cavabdeh2 satmışdır. Həmin hal isə iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozmuşdur. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Lakin dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (məsələn, nigahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, məsələn, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı üzrə həyata keçirilə bilər. Azərbaycan Respublikası MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə hesab edir ki, cavabdehlər alqı-satqı barədə əqd bağlayarkən, əqdlərin etibarsızlığı ilə bağlı mülki qanunvericilikdə müəyyən edilmiş yuxarıda göstərilən müddəaların məzmununa və legitim məqsədinə riayət edilməməsi iddiaçının yaşayış sahəsinə qanuni əsaslarla yaranmış mülkiyyət hüququnu əhəmiyyətsiz etmişlər. Bu isə öz növbəsində ərizəçinin Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Göründüyü kimi Cavabdeh2 aldığı əmlaklarla bağlı üçüncü şəxslərin mümkün iddialarından və bununla bağlı məhkəmə mübahisəsi olduğundan məlumatı olmuşdur. Babək Nasibov məhkəmədə bildirmişdir ki, apelyasiya icraatında həbs barədə qərar qəbil olunanda o, elə bimişdir ki, mübahisə bitib. Lakin işə mahiyyəti üzrə baxılması davam etməsinə baxmayaraq, Cavabdeh2 buna əhəmiyyət vermədən mübahisəli əmlaklar barədə Cavabdeh1la alqısatqı müqavilələri bağlayaraq əmlakları öz adına rəsmiləşdirmişdir. Belə olan halda Cavabdeh2 vicdanlı əldə edən sayılmır. Yəni, onun mübahisədən xəbəri olmuş, məhkəmə proseslərini izləmiş, lakin məhkəmə işə mahiyyəti üzrə qərar qəbul edənə qədər əmlakı alqı-satqı yolu ilə əldə etmişdir. Belə ki, Mülki Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Qanunverici müəyyən edir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Müəyyən olunduğu kimi, alıcının mübahisəli əmlaka iddiaların olmasından xəbəri olmuş, buna baxmayaraq əmlakı əldə etmək qərarına gəlmişdir. Bu halda Cavabdeh2 vicdanlı əldə edən hesab edilmir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, ünvan 1 ünvanında yerləşən 0.015 ha torpaq sahəsi, ünvan 3əşən 0.0672 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 117.8 kv.m olan yaşayış evi barədə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, AN-İ ******* və AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqavilələri bağlandığı andan etibarsız hesab edilməli, həmin müqavilələr əsasında qeyd edilən daşınmaz əmlaklara dair Cavabdeh2 adına verilmiş çıxarışlar ləğv edilməli və həmin əmlakların hüquqi qeydiyyatı əvvəlki vəziyyətə qaytarılaraq 4/6 hissəsi Cavabdeh1, 1/6 hissəsinə İddiaçı, 1/6 hissəsi isə X1 adına qeydiyyata alınmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 0.015 ha torpaq sahəsi, ünvan 3əşən 0.0672 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 117.8 kv.m olan yaşayış evi barədə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, AN-İ ******* və AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqavilələri bağlandığı andan etibarsız hesab edilsin, həmin müqavilələr əsasında qeyd edilən daşınmaz əmlaklara dair Cavabdeh2 adına verilmiş çıxarışlar ləğv edilsin və həmin əmlakların hüquqi qeydiyyatı əvvəlki vəziyyətə qaytarılaraq 4/6 hissəsi Cavabdeh1, 1/6 hissəsinə İddiaçı, 1/6 hissəsi isə X1 adına qeydiyyata alınsın. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-142/2025
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-142/2025
29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver