Məhkəmə qərarları › İş №2(015)-1434/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1434/2025

25.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1434/2025 25.12.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı Məmmədov Elvı̇ n Eldar oğlunun iştirakı ilə, İddiaçı Məmmədov Elvı̇ n Eldar oğlunun Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Məmmədov Elvı̇ n Eldar oğlu Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan aldığı telefonların dəyərindən borc qalan 2301 (iki min üç yüz bir) manat məbləğində pulun, dövlət rüsumu üçün ödənilmiş 43 (qırx üç) manat məbləğində pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, o, Ağstafa şəhərində ticarət obyektində sahibkarlıq fəaliyyəti ilə, telefonların və telefon aksessuarlarının satışı ilə məşğul olur. Telefon məhsullarını həm nağd qiymətə, həm də alıcı ilə müddətli nisyə şəkildə alqı-satqı müqaviləsi bağlamaqla satışını həyata keçirir. Alıcı isə telefonu nisyə alqı-satqı müqaviləsi ilə götürür və həmin alıcı aldığı telefonun qiyməti həddində öz üzərinə öhdəlik götürür. Cavabdeh xx.xx.2023-cü il tarixdə dəyəri 1020 manat məbləğində olan mobil telefon alaraq, həmin mobil telefonun dəyəri olan 1020 manat məbləğində pulu 10 ay ərzində ayda 102 manat ödəniş etmək şərti ilə qaytaracağını bildirmiş və cavabdehlə aralarında 112359 saylı nisyə alqı-satqı müqavilə də imzalanmışdır. Cavabdeh borcundan 6 ay ödəniş etmiş, 406 manat borcu qalmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə dəyəri 650 manat olan ikinci mobil telefonu alaraq həmin telefonun pulunu 112354 saylı alqı-satqı müqaviləsinə əsasən hər ay 65 manat ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh bu borcdan 165 manat pul ödəmiş, 485 manat isə ödənilməmiş qalmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə dəyəri 700 manat olan üçüncü mobil telefonu almışdır. Həmin mobil telefonun pulunu da 112365 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən hər ay 70 manat qaytarmaq şərti ilə ödəyəcəyini öz üzərinə öhdəlik kimi götürmüşdür. Cavabdeh bu borcdan cəmi 70 manat ödəniş etmiş, 630 manat pulu isə ödəməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə dəyəri 780 manat olan dördüncü mobil telefonu ondan almışdır. Həmin mobil telefonun pulunu 112446 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən hər ay 78 manat qaytarmaq şərti ilə ödəyəcəyini öz üzərinə öhdəlik kimi götürmüşdür. Cavabdeh isə bu borcdan heç bir ödəniş etməmişdir. Odur ki, Cavabdeh ondan aldığı telefonlardan borc qalan 2301 (iki min üç yüz bir) manat məbləğində pulun, dövlət rüsumu üçün ödənilmiş 43 (qırx üç) manat məbləğində pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. Məhkəmə iclasında iddiaçı Məmmədov Elvı̇ n Eldar oğlu iddia ərizəsini müdafiə edərək, yazılı ərizəsini məhkəməyə təqdim edərək, cavabdehin 200 manat borcundan ödəniş etdiyini, hazırda ona 2100 manat məbləğində borcu qaldığını bildirdi, nəzərə alınmasını xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Lakin məhkəməyə ünvanladığı teleqramında və məhkəmə iclasında telefonla əlaqə saxlanılan zaman cavabdeh telefon aldığını etiraf etmiş, lakin həmin telefonları X1 aldığını bildirmişdir.

5. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, o, iddiaçı ilə yaxın dostdur. O, eyni zamanda cavabdehi də tanıyır. Cavabdehə etibar etdiyi üçün iddiaçının onunla müqavilə bağlamasını məsləhət bilmişdir. Cavabdeh telefon alarkən və alqı-satqı müqaviləsi bağlanarkən o da iştirak etmiş, lakin müqavilə Cavabdehlə İddiaçı arasında bağlanılmışdır. O, cavabdehin 200 manat borcundan ödəniş etdiyini bildirmişdir.

7. Məhkəmə proses iştirakçılarını dinləyi,b mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan, Ağstafa rayonu, Köçvəlili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 217/g nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Məmmədov Elvı̇ n Eldar oğlu Ağstafa rayonu, Köçvəlili kəndində yaşayır.

9. Məmmədov Elvı̇ n Eldar oğlu ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 112359 nömrəli borc müqaviləsinə əsasən 406 manat əsas borcu, xx.xx.2023-cü il tarixli 112354 saylı borc müqaviləsinə əsasən 485 manat əsas borcu, xx.xx.2023-cü il tarixli 112365 saylı borc müqaviləsinə əsasən 630 manat əsas borcu, xx.xx.2023-cü il tarixli 112446 saylı borc müqaviləsinə əsasən 780 manat əsas borcu yaranmışdır.

10. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Məmmədov Elvı̇ n Eldar oğlu tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 43,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

b)Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. İddiaçı Məmmədov Elvı̇ n Eldar oğlunun Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan aldığı telefonlardan borc qalan 2301 (iki min üç yüz bir) manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Cavabdeh ilə aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli, 112359 nömrəli borc müqaviləsinə əsasən 406 manat əsas borcu, xx.xx.2023-cü il tarixli 112354 saylı borc müqaviləsinə əsasən 485 manat əsas borcu, xx.xx.2023-cü il tarixli 112365 saylı borc müqaviləsinə əsasən 630 manat əsas borcu, xx.xx.2023-cü il tarixli 112446 saylı borc müqaviləsinə əsasən 780 manat əsas borcu yaranmışdır. Lakin məhkəməyə ünvanladığı teleqramında və məhkəmə iclasında telefonla əlaqə saxlanılan zaman cavabdeh telefon aldığını etiraf etmiş, lakin həmin telefonları X1 aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınan S.Hüseynov həqiqətən alqı-satqı müqaviləsi bağlanarkən orda olduğunu etiraf etmiş, lakin müqavilə bağlayan tərəfin özü olmadığını, müqavilələrin Cavabdehlə İddiaçı arasında bağlanıldığını bildirmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

12. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

13. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə məişət avadanlığıik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, məişət avadanlığılarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Həmin Məcəllənin 600.1-ci maddəsinə müvafiq olaraq, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

17. Məhkəmə iddiaçının cavabdehdən tələb etdiyi xx.xx.2023-cü il tarixli, 112359 nömrəli borc müqaviləsinə əsasən 406 manat əsas borcu, xx.xx.2023-cü il tarixli 112354 saylı borc müqaviləsinə əsasən 485 manat əsas borcu, xx.xx.2023-cü il tarixli 112365 saylı borc müqaviləsinə əsasən 630 manat əsas borcu, xx.xx.2023-cü il tarixli 112446 saylı borc müqaviləsinə əsasən 780 manat əsas borcuna münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

18. Belə ki, həm iddiaçı, həm də cavabdeh xx.xx.2023-cü il tarixli, 112359 nömrəli, xx.xx.2023-cü il tarixli 112354 saylı, xx.xx.2023-cü il tarixli 112365 saylı, xx.xx.2023-cü il tarixli 112446 saylı borc müqavilələri üzrə cavabdehin cəmi 2100 manat məbləğində borcun olduğunu bildirmişdir.

19. Eyni zamanda cavabdeh tərəfindən iddia etiraf edildiyindən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

20. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

21. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

22. Beləliklə, sadalanan maddi hüquq normalarını tətbiq edərək və işin məhkəmə tərəfindən müəyyən edilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh Məmmədov Elvı̇ n Eldar oğlu iddiaçı Cavabdeh aldığı əşyalar üçün ümumilikdə 2100 manat borcu qaytarmaq öhdəliyi daşıyır. Bu səbəbdən Cavabdeh 2100 (iki min yüz) manat pul alınaraq iddiaçı Məmmədov Elvı̇ n Eldar oğluna verilməlidir.

23. Eyni zamanda iş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 43 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən, yəni 2100 (iki min yüz) manat borca aid hissədə təmin edildiyindən həmin məbləğə hesablanmış 41 manat dövlət rüsumu və Cavabdeh 2100 (iki min yüz) manat pul alınaraq iddiaçı Məmmədov Elvı̇ n Eldar oğluna verilməlidir.

26. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi: 27.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2100 (iki min yüz) manat əsas borc və 41 (qırx bir) manat məbləğində ödənilmiş dövlət rüsumu Məmmədov Elvı̇ n Eldar oğlunun xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar