Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-145/2024 13.06.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl zinyət, ona məxsus əşyaların, mobil telefonun və ya dəyərinin cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdə olan ona məxsus iddia ərizəsində göstərdiyi 4 adda qızıl-zinyət əşyalarının özünün və ya dəyəri olan 5750 (beş min yeddi yüz əlli) manat pulun, ona məxsus mobil telefon və geyim əşyalarının özünün və ya dəyəri olan 2090 (iki min doxsan), ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiyaya dair xərcin və keçirdiyi dövlət rüsumu olan 99 (doxsan doqquz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib göstərdi ki, o, 28 iyun 2022-ci il tarixdə Cavabdehla qeyri-rəsmi qaydada ailə qurmuş, nikahlarını rəsmiləşdirməmişlər. Onların birgə evliliklərindən xx.xx.2023-cü il tarixdə Hüseyn adlı bir uşaqları olmuşdur. Uşaq hal-hazırda onun himayəsindədir. Ailə münasibətləri ilk vaxtlarda normal olsada sonralar aralarında baş vermiş ziddiyətlər ailələrinin dayaqlarını sarsıtmışdır. Belə ki, o, 10 avqust 2023-cü ildə müalicə olunması üçün atasının evinə getdikdə, cavabdehlə aralarında söz-söhbətlər yaranmışdır. O, halhazırda uşağı ilə birlikdə atası evində yaşayır. Cavabdehlə ailə qurarkən iddia ərizəsində qeyd etdiyi cehiz əşyalarını valideynləri yaşadığı evə gətirmişdir. Həmin cehiz əşyaları 2 ədəd pakrıval, 2 ədəd gödəkcə, 2 ədəd ayaqqabı, pencək və şalvar, yeni alınmış paltarlar, ev paltarları, 2 dəst bakal, 4 dəst ləpə qabı, 2 ədəd çanta, kosmetika dəsti, “REDMİ not 9” mobil telefondan ibarətdir. Qeyd edilən əşyalar da cavabdehin sərəncamındadır. Eyni zamanda, ona hədiyyə olunmuş adları iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyaları da cavabdehlərin sərəncamında qalmışdır. Bunu təsdiq edəcək DVD disk də təqdim etmişdir. Belə ki, o, cavabdehlə ailə qurduqdan sonra toylarının səhərsi günü qaynanası tərəfindən qızılları ondan alınmış, bir daha ona geri verilməmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, o, məhkəməyə teleqram göndərərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Qeyd olunur ki, qanunvericiliyə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Məlum olduğu kimi, İddiaçı ilə Cavabdeh 28 iyun 2022-ci il tarixdə qeyri-rəsmi qaydada ailə qurmuş, nikahlarını rəsmiləşdirməmişlər. Onların birgə evliliklərindən xx.xx.2023-cü il tarixdə Hüseyn adlı bir uşaqları olmuşdur. Aralarında baş vermiş ziddiyyətlər səbəbindən ayrılmışlar və hal-hazırda da ayrı yaşayırlar. Tərəflər arasında əmlak mübahisəsi vardır. Məhkəmə ilk öncə iddiaçının cavabdehdən tələb etdiyi 1 ədəd 750 əyarlı, çəkisi 25 qram olan boyunbağı-qolbaq dəsti, 585 əyarlı çəkisi 6 qram olan bir cüt sırğa, 1 ədəd 750 əyarlı çəkisi 8 qram olan brilyant qarşlı üzük, 2 ədəd 750 əyarlı ümümulikdə çəkisi 5,8 qram olan 2 ədəd brilyant qaşlı üzükdən ibarət qızıl-zinət əşyalarına münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə ailə həyatı qurarkən iddiaçıya iddia ərizəsində adları qeyd olunan qızıl-zinət əşyaları hədiyyə olaraq verilmişdir. Qızıl-zinyət əşyalarının cavabdehin ailə üzvlərinin və qohumları tərəfindən iddiaçıya hədiyyə şəklində verilməsi iddiaçı tərəfindən təqdim olunmuş DVD diskə baxış keçirilən zaman da öz təsdiqini tapmışdır. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi toy günü cavabdehlə birlikdə çəkilmiş fotoşəkildən də görünür ki, həmin qızıl əşyaları iddiaçının üzərindədir. Toy gününündən sonra həmin qızıl əşyaları cavabdehin anası tərəfindən iddiaçıdan alınmış, faktiki olaraq qızıl əşyaları həmişə qaynanasının sərəncamında olmuşdur. İddiaçı bildirmişdir ki, heç vaxt qızıl əşyaları ona istifadə etmək üçün verilməmişdir. Ümumiyyətlə birgə yaşadığı dövrdə heç bir toy-nişan məclislərinə onu aparmamışlar. İddiaçı atası evinə gələrkən həmin əşyalar cavabdehin anasının istifadəsində qalmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclasına gəlməyərək iddiaçının dediklərinə qarşı etirazını bildirməmiş, öz dəlil və sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin olunmalıdır. Bundan başqa, məhkəmə iddiaçının cavabdehdən tələb etdiyi cehiz əşyalarına münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh ailə qurduqdan sonra cehiz əşyaları iddiaçının valideynləri tərəfindən onun yaşadığı evə gətirilmişdir. İddiaçı atası evinə gedərkən ona məxsus cehiz əşyaları cavabdehin evində qalmışdır. Hal-hazıradək iddiaçıya məxsus cehiz əşyaları qaytarılmamışdır. Ona görə də iddia tələbi cehiz əşyaları hissəsində qismən təmin olunmalı, iddiaçıya məxsus cehiz əşyaları cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Lakin iddiaçının iddia ərizəsində qeyd edərək cavabdehdən tələb etdiyi “REDMİ not 9” markalı mobil telefonun onun adına alınması və ya ona hədiyyə şəklində verilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə uyğun olaraq, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Məhkəmə eyni zamanda hesab edir ki, gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehlərdən naturada alınması mümkün olmadığı halda həmin əmlakların dəyəri iddiaçıya pulla ödənilməlidir. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 №-li qərarının 9.2-ci bəndində nəzərdə tutulur ki, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Məhkəmə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutulmasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4-cü bəndinə əsasən mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş mediasiya xərci məhkəmə xərclərinə aid edilmədiyindən iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh 99 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Məhkəmə iş üzrə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, 1 ədəd 750 əyarlı, çəkisi 25 qram olan boyunbağı-qolbaq dəsti 3000 (üç min) manat, 585 əyarlı çəkisi 6 qram olan bir cüt sırğa 600 (altı yüz) manat, 1 ədəd 750 əyarlı çəkisi 8 qram olan brilyant qarşlı üzük 1350 (min üç yüz əlli manat), 2 ədəd 750 əyarlı ümümulikdə çəkisi 5,8 qram olan 2 ədəd brilyant qaşlı üzükdən 800 (səkkiz yüz) manat ibarət qızıl-zinət əşyaları, cehiz əşyalarından 2 ədəd pakrıval 50 (əlli) manat, 2 ədəd gödəkcə 300 (üç yüz) manat, 2 ədəd ayaqqabı 100 (yüz) manat, pencək və şalvar 150 (bir yüz əlli) manat, yeni alınmış paltarlar 200 (iki yüz) manat, ev paltarları 200 (iki yüz) manat, 2 dəst bakal 30 (otuz) manat, 4 dəst ləpə qabı 30 (otuz) manat, 2 ədəd çanta 100 (bir yüz) manat, kosmetika dəsti 200 (iki yüz) manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. 1 ədəd 750 əyarlı, çəkisi 25 qram olan boyunbağı-qolbaq dəsti 3000 (üç min) manat, 585 əyarlı çəkisi 6 qram olan bir cüt sırğa 600 (altı yüz) manat, 1 ədəd 750 əyarlı çəkisi 8 qram olan brilyant qarşlı üzük 1350 (min üç yüz əlli manat), 2 ədəd 750 əyarlı ümümulikdə çəkisi 5,8 qram olan 2 ədəd brilyant qaşlı üzükdən 800 (səkkiz yüz) manat ibarət qızıl-zinət əşyaları, cehiz əşyalarından 2 ədəd pakrıval 50 (əlli) manat, 2 ədəd gödəkcə 300 (üç yüz) manat, 2 ədəd ayaqqabı 100 (yüz) manat, kastyum və şalvar 150 (bir yüz əlli) manat, yeni alınmış paltarlar 200 (iki yüz) manat, ev paltarları 200 (iki yüz) manat, 2 dəst bakal 30 (otuz) manat, 4 dəst ləpə qabı 30 (otuz) manat, 2 ədəd çanta 100 (bir yüz) manat, kosmetika dəsti 200 (iki yüz) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh 99 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-145/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-145/2024
13.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver