Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-15/2025 29.12.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X2 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdeh və qeyrilərinə qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi, şərəf və ləyaqətin müdafiəsi, xüsusi qərardad çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı Cavabdeh və qeyrilərinə qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi, şərəf və ləyaqətin müdafiəsi, xüsusi qərardad çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağstafa rayonu Eynallı bələdiyyəsi də cavabdeh İddiaçı qarşı qanunsuz zəbt edilmiş bələdiyyə torpağının geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, 2(015)-439/2024 və 2(015)-974/2024 saylı mülki işlər bir icraatda birləşdirilməlidir. Məhkəmə qeyd edir ki, hər iki tələb eyni predmeti, eyni əsas və eyni tərəflər arasında baş verən münasibətlərlə bağlı olduğundan həmin tələblərin bir icraatda birləşdirilərək baxılması, tərəflərin müxtəlif vaxtlarda məhkəmə çəkişmələrinə çağrılmasını, məhkəmə iclaslarının təkrar-təkrar keçirilməsini aradan qaldırmış olar. Ona görə də hazırkı işin, məhkəmənin icraatında daha tez daxil olmuş mülki işlə bir icraatda birləşdirilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası MPM-nin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nın 43.2, 169 və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı Cavabdeh və qeyrilərinə qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi, şərəf və ləyaqətin müdafiəsi, xüsusi qərardad çıxarılması tələbinə dair iddia ərizəsi üzrə 2(015)-439/2024 nömrəli mülki iş Ağstafa Rayon Məhkəməsinin icraatında olan iddiaçı Ağstafa rayonu Eynallı bələdiyyəsinin cavabdeh İddiaçı qarşı qanunsuz zəbt edilmiş bələdiyyə torpağının geri qaytarılması tələbinə dair 2(015)-974/2024 nömrəli mülki işlər bir icraatda birləşdirilsin və birləşdirilmiş mülki işlərə 2(015)-974/2024 nömrəsi ilə baxılsın. Mülki işə məhkəmə hazırlıq iclasında baxılması 02 oktyabr 2024-ci il tarixə saat 11:45-ə təyin edilsin. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilsin. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-15/2025
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-15/2025
29.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver