Məhkəmə qərarları › İş №2(015)-151/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-151/2024

31.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-151/2024 31.01.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X7 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı alimentin artırılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, 24 iyun 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün uşağın atası Cavabdeh Firuddin oğlundan qazancının qeyri müntəzəm və dəyişkən olmasını nəzərə alaraq 1 uşağın saxlanılması üçün alimentin miqdarını artıraraq 220 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı məhkəmə baxışı gedişində əmələ gəlmiş əsaslara əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edib göstərdi ki, cavabdehlə öz aralarında razılaşmışlar. Ona görə də cavabdehdən 150 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Qanunvericiliyə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsi). Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib göstərmişdir ki, o, cavabdehlə 2009-cu ildə el adəti ilə ailə quraraq evlənmiş, həmin evlilikdən xx.xx.2010cu il tarixdə X6 adlı bir uşaqlar anadan olmuşdur. Cavabdehlə 2011-ci ildə ayrılmışlar və uşaq hazırda onun himayəsindədir. Ağstafa Rayon Məhkəməsinin 2(015)-275/2012 saylı 04 may 2012-ci il tarixli qətnaməsi ilə cavabdehdən 1 uşağın saxlanılması üçün hər ay 60 manat pulun onun xeyrinə tutulması qət edilmişdir. Lakin cavabdeh ona təyin olunan alimenti 2022-ci ildən ödəmir. Cavabdeh 2020-ci ildə Vətən müharibəsində yaralanmış və qazi olmuşdur. O hər ay dövlətdən müəyyən qədər pensiya alır. Özü yaşadıqları kənddə tibbi bacısı işləyir və uşağın artan tələbatını təkbaşına təmin edə bilmir. Ona görə qeyd etdiklərini nəzər alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə cavabdeh X3 məhkəməyə iddia tələbinə etiraz ərizəsi göndərərək göstərmişdir ki, Ağstafa Rayon Məhkəməsinin qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan hər ay 60 manat alimentin tutulması qət edilmişdir. Hal-hazırda isə iddiaçı ondan 220 manat aliment tələb edir. O, Qarabağ qazisidir. Könüllü olaraq ikinci Qarabağ müharibəsində döyüşlərdə iştirak etmiş, Azərbaycan Respublikasl Prezidentinin Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif olunmuşdur. Müharibədə hərbi partlayış travması almışdır. Partlayış nəticəsində bədənindən çoxsaylı xəsarətlər almışdır. Həmçinin nitqində fəsadlar yaranmışdır. Müharibədən sonra uzun müddət müalicə almış və hal-hazıradək müalicələri davam edir. 1-ci qrup Qarabağ Müharibəsi əlili olmaqla əsəb xəstəsidir. Dövlətdən aldığı 1000 manat pensiya ilə dolanır və onun da böyük bir hissəsi aldığı müalicəyə sərf olunur. 1-ci qrup Qarabağ Müharibəsi əlili olmaqla əsəb xəstəsi olduğu üçün hər hansı işdə işləmək imkanından da məhrumdur. Dövlətdən aldığı pensiyadan başqa heç bir gəlir yeri yoxdur. Bu səbəbdən də yalnız 100-120 manat aliment ödəməyə imkanı çatır. Ona görə də qeyd etdiklərini nəzərə alıb xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan hər ay 100-120 manat alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh X2 rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, cavabdehin ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, iş üzrə tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X6 adlı yetkinlik yaşına çatmayan uşaqları vardır. Ağstafa Rayon Məhkəməsinin 2(015)-275/2012 saylı 04 may 2012-ci il tarixli qətnaməsi ilə cavabdeh X1 xx.xx.2010-cu il təvəllüdlü X6 adlı uşağın saxlanılması üçün hər ay 60 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSM Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 haqqında xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, X3 1-ci dərəcəli əlildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Bundan başqa, alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hazırkı mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılması üçün yetərli olmadığını, uşaq böyüdüyündən xərclərinin artmasına əsaslanmaqla tələb edir. Lakin, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Hazırki vəziyyətdə uşağa görə 60 manat aliment məbləği yaşayış minimumundan da aşağıdır. Ona görə də məhkəmə hesab edir ki, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin 2(015)- 275/2012 saylı 04 may 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq cavabdehdən hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hər iki tərəf dövlət rüsumunun ödənilməsindən azad olunduğundan məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin 2(015)-275/2012 saylı 04 may 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq cavabdeh X1 hər ay 150 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı verilsin. İş üzrə hər iki tərəf dövlət rüsumunun ödənilməsindən azad olunduğundan məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar