Məhkəmə qərarları › İş №2(015)-16/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-16/2025

30.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-16/2025 30.10.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh*na, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (ASC) və maraqlı tərəf Maraqlı şəxsnə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağstafa rayonu notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə Reyestrdə 8İ-5448 nömrəsi ilə qeyd edilmiş icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Ağstafa Rayon Notariat Ofisində "xxxx" ASC ilə onun arasında kredit müqaviləsi bağlanmışdır. Sonradan ona məlum olmuşdur ki, "xxxx" ASC onu aldadaraq evi qiymətləndirmədən müqavilə bağlamışdır. Hazırda icra qeydi ilə ondan ümumilikdə *0285,99 manat tələb olunsa da bu günə qədər ümumilikdə 5.655 (beş min altı yüz əlli beş) manat banka pul ödəmişdir. Bundan başqa, onda olan məlumata görə bank evi 2*.000 manata qiymətləndirmişdir. Əslində isə onun evinin bazar dəyəri 50.000 manatdan artıqdır. Bu halı sübut edəcək əlində kifayət qədər sübutları mövcuddur. Göründüyü kimi, tələb mübahisəlidir. Belə ki, evin qanunsuz dəyərləndirilməsindən başqa, bu günə qədər olan ödənişləri nəzərə alınmamışdır. "xxxx" ASC həmin kredit müqaviləsində qeyd olunan şərtləri pozmuşdur. Bunlara görə hesab edir ki, Ağstafa rayon noariat ofisi tərəfindən verilmiş icra qeydi ləğv olunmalıdır. Bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərdi ki, icra qeydi düzgün tərtib olunmamışdır. Həmçinin mübahisənin məhkəmədənkənar həllinə heç bir təşşəbüs göstərilməmişdir. Hazırda icra qeydi üzrə ümumilikdə *0285,99 manat tələb olunsa da bu günə qədər ümumilkdə banka pul ödənişləri etmişdir. Bundan başqa üzərinə haqsız olaraq cərimələr də yüklənmişdir. Belə ki, bu günə qədər olan ödənişləri nəzərə alınmamışdır. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında cavabdeh Bank Respublika» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 bildirdi ki, iddiaçı dəfələrlə bankı aldatmış, dəfələrlə İddiaçıla razılığa gəlməyə çalışılsa da, heç bir şəkildə razılığa gəlməmişdir. Ekspert rəyinə etirazları olmadığını bildirərək ilbəil daşınmaz əmlakların dəyərinin artmasını nəzərə alaraq qiymətləndirmənin normal olduğunu bildirdi.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Ağstafa rayon Notariat Ofisinə, maraqlı tərəf Maraqlı şəxsnə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.

6. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin *85-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır.

7. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: b) Mülki işin materialları:

8. İş materiallarında olan Ağstafa rayonu, Vurğun qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 99/g nömrəli *5.02.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.*970-ci il təvəllüdlü İddiaçı Ağstafa rayonu, Vurğun qəsəbəsində qeydiyyatdadır və yaşayır.

9. İş materiallarında olan Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayışın surətindən görünür ki, İddiaçı *7.0*.2022-ci il tarixli ********** №-li ərizəsinə və *7.0*.2022 il tarixli ********** №-li müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin *5 saylı Tovuz Ərazi İdarəsi tərəfindən onun mülkiyyətində (icarəsində, istifadəsində) olan Fərdi yaşayış evinin qiymətləndirilməsi işi aparılmış və 24.0*.2022-ci il tarixə bazar dəyəri 38000 manat təşkil etmişdir.

10. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti tərəfindən 22.0*.2022-ci il tarixli 5020*3093844-*030* nömrəli çıxarışa əsasən İddiaçı Ağstafa rayonu Vurğun qəsəbəsində 0,0938 ha torpaq sahəsində **6.3 kv.m olan fərdi yaşayış evinə sahibdir.

11. İş materiallarında olan Ağstafa Rayon Notariat Ofisinin 8Ї -5488 saylı, xx.xx.2023-cü il tarixli icra qeydindən görünür ki, İddiaçı ilə BOKT "xxxx" MMC arasında bağlanılmış 39080222-*3428370*L müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 9593.*2 manat əsas borc, 692.87 manat faiz borcu olmaqla, cəmi *0285.99 manat məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulmuşdur.

12. İş materiallarında olan Maraqlı şəxs **.07.2023-cü il tarixli qərarından görünür ki, Ağstafa Rayon Notariat Ofisinin 8İ-5488 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən **.07.2023-cü il tarixdə icraata başlanılmışdır.

13. "xxxx" MMC tərəfindən verilmiş, UNİ/54-588/2025 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı Ağstafa rayonu Vurğun qəsəbəsində 0,0938 ha torpaq sahəsində **6.3 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 35.500 manat, likvid dəyəri 32.000 manat təşkil edir.

c) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Ağstafa Rayon Notariat Ofisinin 8İ-5488 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən İddiaçı ilə "xxxx" ASC arasında bağlanılmış 39080222-*3428370*L müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 9593.*2 manat əsas borc, 692.87 manat faiz borcu olmaqla cəmi *0285.99 manat məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulmuşdur. İş üzrə İddiaçı ödənişlər etməsini, lakin kreditor tərəfindən etdiyi ödənişlər nəzərə alınmadan ondan artıq məbləğdə pul tutulmasını bildirsə də, bu barədə məhkəməyə hər hansı bir ödəniş qəbzləri və mötəbər sübut təqdim etməmişdir. Əksinə Ağstafa Rayon Notariat Ofisinin 8İ-5488 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən **.07.2023-cü il tarixdə icraata başlanılmış və icra işi Maraqlı şəxs icraatındadır. İcra sənədi üzrə borclu İddiaçı tərəfindən tələb təmin edilməmişdir. Təyin olunmuş ekspertizanın nəticəsindən məlum olmuşdur ki, İddiaçı Ağstafa rayonu Vurğun qəsəbəsində 0,0938 ha torpaq sahəsində **6.3 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 35.500 manat, likvid dəyəri 32.000 manat təşkil edir.

d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

16. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 26.*.7-ci maddəsinə əsasən bu Qanunun 37.*-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək ipoteka saxlayanın hüquqlarıdır.

17. Həmin Qanunun 38.*-ci maddəsinə əsasən bu Qanunun 37.*-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.

18. Həmin Qanunun 38.*-ci maddəsinə əsasən notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə * iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. Açıq bazarda satış qiyməti tərəflərin notariat qaydasında təsdiq olunan razılaşması ilə müəyyən edilir. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra xidmətinin depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir

19. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.

20. Həmin Qanunun 77-ci maddəsinə icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: *) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkar fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 3) borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. 2*.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ** sentyabr tarixli, *67 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın *6*-ci maddəsinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə * (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.

22. Həmin Təlimatın *62-ci maddəsinə əsasən icra qeydi aşağıdakı hallarda aparılır: *) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. 23.Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. 24.Göründüyü kimi, mübahisələndirilən icra qeydi verilən zaman “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-77 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ** sentyabr tarixli, *67 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın *6*-*62-ci maddələrinin tələbləri pozulmamış, barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa hal müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq əsas öhdəliklər üzrə icra müddətinin bitməsindən üç illik iddia müddəti keçməmiş, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada bildiriş göndərmişdir. Eyni zamanda iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. 25.Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 26.Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 27.Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 28.Qeyd olunan Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 29.Həmin Məcəllənin **9.*-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 30.İddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş *00 manat dövlət rüsumu iddiaçıya aid edilməli, məhkəmə xərcləri də ondan tutulmalıdır.

Nəticə hissəsi: 3*.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı Cavabdeh*na, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (ASC) və maraqlı tərəf Maraqlı şəxsnə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş *00 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı 300 manat manat məbləğində ekspert tədqiqatının dəyəri alınaraq iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı 55 (əlli beş) manat məbləğində ekspert tədqiqatının dəyəri tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN *70032662*, X*, Kod 2*0005, VÖEN *40*55507*, Müxbir hesab AZ4* NABZ0*360*0000**********, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN *70032662*, hesab AZ34CTRE**********000208850* saylı hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar