Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-173/2025 25.02.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh 765 (yeddi yüz altmış beş) manat məbləğində pul vəsaitinin və cavabdehin Ağstafa rayonunda qeydiyyatda olmasını, özünün 1-ci qrup əlil kimi çətinliklə də olsa Ağstafa rayonuna gəlməsini nəzərə alaraq ona dəymiş ziyandan əlavə 500 (beş yüz) manat kompensasiyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuşdur. İş üzrə Cavabdeh Ramana qəsəbəsi, E.Məhərrəmli küçəsində hərəkətdə olarkən, düzgün ara məsafəsi saxlamamış, qarşısındakı “Vaz-2107” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsindən vurub toqquşmuş, sonra idarəetməni itirib qarşıdan gələn “Opel Vita” markalı **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Hadisə nəticəsində ona 3443 manat ziyan dəymiş, "xxxx" ASC həmin ziyandan 2678,13 manat ödəmiş, qalıq qalan 765 (yeddi yüz altmış beş) manat pul ödənilməlidir. Ona dəymiş ziyan tam şəkildə ödənilməmişdir. Dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehdə müraciət etsə də cavabdeh ziyanın ödənilməsindən qərəzli şəkildə boyun qaçırmışdır. Özü 2-ci qrup müharibə əlilidir. Hər ay 470 (dörz yüz yetmiş) manat pensiya alır və maddi vəziyyəti acınacaqlı haldadır. Ona görə də hazırki tələblə məhkəməyə müraciət edilmişdir. Tərəflərə məhkəmə iclaslarının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iş üzrə İddiaçı məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 07:40 radələrində etibarnamə olmadan idarə etdiyi “Renault” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ramana qəsəbəsi, E.Məhərrəmli küçəsilə hərəkətdə olarkən, düzgün ara məsafəsi saxlamamış, qarşısındakı “Vaz-2107” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsindən vurub toqquşmuş, sonra idarəetməni itirib qarşıdan gələn “Opel Vita” markalı **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Eyni zamanda “Vaz-2107” markalı avtomobil zərbədən qarşısında dayanmış vəziyyətdə olan “Qaz-3302” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmışdır. Hadisə nəticəsində “Vaz-2107” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3443 manat məbləğində ziyan dəymiş, həmin ziyandan 2678,13 manat sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmiş, qalıq 764,87 manat pul isə nə sığorta şirkəti nə də cavabdeh tərəfindən ödənilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər. Həmçinin, Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya 3443 manat məbləğində maddi ziyan dəyməsi, həmin ziyanın 2678,13 manatın sığorta şirkəti tərəfindən ödənilməsi, iddiaçıya dəymiş 764,87 manat ziyanın cavabdeh tərəfindən ödənilməmiş qalması, məhkəmə iclasında öz təsdiqini tapdığından iddia qismən təmin olunmalı, Cavabdeh 764,87 manat pul alınaraq İddiaçı verilməlidir. Bundan başqa məhkəmə iddiaçının cavabdehin Ağstafa rayonunda qeydiyyatda olmasını, iddiaçının 1-ci qrup əlil kimi çətinliklə də olsa Ağstafa rayonuna gəlməsini nəzərə alaraq ona dəymiş ziyandan əlavə 500 (beş yüz) manat kompensasiya tutulmasını tələb etsə də həmin xərcin cavabdehin təqsirli və ya təqsirsiz hərəkətləri nəticəsində çəkməsi, həmçinin qeyd edilən xərcin çəkilməsinə sərf edilən vəsaitin qəbzi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, eyni zamanda iddiaçı həmin xərcin məhkəməyə gedib-gəlməsinə xərclənməsini bildirsə də o, heç bir məhkəmə iclaslarında iştirak etməmiş, məhkəməyə gəlməsi ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “X2 Azərbaycan Respublikası Qanunu”nun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda məhkəməyə iddia ərizəsi verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.20-ci maddəsinin tələblərinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin 1000 manatadək olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 764,87 manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-173/2025
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-173/2025
25.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver