Məhkəmə qərarları › İş №2(015)-1736/2025

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-1736/2025

31.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-1736/2025 31.10.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin həcminin artırılması və indeksasiyası tələbinə dair iddia ərizəsi baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin həcminin artırılması və indeksasiyası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 24.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 151.1-ci və 151.3-cü maddələrində qeyd edilir ki, iddia ərizəsi Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Mülki prosessual qanunvericiliyin tələbindən görünür ki, müvafiq icraat növündən asılı olaraq məhkəməyə iddia ərizəsi və ya ərizə daxil olduqda hakim onun verilməsi zamanı MPM-də nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1 maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyilsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hesab olunur ki, iddiaçının iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Ağstafa Rayon Məhkəməsinin 2(105)-881/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsinə ilə birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 oglu,xx.xx.2013-cu təvəlludlu X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 110 manat (cəmi 220) manat aliment məbləğinin tutulması qət edilmişdir. Onun aliment məbləğinin həcminin artırılması və indeksasiyası tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin tələbə mülki məhkəmə icraatı qaydasında baxılması mümkün deyil. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 150, 153-cü 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin həcminin artırılması və indeksasiyası tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar