Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-186/2023 04.04.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X10 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Müşafiq oğlunun, cavabdeh X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.800 manat borc pulun və 48 manat dövlət rusumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh 31 mart 2022-ci il tarixində ondan 2.800 manat borc pul almış, həmin vaxt isə onun yanında X3 olmuş və özunun imzası ilə iltizam vermişdir ki, istənilən vaxt pulu qaytaracaqdır. Cavabdeh həmin pulu verməkdən imtina edir. Dəfələrlə borc verdiyi pulun geri qaytarılması barədə müraciətlər etsə də heç bir nəticə hasil edə bilməmişdir. Hazırda cavabdeh borcunu ödəməkdən yayınır. Gah özünü gizlədir, gah evinə gedəndə deyirlər ki, evdə yoxdur. Mehmanın qanunsuz hərəkətləri onu lap təngə gətirmişdir. Məhkəmə qaydasında olmadan mübahisənin həlli mümkün deyildir. Ona görə də Cavabdeh 2.800 manat borc pulun və 48 manat dövlət rusumunu alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil Müşafiq oğlu iddianı müdafiə edərək iddiaçının izahatına uyğun izahat verdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək bildirdi ki, onun iddiaçıya borcu yoxdur. İddicı İddiaçı fermasında aylıq 750 manata işləyirdi. İltizamda olan imzası isə iddiaçının təzyiqi nəticəsində yazılmışdır. Ona görə də nəzərə alınması xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, tərəfləri tanıyır, onlara qarşı ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, tərəflər arasında yazılı iltizam yazılan zaman o da orada olmuşdur. Cəmil Mehmanı fermadan qovmuşdur. X8 fermaya gətirərək Cəmildən xahiş etdi ki, onu çıxarmasın, işləyib hissə-hissə borcunu qaytarar. Həmin vaxt onun iştirakı ilə onlar öz arasında razılığa gəlib iltizam yazaraq Mehman Cəmilə borcunu qaytaracağına söz verdi. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 739.1-ci maddəsində qeyd olunub ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 740-cı maddəsinə görə isə borc müqaviləsi şifahi bağlanır, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində yazılı formada kredit müqaviləsinin bağlanması, həmin müqavilə üzrə iddiaçının cavabdehə 2.800 manat məbləğində pul verməsi, cavabdehin isə aldığı pulu qaytarmaması iddiaçının izahatındakı məlumatlarla, iddiaçının məhkəməyə təqdim etdiyi iltizamdakı məlumatlarla və şahidin ifadəsindəki məlumatlarla sübut olunur. Belə ki, iddiaçının Məhkəməyə təqdim etdiyi iltizamın məzmunu belədir: “Mən, Ağstafa rayon Köçvəlli kənd sakini Osmanov X2 sakini X1 şahidliyi ilə İddiaçı xx.xx.2022-ci ildə 2.800 Azərbaycan manatı pul almışam. İstənilən vaxt qaytarmaq şərti ilə”. İltizam imzalanmış, imzadan sonra “Cavabdeh” yazılmışdır. Bu iltizamdakı imzanın cavabdehə məxsus olmadığına və iltizamın həqiqiliyinə cavabdeh etirazını bildirməmişdir. Həmçinin iş üzrə toplanmış digər sübutlar da iltizamın həqiqiliyini təsdiq edir. Beləliklə, iddiaçı (kredit verən) müqavilə ilə onun zərinə düşən vəzifəni yerinə yetirmişdir, yəni 2.800 manat məbləğində pula mülkiyyət hüququnu cavabdehə (kredit alana) keçirmişdir. İşin bu halı iddiaçının təqdim etdiyi sübutlarla təsdiq olunur. Lakin cavabdehin (kredit alanın) müqavilə ilə onun üzərinə düşən vəzifəni yerinə yetirməsi, yəni aldığı 2.800 manat məbləğində pulu geri qaytarması sübut olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, pulun verilməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşürsə, pulun qaytarılmasını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. 2.800 manat məbləğində pulun qaytarılması isə sübut olunmur. Ona görə də Məhkəmə MM-in 425, 427, 439, 442 və 448-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddia əsaslıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh 2.800 (ik min səkkiz yüz) manat pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48 (qırx səkkiz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-186/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-186/2023
04.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver