Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1911/2025 06.02.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs "xxxx" MMC-nə qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, 10 sentyabr 2021-ci il tarixli, 022004 nömrəli müqaviləyə əsasən "xxxx" MMC ilə Cavabdeh2 arasında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov və A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində, ümumi sahəsi 209,1 kv.m olan və 4 otaqdan ibarət 22 №-li izolə olunmuş mənzilə maneələrin aradan qaldırılması, təhvil verilməsi öhdəliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 10 sentyabr 2021-ci il tarixli, 022004 nömrəli müqaviləyə əsasən "xxxx" MMC ilə Cavabdeh2 arasında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov və A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasından pay barədə müqavilə imzalamışlar. Həmin müqavilənin əsas predmetini Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov və A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində, ümumi sahəsi 209,1 kv.m olan və 4 otaqdan ibarət 22 №-li izolə olunmuş mənzil təşkil edir. Sözügedən mənzilin ödənişi cavabdehlərdən biri olan Cavabdeh2 tərəfindən aparılsa da, faktiki ödəniş onun tərəfindən olmuş və mənzil ona məxsusdur. Lakin Cavabdeh2 müxtəlif bəhanələrlə mənzilin açarını təhvil verməkdən yayınır. Hər dəfə müxtəlif bəhanələr gətirməklə ümumi tanışlıqları olan Cavabdeh1 ilə aralarında borc verildiyini və həmin mənzilə görə onun da pay hüququnu əsas gətirərək mənzilə süni maneələr yaradıldığını bildirmişdir. Buna görə də mənzilə aid sənədləşmə işlərinin onun iradəsindən asılı olmadığını bildirərək Cavabdeh1 olduğunu qeyd etmişdir. Həmçinin "xxxx" MMC də mənzilin ona verilməsinə etiraz etməmişdir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov və A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 8ci mərtəbəsində, ümumi sahəsi 209,1 kv.m olan və 4 otaqdan ibarət 22 №-li izolə olunmuş mənzilin dəyəri onun tərəfindən ödənilmişdir. İş materiallarında həmin mənzillə bağlı Cavabdeh2 tərəfindən mənzilin sənədləşdirilməsi ilə bağlı etibarnamə, həmçinin Cavabdeh2 həyat yoldaşının həmin mənzilin onun adına rəsmiləşdirilməsi ilə bağlı razılıq ərizəsi mövcuddur. Ona görə də qeyd etdiklərini nəzərə alıb cavabdehlərin üzərinə mənzilin sənədlərinin və açarının ona verilməsi ilə bağlı öhdəlik qoyulması, həmçinin üçüncü şəxs "xxxx" MMC-nin üzərinə həmin mənzilin onun adına rəsmiləşdirilməsi ilə bağlı öhdəlik qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul edib ifadəsində göstərdi ki, 10 sentyabr 2021-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh2 arasında mübahisə predmeti olan mənzilə dair müqavilə bağlanmışdır. Hal-hazırki tarixədək iş materiallarından da göründüyü kimi həmin mənzil Cavabdeh2 istifadəsindədir. İddiaçı ilə Cavabdeh2 arasında borc münasibətləri olmuşdur. Borc münasibətləri ilə bağlı iddiaçı ilə təmsil etdiyi şəxs arasında razılıq olmuşdur ki, həmin borc münasibətləri həll olduğu halda Cavabdeh2 həmin mənzili iddiaçıya verəcəkdir. Hal-hazırda tərəflər arasında borc mübahisəsi öz həllini tapmışdır. Hazırda mənzilin sənədləri itmiş, lakin cavabdeh tərəfindən həmin sənədlər tapılaraq iddiaçıya veriləcəkdir. Ona görə də qeyd etdiklərini nəzərə alaraq qeyd edilən mənzilin iddiaçının adına rəsmiləşdirilməsinə etiraz etmirlər. Bununla bağlı Cavabdeh2 etibarnaməsi, həmçinin onun həyat yoldaşının razılıq ərizəsi də mövcuddur. Sonuncu məhkəmə baxış iclasının vaxtı və yeri barədə proses iştirakçılarına məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası 185.5-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını, cavabdehin nümayəndəsi və vəkilini dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin baş direktoru X1 (İcraçı) ilə Cavabdeh2 (Payçı) arasında bağlanmış 10 sentyabr 2021-ci il tarixli, 022004 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 8-ci mərtəbə, ümumi sahəsi 209.1 kv.m olan, 22 №-li izolə olunmuş 4 otaqdan ibarət mənzili Cavabdeh2 pay kimi vermişdir. Müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahəsi üçün 2000 AZN, cəmi 209.1 kv.m sahəsi üçün 418200 AZN təşkil etmişdir. İş üzrə iddiaçı mübahisəli mənzilin ödənişinin cavabdehlərdən biri olan Cavabdeh2 tərəfindən aparılsa da, faktiki ödənişin onun tərəfindən olmasını və mənzilin ona məxsus olmasını, lakin Cavabdeh2 müxtəlif bəhanələrlə mənzilin açarını təhvil verməkdən yayınmasını, hər dəfə müxtəlif bəhanələr gətirməklə ümumi tanışlıqları olan Cavabdeh1 ilə aralarında borc verildiyini və həmin mənzilə görə onun da pay hüququnu əsas gətirərək mənzilə süni maneələr yaradıldığını, ona görə də hazırki tələblə məhkəməyə müraciət etməsini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə da iddia tələbini qəbul edib ifadəsində iddiaçı ilə Cavabdeh2 arasında borc mübahisəsi olmasını, hal-hazırda tərəflər arasında borc mübahisəsinin öz həllini tapmasını, hazırda mənzilin sənədlərinin itməsini, lakin cavabdeh tərəfindən həmin sənədlərin tapılaraq iddiaçıya veriləcəyini, mənzilin iddiaçının adına rəsmiləşdirilməsinə etiraz etməmələrini bildirmişdir. İş materiallarında olan "xxxx" MMC-nin baş direktoru X1 (İcraçı) ilə Cavabdeh2 (Payçı) arasında bağlanmış 10 sentyabr 2021-ci il tarixli, 022004 nömrəli müqavilədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 8ci mərtəbə, ümumi sahəsi 209.1 kv.m olan, 22 №-li izolə olunmuş 4 otaqdan ibarət mənzili pay kimi verir. Müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahəsi üçün 2000 AZN təyin edilir. Cəmi 209.1 kv.m sahəsi üçün 418200 AZN təşkil edir. İş materiallarında olan Cavabdeh2 tərəfindən X2 verilən xx.xx.2025-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh2 "xxxx" MMC tərəfindən inşa edilmiş müqaviləyə əsasən ona məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 8-ci mərtəbə, ümumi sahəsi 209.1 kv.m olan, 22 №-li izolə olunmuş 4 otaqdan ibarət mənzilə dair sənədləri təqdim etməyi, onun adına özəlləşdirməyi, sənədləşdirməyi, bütün idarə və təşkilatlarda, bankda nümayəndəsi olmağı, İH-də, FHN-də onu təmsil etməyi, ƏMDK-i yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi idarəsinə sənədləri təqdim etməyi, çıxarış, forma № 1 almağı, alqı-satqı, bağışlanma, dəyişdirmə müqaviləsi bağlamağı, aldığına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi İddiaçı etibar etmişdir. İş materiallarında olan X3 tərəfindən notarial qaydada təsdiq edilmiş xx.xx.2025ci il tarixli ərizədən görünür ki, o, əri Cavabdeh2 adına olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 8-ci mərtəbə, ümumi sahəsi 209.1 kv.m olan, 22 №-li izolə olumuş 4 otaqdan ibarət mənzilin satılmasına, bağışlanmasına, dəyişdirilməsinə etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir iddiası və tələbi olmayacaq. İş materiallarında olan Cavabdeh2 tərəfindən "xxxx" MMC-nə ünvanlanmış ərizədən görünür ki, o, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 8-ci mərtəbə, ümumi sahəsi 209.1 kv.m olan, 22 №-li izolə olumuş 4 otaqdan ibarət mənzilin İddiaçı satılmasına, bağışlanmasına, dəyişdirilməsinə etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir iddiası və tələbi olmayacaq. Ərizəsini öz imzası ilə təsdiq edir. Göründüyü kimi, "xxxx" MMC-nin baş direktoru X1 (İcraçı) ilə Cavabdeh2 (Payçı) arasında bağlanmış 10 sentyabr 2021-ci il tarixli, 022004 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 8-ci mərtəbə, ümumi sahəsi 209.1 kv.m olan, 22 №-li izolə olunmuş 4 otaqdan ibarət mənzili Cavabdeh2 pay kimi verilsə də mənzilin dəyəri tərəflər arasında olan razılığa əsasən iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh2 isə həmin mənzili iddiaçıya təhvil verməsi barədə öz üzərinə öhdəlik götürmüşdür. Həmin öhdəlik isə Cavabdeh2 tərəfindən X2 verilən xx.xx.2025-ci il tarixli etibarnamə ilə rəsmiləşdirilmişdir. Belə ki, qeyd edilən etibarnamənin də məzmunundan göründüyü kimi, Cavabdeh2 "xxxx" MMC tərəfindən inşa edilmiş müqaviləyə əsasən ona məxsus qeyd olunan mənzilə dair sənədləri təqdim etməyi, onun adına özəlləşdirməyi, sənədləşdirməyi, bütün idarə və təşkilatlarda, bankda nümayəndəsi olmağı, İH-də, FHN-də onu təmsil etməyi, ƏMDK-i yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi idarəsinə sənədləri təqdim etməyi, çıxarış, forma № 1 almağı, alqı-satqı, bağışlanma, dəyişdirmə müqaviləsi bağlamağı, aldığına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Cavabdeh2 isə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, müxtəlif bəhanələrlə mənzilin açarını təhvil verməkdən yayınmış, hər dəfə müxtəlif bəhanələr gətirməklə ümumi tanışlıqları olan Cavabdeh1 ilə aralarında borc verildiyini və həmin mənzilə görə onun da pay hüququnu əsas gətirərək mənzilə süni maneələr yaratmışdır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin təməl prinsiplərindən biri, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılmasıdır. Əgər şəxs əldə etdiyi əmlak üzərində hüquqlarının həyata keçirməsində maneələrlə qarşılaşırsa bu mülkiyyət hüquqlarının pozuntusu hesab edilir və həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehlər üzərlərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə məsuliyyət daşıyır və bu səbəbdən iddiaçı qarşısında cavabdehlik daşıyır, iddiaçının isə məhkəmə qaydasında hazırki tələbi irəli sürmək hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci mаddəsinə əsаsən öhdəliyin əmələ gəlməsi üçün оnun iştirаkçılаrı аrаsındа müqаvilə оlmаlıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 8-ci mərtəbə, ümumi sahəsi 209.1 kv.m olan, 22 №-li izolə olunmuş 4 otaqdan ibarət mənzili İddiaçı ilə Cavabdeh2 arasında şifahi qaydada bağlanılmış tapşırıq müqaviləsi əsasında mənzilin ödənişi iddiaçı tərəfindən aprılsa da qeyd edilən mənzilin sənədləşməsi cavabdehin adına aparılması, mənzilin iddiaçıya məxsus olması, Cavabdeh2 tərəfindən mənzilin İddiaçı satılmasına, bağışlanmasına, dəyişdirilməsinə etiraz etməməsi barədə ərizə verməsi, həmçinin qeyd edilən mənzilin sənədləşdirilməsi ilə bağlı Cavabdeh2 tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş etibarnamə verilməsi, lakin cavabdehlərin həmin mənzilin özünü, onun sənədlərini və açarlarını verməməsi nəticəsində öz üzərlərinə götürdükləri öhdəliyi pozması, iddiaçının həmin mənzilə münasibətdə dəyərini tam şəkildə ödədiyi mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu məhdudlaşdırması sübuta yetirildiyindən iddia əsaslıdır, təmin olunmalı, 10 sentyabr 2021-ci il tarixli, 022004 nömrəli müqaviləyə əsasən "xxxx" MMC ilə Cavabdeh2 arasında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov və A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində, ümumi sahəsi 209,1 kv.m olan və 4 otaqdan ibarət 22 №-li izolə olunmuş mənzilə maneələr aradan qaldırılmalı, mənzilin, onun sənədlərinin əsillərinin və açarının İddiaçı təhvil verilməsi öhdəliyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. 10 sentyabr 2021-ci il tarixli, 022004 nömrəli müqaviləyə əsasən "xxxx" MMC ilə Cavabdeh2 arasında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov və A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində, ümumi sahəsi 209,1 kv.m olan və 4 otaqdan ibarət 22 №-li izolə olunmuş mənzilə maneələr aradan qaldırılsın, mənzilin, onun sənədlərinin əsillərinin və açarının İddiaçı təhvil verilməsi öhdəliyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-1911/2025
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1911/2025
06.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver