Məhkəmə qərarları › İş №2(015)-1930/2025

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-1930/2025

21.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-1930/2025 21.01.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın paylara mütənasib şəkildə bölünməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın paylara mütənasib şəkildə bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X3 məhkəməyə ərizə təqdim edərək hazırki mülki iş üzrə əmlakın Rusiya Federasiyasında yerləşməsi və cavabdehin Rusiya Federasiyasında olması olması ilə əlaqədar olaraq iddia ərizələrinin baxılmadan geri qaytarılması, iddia ərizəsi üzrə ödəmiş olduqları 50 manat dövlət rüsumunun da geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Eyni zamanda, iş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-nin ödəmə terminalı olan K0100965 terminalı vasitəsilə əməliyyat nömrəsi ********** olmaqla 17630 qəbz nömrəsi ilə 142213 saylı xidmət adı ilə GPP ********** qəbz nömrəsi ilə məhkəmənin hesabına 50 manat dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, cavabdeh buna etiraz etmədiyindən, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın paylara mütənasib şəkildə bölünməsi tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalı, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2025-ci il tarixdə "xxxx" ASCnin ödəmə terminalı olan K0100965 terminalı vasitəsilə əməliyyat nömrəsi ********** olmaqla 17630 qəbz nömrəsi ilə 142213 saylı xidmət adı ilə GPP ********** qəbz nömrəsi ilə məhkəmənin hesabına ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 114.1.3, 170, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Ərizə təmin edilsin. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı qaytarılsın. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-nin ödəmə terminalı olan K0100965 terminalı vasitəsilə əməliyyat nömrəsi ********** olmaqla 17630 qəbz nömrəsi ilə 142213 saylı xidmət adı ilə GPP ********** qəbz nömrəsi ilə məhkəmənin hesabına ödənilmiş 50 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar