Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-1956/2025 22.01.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı əqdin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsi və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Cavabdeh1 Nəsı̇ bova Nərminə Abbasqulu qızına, İddiaçı2 və X1 qarşı mülkiyyətdə olan qeyri-yaşayış binasının boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı əqdin, alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsi və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, 2(015)-1956/2025 və 2(015)-1813/2025 saylı mülki işlər bir icraatda birləşdirilməlidir. Məhkəmə qeyd edir ki, hər iki tələb eyni tərəflər arasında bir-biri bağlı tələblər olduğundan həmin tələblərin bir icraatda birləşdirilərək baxılması, prosessual qənaət prinsipi baxımdan, məhkəmə prosesinin lüzumsuz uzanmasının qarşısını almaq, vaxt və xərclərə qənaət edilməsini, işlərin ağlabatan müddətdə və səmərəli baxılmasını təmin etmiş olar. Ona görə də hər iki mülki işin bir icraatda birləşdirilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası MPM-nin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nın 43.2, 169 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı əqdin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsi və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(015)-1956/2025 nömrəli mülki iş Ağstafa Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, İddiaçı2 və X1 qarşı mülkiyyətdə olan qeyri-yaşayış binasını boşaldılması tələbinə dair 2(015)- 1813/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilsin və birləşdirilmiş mülki işlərə 2(015)- 1813/2025 nömrəsi ilə baxılsın. Mülki işə məhkəmə hazırlıq iclasında baxılması 27 yanvar 2026-cı il tarixə saat 11:30-a təyin edilsin. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilsin. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №2(015)-1956/2025
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-1956/2025
22.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver