Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-196/2024 09.04.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X8 Rəsulovun sədrliyi Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə* Müşafiq oğlunun, Cavabdeh Ağstafa rayon Vurğun bələdiyəsinin sədri Nümayəndə2 iştiraki ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Agstafa rayon Vurğun bələdiyəsinə qarşı «hərracın nəticələri haqqında yekun protokolun ləğv edilməsi, həmin protokol əsasında qəbul edilmiş qərarların etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, hərracın nəticələri haqqında yekun protokolun ləğv edilməsi, həmin protokol əsasında qəbul edilmiş qərarların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışlar ki, təxminən 30 ildən artıqdır yaşadığı evin qarşısında torpaq sahəsinə bitişik olan əlavə (zəbt) 0,05 ha torpaq sahəsi əvvəllər atasının, hal-hazırda isə onun istifadəsindədir. Həmin torpaq sahəsinə o və ailə üzvləri qulluq edir. Lakin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə həmin torpaq sahəsi zəbt kimi göstərilməmişdir. Zəbt torpaq sahəsinin qurtaracağında su arxı yerləşir. 23.**.2023-cü il tarixdə məlumatı olmuşdur ki, bələdiyyə həmin 0,05 ha torpaq sahəsinin, 0,025 ha hissəsini, yəni torpaq sahəsinin ona məxsus torpaq sahəsinə bitişik hissəsini Aygün adlı şəxsə hərrac yolu ilə satmışdır. Həmin hərrac isə guya onun həyat yoldaşı X3 da iştirak etməsini təsdiq edən protokol tərtib olunmuş, 0,05 ha torpaq sahəsinin, 0,025 ha hissəsinin həyat yoldaşına, 0,025 ha hissəsinin isə Aygün İbrahimovaya satılmışdır. Halbuki həyat yoldaşının hərracdan məlumatı olmamış, o, torpağa dair *800 manat pul ödəməmiş, kənd bələdiyyəsinin isə həyat yoldaşının psixoloji prblemi olmasından məlumatı olmuşdur. Həmçinin, həmin torpaq sahəsi onların istifadəsində olmasına baxmayaraq onlara təklif edilmədən satılmışdır. Torpaq sahəsinin hərracda satılmasından məlumatı olmamışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə* Müşafiq oğlu iddia tələbini müdafiə edib iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Ağstafa rayon Vurğun bələdiyəsinin sədri Nümayəndə2 iddia tələbini qəbul etməyərək ifadəsində göstərmişdir ki, Ağstafa rayon Vurğun bələdiyəsinə məxsus torpaq sahəsinin hərrac vasitəsilə satılmasına dair iddiaçıya məlumat və təklif verilmiş, hərracın keçirilməsi barədə məlumatlandırılmış, hərracın keçirilməsinə dair bütün prosedurlar qanun çərçivəsində həyata keçirilmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Cavabdeh2 məhkəməyə etiraz və mülahizələrini təqdim edərək göstərmişdir ki, iddiaçı 250.7 kv.m torpaq sahəsinin onun istifadəsində olmasına dair heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Buna görə iddiaçının hazırki iddianı vermək üçün subyektiv hüquqları yaranmamışdır. Eyni zamanda iddiaçı hərracda iştirak edib-etməməsini, həmçinin hərracda iştirak üçün müraciət edib-etməməsini və hərracla nə kimi hüquqi bağlığı olmasını iddia ərizəsində əsaslandırmamış və bu barədə mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin *85-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan JN 390A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, İddiaçı və onun ailə üzvlərinə Ağstafa Rayon Aqrar İslahat Komissiyaəsinin *0.**.2000-ci il tarixli qərarı ilə Ağstafa rayonu Vurğun qəsəbəsi ərazisindən 0,*8 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan “X4” publik hüquqi şəxsinin Qazax ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin hərracın keçirilməsinin nəticələri barədə 23 noyabr 20*3-cü il tarixli iclasının 275 nömrəli protokolunun surətindən görünür ki, “Komissiya” tərəfindən Ağstafa rayonu ərazisində yerləşən Vurğun bələdiyyəsində olan 260 kv.m və ya 0,026 ha torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları təyinatlı olan torpaq sahəsinin satılması üçün açıq torpaq müsabiqəsində iştirak edəcək 2 nəfər şəxs, yəni Cavabdeh2 və X* təstiq edimişdir. Müsabiqədə iştirak edən ərizəçilərin möhürlü zərfləri açılmamış olduğu yoxlanılmaqla, bütün müsabiqə iştirakçılarının və ya onların etibarnamələri ilə vəkil etdikləri şəxslərin və kütləvi informasiya vasitələrin nümayəndələrinin iştiraki ilə komissiyanın iclasında açılmış, müsabiqə *800 manat ən yüksək təklif vermiş X5, eyni zamanda bildirişdə və müsabiqənin gedişində müsabiqə komissiyasının qanuna müvafiq şərtlərinin yerinə yetirilməsini öhdəsinə götürdüyünə görə müsabiqənin qalibi hesab olunmuşdur. İş materiallarında olan “X4” publik hüquqi şəxsinin Qazax ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin hərracın keçirilməsinin nəticələri barədə 23 noyabr 20*3-cü il tarixli iclasının 274 nömrəli protokolunun surətindən görünür ki, “Komissiya” tərəfindən Ağstafa rayonu ərazisində yerləşən Vurğun bələdiyyəsində olan 250,7 kv.m və ya 0,02507 ha torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları təyinatlı olan torpaq sahəsinin satılması üçün açıq torpaq müsabiqəsində iştirak edəcək 2 nəfər şəxs, yəni Cavabdeh2 və X2 təstiq edimişdir. Müsabiqədə iştirak edən ərizəçilərin möhürlü zərfləri açılmamış olduğu yoxlanılmaqla, bütün müsabiqə iştirakçılarının və ya onların etibarnamələri ilə vəkil etdikləri şəxslərin və kütləvi informasiya vasitələrin nümayəndələrinin iştiraki ilə komissiyanın iclasında açılmış, müsabiqə **89 manat ən yüksək təklif vermiş Cavabdeh2, eyni zamanda bildirişdə və müsabiqənin gedişində müsabiqə komissiyasının qanuna müvafiq şərtlərinin yerinə yetirilməsini öhdəsinə götürdüyünə görə müsabiqənin qalibi hesab olunmuşdur. Mülki Məcəllənin 4*5.*-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Həmin Məcəllənin 4*5.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 4*5.4-cü maddəsinə əsasən hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Həmin Məcəllənin 4*5.5-ci maddəsinə əsasən Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Həmin Məcəllənin 4*6-ci maddəsinin məzmunundan göründüyü kimi, qanunvericilikdə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilmiş hərrac yalnız həmin hərrac nəticəsində hüquqları pozulmuş maraqlı şəxsin ərizəsi əsasında etibarsız hesab edilə bilər. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mülki Məcəllənin 4*5.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur”. İddiaçı hərracın və qərarların etibarsız hesab edilməsinə dair iddia tələbini hərrac keçirilməsi zamanı özünün qanunla qorunan hüquq və maraqların pozulması ilə əsaslandırmamış, iddia tələbinin əsas kimi hərracın keçirilməsindən məlumatının olmamasını, torpaq sahəsinin onun istifadəsində olmasına baxmayaraq ona təklif olunmamasını, həyat yoldaşının psixoloji xəstə olmasına istinad etmişdir. Lakin həmin halları təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehlər də hərracın qanunamüvafiq keçirilməsini, iddiaçının ərizəsində qeyd etdiyi halların baş verməməsini bildirmişlər. Belə olan halda, iddiaçı iddia ərizəsində göstərilmiş əsasla 08.0*.202*-ci il tarixli hərracın nəticələrini mübahisələndirməyə dair subyektiv hüquqa da malik deyildir və iddiaçıhəmin hüquqa malik olmasını sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göründüyü kimi hərracın keçirilməsi barədə Ağstafa rayon Vurğun bələdiyəsi tərəfindən iddiaçıya məlumat və təklif verilmiş, hərracın keçirilməsi barədə məlumatlandırılmış, hərracın keçirilməsinə dair bütün prosedurlar qanun çərçivəsində həyata keçirilmişdir. Eyni zamanda hərrac keçirilərkən iddiaçının həyat yoldaşı iştirak etmiş və mübahisəli torpaq sahəsinin təxminən yarı hissəsinin qalibi elan olunmuşdur. Ona görə də keçirilmiş 23 noyabr 20*3-cu il tarixli tarixli hərracların nəticələrinin ləğv edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Agstafa rayon Vurğun bələdiyəsinə qarşı «hərracın nəticələri haqqında yekun protokolun ləğv edilməsi, həmin protokol əsasında qəbul edilmiş qərarların etibarsız hesab edilməsi» tələbinə dair iddiaları təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *24.2-ci maddəsinə müvafiq olaraq iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İş üzrə ödənilmiş *00 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Agstafa rayon Vurğun bələdiyəsinə qarşı «hərracın nəticələri haqqında yekun protokolun ləğv edilməsi, həmin protokol əsasında qəbul edilmiş qərarların etibarsız hesab edilməsi» tələbinə dair iddiaları təmin edilməsin. İş üzrə ödənilmiş *00 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-196/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-196/2024
09.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver