Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-252/2023 11.04.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Zamiq Akif oğlu Rəsulovun sədrliyi və Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı Acıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı ASC məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanılmış 09 fevral 2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 8088,98 manat əsas, 438,31 manat faiz, 99,98 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 8627,27 manat və 106,27 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 fevral 2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh 36 ay müddətinə, illik 22 % olmaqla 15.000 manat kredit götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdir. 13 yanvar 2023-cü ilədək cavabdehin 8.088,98 manat əsas, 438,31 manat faiz, 99,98 manat cərimə olmaqla, cəmi 8.627,27 manat borcu yaranmışdır. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilsə də o, borcu ödəməmişdir. Ona görə də Cavabdeh ilə İddiaçı ASC arasında bağlanılmış 09 fevral 2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh ilə İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 8.088,98 manat əsas, 438,31 manat faiz, 99,98 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 8.627,27 manat və 106,27 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin İş üzrə İddiaçı ASC-nin nümayəndəsi Mirumud Seyidov məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxıb iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası 185-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan sənədlərlə müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 fevral 2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh 36 ay müddətinə, illik 22 % olmaqla 15.000 manat kredit götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdir. 13 yanvar 2023-cü ilədək cavabdehin 8.088,98 manat əsas, 438,31 manat faiz, 99,98 manat cərimə olmaqla, cəmi 8627,27 manat borcu yaranmışdır. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilsə də o, borcu ödəməmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, 13 yanvar 2023-cü ilədək cavabdehin 8.088,98 manat əsas, 438,31 manat faiz, 199,98 manat cərimə olmaqla, cəmi 8727,27 manat borcu qalmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 199, 96 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 faizi miqdarında olmaqla yəni 99,98 manat məbləğində tələb olunmuşdur. İş materiallarına əlavə olunmuş İddiaçı ASC tərəfindən verilmiş xəbərdarlıq məktublarından görünür ki, cavabdehə banka olan borclarını ödəmək üçün xəbərdarlıq məktubları göndərilmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdeh üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə məsuliyyət daşıyır və bu səbəbdən iddiaçı qarşısında cavabdehlik daşıyır, iddiaçının isə məhkəmə qaydasında borcun ödənilməsi tələbi hüququ yaranır. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 425, 427, 439, 442, 448, 739 və 741-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb əsaslıdır, lakin 99,98 manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Ona görə də Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, cərimə azaldılaraq 1 (bir) manat müəyyən edilməlidir. Kredit müqaviləsinin ləğv edilməsi barədə tələb Mülki Məcəllənin 421-ci maddəsinin göstərişinə uyğun olduğundan təmin edilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 106,27 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanılmış 09 fevral 2021-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh oğlundan 8088,98 (səkkiz min səksən səkkiz manat doğsan səkkiz qəpik) manat əsas, 438,31 (dörd yüz otuz səkkiz manat otuz bir qəpik) manat faiz, 1 (bir) manat cərimə olmaqla, cəmi 8528,29 (səkkiz min beş yüz iyirmi səkkiz manat iyirmi doqquz qəpik) manat borc və 106,27 (bir yüz altı manat iyirmi yeddi qəpik) manat manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rasulov
Məhkəmə qərarları › İş №2(015)-252/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-252/2023
11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver