Məhkəmə qərarları › İş №2(015)-254/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-254/2023

11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-254/2023 11.04.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi və Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (ASC) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" ASC xx.xx.2023-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 6323,42 manat əsas, 668,25 manat faiz borcu olmaqla ümumilikdə 6991,67 manat borcun və 89,92 manat dövlət rüsumunun, habelə 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********50 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh illik 20 faizlə 48 ay müddətinə 10000 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Bankın “Binəqədi” filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka əsas borc üzrə 6323,42 manat, faiz borcu üzrə 668,25 manat borcu qalmışdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Ona görə də Cavabdeh qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 6323,42 manat əsas, 668,25 manat faiz borcun və 89,92 manat dövlət rüsumunun, habelə 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Orxan Dəmirli məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxıb iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası 185-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan sənədlərlə müəyyən olunur ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 24 fevral 2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh 48 ay müddətinə, illik 20 % olmaqla 10.000 manat kredit götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdir. 06 yanvar 2023-cü ilədək cavabdehin 6.323,42 manat əsas və 6.68,25 manat faiz olmaqla, cəmi 6.991,67 manat borcu yaranmışdır. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilsə də o, borcu ödəməmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, 06 yanvar 2023-cü ilədək cavabdehin 6.323,42 manat əsas və 668,25 manat faiz olmaqla, cəmi 6.991,67 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən ğöndərilmiş bildirişdən görünür ki, cavabdehə banka olan borclarını ödəmək üçün bildiriş məktubu göndərilmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdeh üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə məsuliyyət daşıyır və bu səbəbdən iddiaçı qarşısında cavabdehlik daşıyır, iddiaçının isə məhkəmə qaydasında borcun ödənilməsi tələbi hüququ yaranır. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448, 462, 739 və 741-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb əsas borc kimi 6.323,42 manat, faiz borcu kimi 668,25 manat, cərimə kimi 6.991,67 manat məbləğində pulun ödənilməsi hissəsində əsaslıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 89,92 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 6.323,42 (altı min üç yüz iyirmi üç manat qırx iki qəpik) manat əsas, 668,25 (altı yüz altmış səkkiz manat iyirmi beş qəpik) manat faiz borcu olmaqla ümumilikdə 6.991,67 (altı min doqquz yüz döğsan bir manat altmış yeddi qəpik) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" ASC-nə verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 89,92 (səksən doqquz manat doğsan iki qəpik) manat məbləğində pul, həmçinin 0,40 manat bank xidməti Cavabdeh tutularaq "xxxx" ASC-nə verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar