Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-258/2024 08.10.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı nümayəndəsi (həyat yoldaşı) Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının və ya onun dəyəri olan pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1 ədəd 583 əyyarlı çəkisi 10.4 qram olan mafyoz boyunbağını, qiyməti 676 (altı yüz yetmiş altı) manat, 1 ədəd 583 əyyarlı çəkisi 15.5 qram olan tros formalı boyunbağını, qiyməti 1.075 manat, 1 ədəd 583 əyyarlı çəkisi 6.2 qram olan brilyant qaşlı kalisonu, qiymət 750 manata olan qızıl-zinət əşyasını, həmin qızıl-zinət əşyası olmadıqda isə onun ümumi dəyəri olan 2.501 manat məbləğində pulun geri alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında iştirak etməmiş, onu nümayəndəsi (həyat yoldaşı) Nümayəndə təmsil etmişdir. Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, iddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında dövlət əyyar palatasının (035694) nömrəli lisenziyası və Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicisi kimi uçota alınmağı haqqında (VÖEN **********) şəhadətnaməsinə əsasən Qazax şəhər H.Əliyev prospekti “Mərkəzi kolxoz” bazarının ətrafında İddiaçı şəxsi mağazasında qiymətli metalların və daşların alqı-satqısı, dövriyyəsi ilə məşğul olur. Cavabdeh xx.xx.2021-ci il tarixində 1 ədəd 583 əyyarlı çəkisi 10.4 qram, qiyməti 676 (altı yüz yetmiş altı) manat olan mafyoz boyunbağını 2 ay müddətinə İddiaçı ilə aralarında bağladığı kredit müqaviləsinə əsasən imzalayaraq almışdır. Cavabdeh xx.xx.2021-ci il tarixində ondan 1 ədəd 583 əyyarlı çəkisi 15.5 qram olan qiyməti 1.075 manat tros formalı boyunbağını, 1 ədəd 583 əyyarlı çəkisi 6.2 qram olan qiymət 750 manata olan brilyant qaşlı kalisonu 4 ay müddətinə İddiaçı ilə aralarında bağladığı kredit müqaviləsinə əsasən imzalayaraq almışdır. Lakin cavabdeh verdiyi sözü əməl etməmiş, borcunu qaytarmamışdır. Ona görə də Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli yazılmış və imzası ilə təsdiq edilmiş kredit müqavilələrinə əsasən ondan borc aldığı qızıl-zinət əşyalarını və yaxud əşyaların ümumi dəyəri 2.501,00 manat borc pulun cavabdehdən alınıb iddiaçıya verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, 2016-cı il tarixində pulu qaytararkən heç bir qəbzə imza çəkmədiyini, tək ana olduğunu aylıq 400 manat maaşa çalışdığını qeyd edərək iddia tələbinin tam əsassız hesab edilərək təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, sənədləri və işin hallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “kredit müqavilələrindən” görünür ki, Cavabdeh İddiaçı çəkisi 10.4 qram, qiyməti 676 (altı yüz yetmiş altı) manat olan 1 ədəd mafyoz boyunbağı, çəkisi 15.5 qram, qiyməti 1.075 manat olan 583 əyyarlı 1 ədəd sep, çəkisi 6.2 qram, qiymət 750 manata olan 583 əyyarlı 1 ədəd brilyant kalso götürərək həmin qızılzinət əşyalarına olan borcunu hissə-hissə ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Əşyaların qiyməti iddiaçı tərəfindən göstərilmiş, cavabdeh isə qiyməti mübahisələndirməmişdir. Ona görə də iddiaçının göstərdiyi qiymətlər əşyaların dəyəri kimi qəbul olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xəttşunaslıq ekspertizasının 14 avqust 2024-cü il tarixli 3-16-16/2- 4/1040 nömrəli rəyindən görünür ki, eksperizaya təqdim olunmuş, mülki işin 11-ci vərəqəsində olan xx.xx.2021-ci il tarixli “Kredit müqaviləsi”nin arxa tərəfində “1.Cavabdeh” yazılarının qarşısındakı imza, mülki işin 12-ci vərəqində olan xx.xx.2021-ci il tarixli “Kredit müqaviləsi”nin arxa tərəfində “1. Cavabdeh” yazılarının qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Odur ki, həmin əşyaların cavabdehdən alınaraq iddiçıya qaytarılması üçün göstərilən hallar sübut olunmalıdır: 1) iddiaçıya mülkiyyət hüququ əsasında belə əşyalar məxsusdur; 2) həmin əşyalar cavabdehin qanunsuz sahibliyindədir. Bu halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı ona məxsus əmlakın olduğunu cavabdehin sahibliyində olduğunu sübut edir. Belə ki, tərəflər arasında həmin əşyaları cavabdehin iddiaçıdan almasına dair müqavilə mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi haları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müharibə veteranı (vəsiqə M/V № 058389) olduğundan məhkəmədə verilən iddialar üzrə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunun ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutlaraq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də Cavabdeh 45,01 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 (bir yüz iyirmi dörd) manat məbləğində pul cavabdehdən alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, Hesab AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ 22 saylı hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Aşağıda sadalanan əşyalar Cavabdeh alınaraq İddiaçı qaytarılsın: 1) 1 ədəd 583 əyyarlı çəkisi 10.4 qram olan mafyoz boyunbağını, qiyməti 676 (altı yüz yetmiş altı) manat, 2) 1 ədəd 583 əyyarlı çəkisi 15.5 qram olan tros formalı boyunbağını, qiyməti 1.075 manat, 3) 1 ədəd 583 əyyarlı çəkisi 6.2 qram olan brilyant qaşlı kalisonu, qiymət 750 manata olan qızıl-zinət əşyası 1 ədəd 750 əyyarlı, çəkisi 9 qram olan briliyant qaşlı nişan üzüylü qiyməti 1.450 (bir min dörd yüz əlli) manat, Həmin əşyaların naturada qaytarılması mümkün olmadıqda dəyəri 2.501 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh 45,01 (qırx beş manat bir qəpik) manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülsün. Ekspertiza xərcini təşkil edən 124 (bir yüz iyirmi dörd) manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, Hesab AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ 22 saylı hesabına köçürülməlidir. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rasulov
Məhkəmə qərarları › İş №2(015)-258/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-258/2024
08.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver