Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-264/2023 04.05.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X9 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən ona dəymiş 3.507 manat dəymiş ziyanlığın və məhkəmə üçün ödədiyi 56 manat dövlət rüsumu olmaqla 3.563 manat dəymiş ziyanlığın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmdə iclasında iştrak edən İddiaçı iddianı müdaifə edərək bildirdi ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli qərarı ilə ona və ailə üzvlərinə 1,37 ha JN: 376, KOD 50209018-saylı Dövlət Aktı ilə torpaq sahəsi verilmişdir. Mərhum atası vəfat edəndən sonra analığı Cavabdeh ona məxsəs 0,27 sot torpaq sahəsini cavabdehdən qanunsuz olaraq, müəyyən şəxslərə taxıl əkilməsi üçün icarəyə vermişdir. Bundan başqa Dövlət tərəfindən subsidiya şəkilində verilmiş pulları da özü kartdan götürərək ona düşən 1.687 manat pulu da alaraq ona ziyan vurmuşdur. O cümlədən 7 il ərzində torpaq sahəsini qanunsuz icarəyə verdiyi üçün 1.820 manat ziyan vurmuşdur. Ümumilikdə cavabdeh ona 3.507 manat məbləğində ziyan vurmuşdur. O, cavabdehdən ona dəymiş ziyanlığın ödənilməsini bildirsə də ona kobud cavab verərək ziyanlığını ödəməmişdir. Nəticədə cavabdehin etdiyi əməl nəticəsində ona 3.507 manat ziyan dəymişdir. Məhkəmə qaydasında olmadan cavabdeh ona vurduğu ziyanı ödəmək fikirində deyildir. Ona görə də Cavabdeh tərəfindən ona dəymiş 3.507 manat dəymiş ziyanlığın və məhkəmə üçün ödədiyi 56 manat dövlət rüsumu olmaqla 3.563 manat dəymiş ziyanlığın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmdə iclasında iştrak edən Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının qeyd etdiyi torpaq sahəsi ailə üzvləri ilə birlikdə onların ümumi mülkiyyətindədir. Həmin torpaq sahəsini şifahi razılaşma əsasında kənd sakinlərinə icarəyə vermişdir. İddiaçı bu barədə ona irad tutduqda iddiaçıya düşən payın özü üçün əkib-becərməsini bildirsə də, iddiaçı özünə düşən hissəni əkib-becərməmişdir. Torpaq sahəsinə düşən subsidiyaları isə 5 il müddətinə özü almışdır. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN 376 saylı KOD 5********. nömrəli dövlət aktından görünür ki, X4, Cavabdeh, İddiaçı, X3, X2 və X1 rayonu Poylu kəndində yerləşən 1,37 hektar torpaq sahəsinin mülkiyyətçiləridir. iş materiallarında olan 07 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh mülkiyyətində olan 1,3669 ha torpaq sahəsi üzrə buğda əkini bəyan etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılmış Qaydasına” əsasən 1 ha buğda sahəsi üzrə 220 manat əkin subsidiyası nəzərdə tutulub. İş üzrə İddiaçı həmin torpaq sahəsinə dair iddiaçıya ödənilmiş 1.687 manat subsidiyanın iddiaçıdan alınaraq ona verilməsi barədə Məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli 24 dekabr tarixli qərarı ilə JN 376 saylı KOD 5********. nömrəli dövlət aktına əsasən X4, Cavabdeh, İddiaçı, X3, X2 və X1 rayonu Poylu kəndində yerləşən 1,37 hektar torpaq sahəsi ümumi mülkiyyətə verilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh isə həmin torpaq sahəsinə verilmiş subsidiyaları 5 il müddətinə almasını, iddiaçı isə həmin müddətin 7 il təşkil etməsini bildirmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya əsasən alınmış cavab məktubunda isə Cavabdeh mülkiyyətində olan 1,3669 ha torpaq sahəsi üzrə buğda əkini bəyan etməsi, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən 1 ha buğda sahəsi üzrə 220 manat əkin üçün subsidiyanın nəzərdə tutulması qeyd edilmişdir. Həmin məktub və cavabdehin izahatı nəzərə alınaraq 5 il müddətinə subsidiyanın məbləği 1.100 manat (5X220=1.100) manat təşkil edir. Torpaq sahəsi isə 6 nəfər şəxsin ümumi mülkiyyətinə verildiyindən subsidiyanın məbləği həmin şəxslər arasında paylara bərabər bölündükdə isə iddiaçıya düşən subsidiyanın məbləği 183,33 manat təşkil edir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin olunaraq, Cavabdeh 183,33 manat pul alınaraq İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 216-cı maddəsinə əsasən mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür. Bundan başqa, Məhkəmə iddiaçının cavabdehdən tələb etdiyi torpaq sahəsinin icarəyə verilməsindən alınan 1.820 manat pula dair hissədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında müəyyən müddətə bağlanılır. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Hal-hazırda iddiaçı qüvvədən düşmüş icarə müqaviləsi ilə ona müəyyən müddətə verilmiş torpaq sahəsinin zəbtdən azad olunması əsası ilə çıxış edir. Məhkəmə qeyd edir ki, torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etmək olmaqla, torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmalıdır. Eyni zamanda torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Formal bərabərlik baxımından müqavilədə onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdursa bir qayda olaraq, müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci hissəsinə görə xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Qeyd edilən Qanunun 13-cü maddəsinə əsasən torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə görə daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. Göründüyü kimi, mülkiyyətdə olan torpaq sahəsini icarəyə vermək üçün bağlanılan torpaq icarəsi müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Lakin, iddiaçı cavabdehin hər hansı şəxslərlə torpaq sahəsini müəyyən şərtlərlə icarəyə verməsi, həmin torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılması və bağlanılmış həmin icarə müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən iddia torpaq sahəsinin icarəyə verilməsindən alınan 1.820 manat pula dair hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh 183,33 (yüz səksən üç manat otuz üç qəpik) manat və 56 (əlli altı) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-264/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-264/2023
04.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver