Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-279/2023 25.04.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X7 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştrakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı "dəymiş ziyanlığın ödənilməsi və ağacların kəsilərək əvvəlki vəziyyətinə qaytarılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı "dəymiş ziyanlığın ödənilməsi və ağacların kəsilərək əvvəlki vəziyyətinə qaytarılması" tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştrak edən İddiaçı məhkəmə ərizə təqdim edərək bildirdi ki, cavabdehlə öz aralarında razılışıblar və cavabdeh ağaclar kəsərək təmizləyəcəyinə söz vermiş. Ona görə də mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən Cavabdeh nümayəndəsi X4 məhkəməyə ərizə təqdim edərək bildirdi ki, iddiaçı ilə öz aralarında razılığa gəliblər. İddiaçıya aid olan ağacları kəsərək əvvəlki vəziyyətə qaytarmış və aralarında heç bir mübahisə yoxdur. Ona görə də mülki işin baxılmamış saxlanmasına etiraz etməmişdir. Digər cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını və Cavabdeh nümayəndəsini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı mülki iş üzrə iddianın baxılmamış saxlanılması barədə ərizə təqdim etdiyindən ərizə baxılmamış saxlanılmalıdır. Cavabdeh nümayəndəsi X4 işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdır. Məhkəmə digər cavabdeh X2 məhkəmə iclasına gəlməməsini onun hazırkı işin mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh (maraqlı şəxs) işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 114.1.5-ci maddəsinə görə ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 119.1-ci, 259-260-cı, 263- 264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı "dəymiş ziyanlığın ödənilməsi və ağacların kəsilərək əvvəlki vəziyyətinə qaytarılması" tələbinə dair ərizə baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Ağstafa filialının mədaxil kassasında xx.xx.2023-cü il tarixli, büdcə təsnifatı kodu 14221103 olan və AZ55CTRE**********0002113731 nömrəli hesaba ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: /imza/ Zamiq Rəsulov Əsli ilə düzdür. Hakim Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-279/2023
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-279/2023
25.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver