Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-28/2024 03.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağstafa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş maddi zərərin dəyəri olan 8000 (səkkiz min) manat pulun və 100 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclaslarına təkrarən gəlməmişlər. Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, hazırki mülki iş üzrə məhkəmə baxış iclasları xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərə təyin edilmiş, həmin tarixlərdə iş üzrə iddiaçıya və cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən tərəflər və ya nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-ci maddələrinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə və ya işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir Eyni zamanda, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** №-li mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən "xxxx" ASC-nin Ağstafa filialının AZ87TURA******************** nömrəli hesabına ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla baxılmamış saxlanıldığından İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023cü il tarixli, ********** №-li mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən "xxxx" ASC-nin Ağstafa filialının AZ87TURA******************** nömrəli hesabına ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 114.1.5, 259-260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah olunsun ki, məhkəməyə gəlməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə, ərizənin baxılmamış saxlama haqqında qərardadın ləğvi barədə ərizə verə bilərlər. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023-cü il tarixli, ********** №-li mədaxil qəbzinə əsasən "xxxx" ASC-nin Ağstafa filialının AZ87TURA******************** nömrəli hesabına ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Ağstafa rayonu üzrə Maliyyə şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №2(015)-28/2024
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-28/2024
03.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver