Məhkəmə qərarları › İş №2(015)-29/2024

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-29/2024

19.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-29/2024 19.07.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Akif oğlu sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı nümayəndəsi (qardaşı) X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək Cavabdeh Sirəcəddin oğlu tərəfindən dəyən maddi və mənəvi ziyan ümumilikdə 3.750 (üç min yeddi yüz əlli) manat hesablanaraq bir dəfəlik ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək iddia tələbi ilə bağlı məhkəmədən kənar qaydada razılığa gəldiklərini bildirmişlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM-nin) 52.3-ci maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Tərəflərin imzaladığı və məhkəməyə təqdim etdiyi barışıq sazişindən görünür ki, mübahisənin aşağıdakı məzmunda həll olunması barədə razılığa gəlmişlər: “Cavabdeh 500 (beş yüz) ədəd süpürgəni və çəkilən xərclərin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pulu xx.xx.2024-cü il tarixinə kimi iddiaçıya verməyi öhdəsinə götürür.” Tərəflərin gəlmiş olduğu razılığın məzmunundan görünür ki, barışıq sazişi qanuna zidd deyil, tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə məhkəmə, barışıq sazişini qəbul edərək təsdiq olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mümlki-Prosessual Məcəlləsinin 261, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “Dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə barışıq sazişi təsdiq edilsin. Mülki iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar