Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-290/2024 01.04.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlakın (qeyri-yaşayış binasının) özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması tələbinə dair həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********1 qeydiyyat nömrəsi ilə qeydə alınan ona məxsus xüsusi mülkiyyətində olan qeyriyaşayış binasından (ticarət obyekti) Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X1 Əlizadə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia tələbi üzrə onun iddia tələbinin bütövlükdə təmin edilməsini, ilk iddia tələbi üzrə iddiaçının ona qarşı olan iddiasının rədd olunmasını və məhkəmə xərclərinin ilk iddia üzrə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və Cavabdeh məhkəməyə ərizə göndərərək bildirmişlər ki, onlar öz aralarında razılıq əldə etmişlər. Ona görə də mülki işi baxılmamış saxlayıb iddia ərizəsinə və qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş sənədlərin özlərinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizələri və iş materiallarını araşdıraraq hesab edir ki, ərizələr və onlara əlavə edilmiş sənədlər ilk və qarşılıqlı iddia üzrə iddiaçılara qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Ağstafa filialı vasitəsilə 14221301 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ03TURA******************** saylı hesaba 100 manat dövlət rüsumu ödənilmişdir. Eyni zamanda, iş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin Ağstafa filialı vasitəsilə 14221103 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ03TURA******************** saylı hesaba 80 manat dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə iddiaçı, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdiklərindən, cavabdeh buna etiraz etmədiyindən, ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı əmlakın (qeyri-yaşayış binasının) özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması tələbinə dair, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizə və ona əlavə olunmuş sənədlər ilk və qarşılıqlı iddia üzrə iddiaçılara qaytarılmalı, ilk iddia üzrə İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Ağstafa filialı vasitəsilə 14221301 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ03TURA******************** saylı hesaba ödənilmiş 100 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçıya, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin Ağstafa filialı vasitəsilə 14221103 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ03TURA******************** saylı hesaba ödənilmiş 80 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 114.1.3, 170, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı Cavabdeh qarşı əmlakın (qeyri-yaşayış binasının) özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər ilk iddia üzrə İddiaçı qaytarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qaytarılsın. İlk iddia üzrə İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Ağstafa filialı vasitəsilə 14221301 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ03TURA******************** saylı hesaba ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin Ağstafa filialı vasitəsilə 14221103 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ03TURA******************** saylı hesaba ödənilmiş 80 manat dövlət rüsumu Cavabdeh qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Ağstafa rayonu üzrə Maliyyə şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-290/2024
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-290/2024
01.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver