Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-295/2023 26.04.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyev katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kreditin, ona hesablanmış faizin və cərimənin qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək,Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4980,3 manat əsas, 926,86 manat faiz və 259,65 manat cərimə borcu olmaqla, ümumlikdə 6166,81 manat məbləğində borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 82 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Bolkart Ailə müqaviləsinə əsasən bank borcluya 83 ay müddətinə, illik 25% faiz olmaqıa 5.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınaraq kredit müqaviləsinin tələblərini pozub üzərinə düşən öhdəliyi yerinə yetirmir. Ona görə də Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4980,3 manat əsas, 926,86 manat faiz və 259,65 manat cərimə borcu olmaqla, ümumlikdə 6166,81 manat məbləğində borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 82 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxt və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Lakin İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək bildirdi ki, iddia tələbini müdafiə edir və tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 7 (yeddi) il müddətinə, illik 25% faiz olmaqıa 5.000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh iddiaçı təşkilata kredit müqaviləsi üzrə 4980,3 manat əsas, 926,86 manat faiz və 259,65 manat cərimə borcu olmaqla, ümumlikdə 6166,81 manat məbləğində borcu qalmışdır. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448, 449, 470, 739 və 741-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb əsaslıdır, lakin 259,65 manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Ona görə də Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, cərimə azaldılaraq 1 manat müəyyən edilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 82 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 4980,3 (dörd min doqquz yüz səksən manat üç qəpik) manat əsas, 926,86 (doqquz yüz iyitmi altı manat səksən altı qəpik) manat faiz və 1(bir) manat cərimə borcu olmaqla, ümumilikdə 5908,16 (beş min doqquz yüz səkkiz manat on altı qəpik) manat borc və ödənilmiş 82 (səksən iki) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-295/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-295/2023
26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver