Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-296/2024 18.04.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «Pul tələbi barədə» iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh onun xeyrinə 6.760 manat məbləğində maddi zərərin, 2.000 manat mənəvi zərərin və 128 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə hazırki iş üzrə cavabdeh olan Cavabdeh idarə etdiyi Mersedes- Benz E 240 markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil Qazax rayonu istiqamətində hərəkətdə olan zaman əks istiqamətdə olan iddiaçıya məxsus KAMAZ 5511 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə toqquşması nəticəsində 6.760 manat maddi ziyan dəymişdir. Nur-Avto MMC tərəfindən verilmiş arayış ilə iddiaçıya məxsus yük avtomobilinə dəymiş zərər 6.210 manat müəyyən edilmişdir. Sığorta şirkəti 1.665,62 manat ödəməyə razı olduğunu bildirir. Bunlara baxmayaraq cavabdeh dəymiş ziyanı ödəməkdən boyun qaçırır. Ona görə də o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmənin yeri və vaxtı haqqında məlumat verilsə də məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11 oktyabr 2022-ci il tarixli 8/2450 nömrəli ekspertiza rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücu R.M.X2 E240 markalı avtomobili hərəkət edərək “Maksimum surətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 90 km/saatdan sürətlə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kamaz-5511 **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən təqdim etməyə lüzum yoxdur. İş materiallarında olan 29 dekabr 2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Qərar razılaşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şəmkir hərbi prokuroruna təqdim edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş arayışın surətindən görünür ki, “KAMAZ 5511” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə dəymiş ziyanın məbləği 6.210 (altı min iki yüz on) manat təşkil edir. İş materiallarında olan Ağstafa RPŞ tərəfindən xx.xx.2017-cı il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Ağstafa rayonunun Qırılı kəndində yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29 maddəsinin 2-ci hissəsinə əsasən, «Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək uçun çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltməli və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, xx.xx.2022-ci il tarixdə hazırki iş üzrə cavabdeh olan Cavabdeh idarə etdiyi Mersedes-Benz E 240 markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil Qazax rayonu istiqamətində hərəkətdə olan zaman əks istiqamətdə olan iddiaçıya məxsus KAMAZ 5511 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə toqquşması nəticəsində 6.760 manat maddi ziyan dəyməsi, 1.665,62 manat pulun sığorta tərəfindən iddiaçıya ödənilməsi, cavabdehin iddiaçıya dəymiş qalıq ziyanı ödəməməsi, iddiaçının və cavabdehin izahatları və iş materialları ilə öz təsdiqini tapdığından iddia qismən təmin edilməli, Cavabdeh 4.544,62 (dörd min beş yüz qırx dörd manat altmış iki qəpik) manat və ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində dövlət rüsumu olmaqla cəmi 4.672, 62 (dörd min altı yüz yetmiş iki manat altmış iki qəpik) manat pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 4.544,62 (dörd min beş yüz qırx dörd manat altmış iki qəpik) manat və ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində dövlət rüsumu olmaqla cəmi 4.672, 62 (dörd min altı yüz yetmiş iki manat altmış iki qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rasulov
Məhkəmə qərarları › İş №2(015)-296/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-296/2024
18.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver