Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-297/2023 26.04.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyev katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh və Zaminan müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 4670,61 manat əsas, 380,04 manat faiz və 139.18 manat cərimə borcu olmaqla, ümumlikdə 5189.83 manat məbləğində borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 71,9 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli 030A********** saylı ərizəyə əsasən Bankın internet səhifəsində yerləşdirilimiş “Bank Xidmətlərinin Göstərilməsi Haqqında Müqaviləsinin ümumi şərtləri”, Tariflər və Valyuta Mənənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir.Həmin ərizəyə əsasən Cavabdeh 36 ay müddətinə, aylıq 1,75 faiz olmaqla, 5000 manat məbləğində kredit götürmüşdür. O, dəfələrlə ödənişləri yubatmış, ödənilməsi planlaşdırmış aylıq üçün xx.xx.2022-ci il tarixdən kredit borcu və faiz borcundan vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit botcundan 329,39 manat ödəniş etmiş və onun iddiaçıya 4670,61 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-ci bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba küçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən həmin şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərin hesablanmısı hesablanması başlamışdır. Faizlərin hesablanması müqaviləninin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadə hesablanır. Cavabdehin xx.xx.2023cü il tarixə 149 gün hesablanmış faiz borcu 380.04 manat təşkil etmişdir. Müqavilənin 7.20-ci bəndinə uygun olaraq borclu krediti və faizini vaxtəında banka qaytarmadıqda, hər gücikdirilən gün üçün kredit qalığın 0,1 faiz məbləğdə cərimə ödəməlidir.xx.xx.2023-cü il btarixə 149 gün üçün kredit üzrə hesablanmış cərimə 139,18 manat təşkil etmişdir.Kredit müqaviləsinə əsasən Cavabdeh ödəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh Zamin ilə zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Ona görə də Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh və Zamin müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 4670,61 manat əsas, 380,04 manat faiz və 139.18 manat cərimə borcu olmaqla, ümumlikdə 5189.83 manat məbləğində borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 71,9 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaşıya və cavabdehlərə məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişlər. Lakin iddiaçının nümayəndəsi Ruslan Məmmədov məhkəməyə teleqram göndərərək bildirdi , ki məhkəmə iclasında üzürlü səbəbddən iştrak edə bilməyəcək ona görə də iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-cu il tarixli 030A********** saylı kredit ərizədən (müqaviləsindən) görünür ki, Cavabdeh oğl ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-cu il tarixli ərizəsi (müqaviləsi) əsasında aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla 36 ay müddətinə, 5.000 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq cavabdeh Zamin ilə həmin tarixdə kredit müqaviləsi üzrə birgə məsuliyyət barədə zaminlik müqavilələri bağlanmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş arayışdan görünür kixx.xx.2022-cu il tarixdə bağladığı 030A********** saylı kredit müqaviləsi üzrə 4670,61 manat məbləğində əsas, 380,04 manat məbləğində faiz borcu və 139.18 manat məbləğində cərimə olmaqla ümumilikdə 5189,83 manat məbləğində borcu qalmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərə banka olan borclarını ödəmək üçün xəbərdarlıq məktubları göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsi əsasında, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə uyğun olaraq, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə iclasında müəyyən edilmişdir ki Cavabdeh və Zamin kredit müqaviləsini bağlayarkən üzərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirmədiklərindən Cavabdehnnun iddiaçı təşkilata 4670,61 manat əsas, 380,04 manat faiz, 139.18 manat cərimə borcu olmaqla ümumilikdə 5189,83 manat borcu qalmışdır. Həm bu səbəbdən və həm də yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, bank Cavabdeh və Zamin borcun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Mülki prosesual qanunvericiliyin tələblərinə görə qətnamənin nəticə hissəsində alınmalı olan ümumi məbləğ göstərilməlidir, gələcəkdə müdiləcək məbləğ göstərilə bilməz. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlərdən tələb etdiyi 139.18 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək hesablandığından həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-cu il tarixli 030A********** saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh və Zamin kredit müqaviləsi üzrə öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddia qismən təmin olunmalı, Cavabdeh və Zamin müştərək qaydada 4670,61 manat əsas, 380,04 manat faiz, 1 manat cərimə borcu, cəmi 5051,65 manat və ödənilmiş 71,9 manat məbləğində dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-cuil tarixli 030A********** saylı kredit müqaviləsi ləğv edilməlidir. Cavabdeh və Zamin müştərək qaydada 4670,61 (dörd min altı yüz yetmiş manat altmış bir qəpik) manat əsas, 380,04 (üç yüz səksən manat dörd qəpik) manat faiz, 1 (bir) manat cərimə borcu, cəmi 5051,65 (beş min əlli bir manat altmış beş qəpik) manat borc və ödənilmiş 71,9 (yetmiş bir manat doqquz qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-297/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-297/2023
26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver