Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-3/2024 09.04.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi və məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, İddiaçı "xxxx" QSC BOKT-nin cavabdehlər Cavabdeh və X3 qarşı “kredit borcunun ipotekaya yönəldilməsi və əmlakın hərracda satılması hesabına borcun tutulması tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı xx.xx.2021-ci il tarixində iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək əsas kredit borcu olaraq 13.710,00 manat, faiz borcu olaraq 6.237,69 manat, cəmi 19.947,69 manat, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, borcunun cavabdehlər Cavabdeh və X1 "xxxx" QSC BOKT-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, cavabdeh X4 mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, mənzilin açıq hərracda satılaraq tələb olunan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə müraciət edərək baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş edmişdir. Cavabdehlər məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gədiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə cavabdehlər Cavabdeh və X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 26 nömrəli kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 24 faiz olmaqla, 36 ay müddətinə 15.000,0 manat məbləğində kredit verilmişdir, cavabdeh isə krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.3-cü bəndinı görə borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 10.2-ci bəndinə görə borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə, kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0.1%-i məbləğində Borcverənə dəbbə pulu ödəməlidi. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 739-cu maddəsinə uyğun olaraq kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehlər Cavabdeh və X3 vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş, əsas borc və faiz borcları üzrə ödənişləri vaxtlı-vaxtında aparmamışdır. Cavabdehlər Cavabdeh və X4 iddiaçının qarşısında əsas borc olaraq əsas kredit borcu olaraq 13.710,00 manat, faiz borcu olaraq 6.237,69 manat, cəmi 19.947,69 manat, məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Ona görə də Məhkəmə MM-in 425, 427, 439, 442, 448, 449, 739 və 741-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehlər Cavabdeh və X1 borcun tutulması barədə tələb əsaslıdır. Kredit müqaviləsi üzrə cavabdeh X2 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə iddiaçı ilə cavabdehlər Cavabdeh və X2 arasında xx.xx.2014-cü il tarixli, 1160 saylı ipoteka müqaviləsi bağlanmış, mülkiyyət hüququ əsasında cavabdehlərə məxsus olan ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi barədə tələb MM-in 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Lakin cavabdehlər ipoteka ilə yüklü edilmiş mənzildən yalnız mənzil satıldıqdan sonra çıxarıla bilərlər. Belə ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsində göstərilən 1 aylıq müddətin axımı mənzilin satıldığı (alqı-satqı müqaviləsinin bağlandığı) tarixdən başlayır. Çünki hərrac baş tutmaya bilər, ipoteka saxlayan isə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilə bilər (“İpoteka haqqında” Qanun, maddə 43). Odur ki, mənzil satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər mənzili tərk etmədiyi halda onlar mənzildən məcburi çıxarılmalıdırlar. “İpoteka haqqında” Qanunun 39.3.3-cü bəndinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: İddia təmin edilsin. Əsas kredit borcu olaraq 13.710,00 manat, faiz borcu olaraq 6.237,69 manat, cəmi 19.947,69 manat və 30 manat dövlət rüsumu məbləğində pul Cavabdeh "xxxx" QSC BOKT-nın xeyrinə tutulsun. Tutma cavabdeh X2 mülkiyyətində olan ünvan 1ində yerləşən evə yönəldilsin. Mənzil açıq hərracda satılsın, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra pul "xxxx" QSC BOKT-a ödənilsin, qalan vəsait isə cavabdehə qaytarılsın. Mənzilin satışından əldə olunmuş vəsait pul öhdəliyinin icra edilməsi üçün kifayət etməzsə qalan vəsait cavabdehlərdən alınaraq "xxxx" QSC BOKT-a verilsin. Mənzil satıldıqdan sonra ən geci 1 (bir) ay tərk etmədiyi halda onlar mənzildən məcburi çıxarılsın. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rasulov
Məhkəmə qərarları › İş №2(015)-3/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-3/2024
09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver