Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-309/2023 02.05.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Rəsulovun sədrliyi, Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı BOKT İddiaçı QSC- nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı BOKT İddiaçı QSC-nin cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı “borcun ödənilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : BOKT İddiaçı QSC məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, Zamin1 Zamin2 müştərək qaydada 6.704,03 manat əsas, 96 manat faiz olmaqla, cəmi 6.800,03 manat borcun və 88 manat dövlət rüsumunun BOKT İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən iddiaçı BOKT İddiaçı QSC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək göstərdi ki, iddiaçı BOKT İddiaçı QSC-ti Bokt-ın idarə Heyətinin 06 avqust 2020-ci il tarixli qərarinin icrasi ilə əlaqədar İddiaçı QSC-nin Qazax filialı ilə ismaılov Əli Kərim oğlu arasında 04 dekabr 2020-ci il tarixli 219 BB saylı“Fiziki şəxslərin vaxt keçmiş kredit borcunun Restrukasiya Müqaviləsi ” bağlanmışdır. HHəmin müqaviləyə əsasən Cavabdeh 6704,03 manat vaxt keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablamaqla ödəniş qrafiki əsasında 5 il müddətinə İddiaçı QSC- yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Restruksiya Müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC-nin Qazax filialı ilə Zamin1 və Zamin2 arasında xx.xx.20220-ci il tarixli 219BB saylı zaminlik müqaviləsi üzrə bağlanmışdır. Cavabdeh qrafıkə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlarinə əməl etmənıişdir. Borclu əsas va faiz borcundan ödəniş etməmişdir. Bununla da cavabdeh İsmayılov X1 nıüqaviləşinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş va kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdch Cavabdeh "Aqrarkrcdit” QSC-yə olan əsas borcu 6.704,03 manat, faiz borcu 96 manat olmaqla, cəmi borcu 6.800,03 (altı min səkkiz yüz ınanat, üç qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh vo onun zanıinlərinə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilmasi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlarə göndərilmiş xəbərdarlıq məktubları nətİcəsİz qalmışdır. Ona görə də cavabdehlər Cavabdeh, Zamin1 Zamin2 müştərək qaydada 6.704,03 manat əsas, 96 manat faiz olmaqla, cəmi 6.800,03 manat borcun və 88 manat dövlət rüsumunun BOKT İddiaçı QSCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri vəı vaxtı barədə cavabdehlərə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Belə olan halda Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını nümayəndəsini dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçı BOKT İddiaçı QSC-ti Bokt-ın idarə Heyətinin 06 avqust 2020-ci il tarixli qərarinin icrasi ilə əlaqədar İddiaçı QSC-nin Qazax filialı ilə ismaılov Əli Kərim oğlu arasında 04 dekabr 2020-ci il tarixli 219 BB saylı“Fiziki şəxslərin vaxt keçmiş kredit borcunun Restrukasiya Müqaviləsi ” bağlanmışdır. HHəmin müqaviləyə əsasən Cavabdeh 6704,03 manat vaxt keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablamaqla ödəniş qrafiki əsasında 5 il müddətinə İddiaçı QSC- yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Restruksiya Müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC-nin Qazax filialı ilə Zamin1 və Zamin2 arasında xx.xx.20220-ci il tarixli 219BB saylı zaminlik müqaviləsi üzrə bağlanmışdır. Cavabdeh qrafıkə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlarinə əməl etməmişdir. Borclu əsas va faiz borcundan ödəniş etməmişdir. Bununla da cavabdeh İsmayılov X1 nıüqaviləşinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş va kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh "Aqrarkrcdit” QSC-yə olan əsas borcu 6704,03 ınanat, faiz borcu 96 manat olmaqla, cəmi borcu 6800,03 (altı min səkkiz yüz ınanat, üç qəpik) manat təşkil edir. Borclular yazılı və çox saylı şifahi müraciətlərə baxmayaraq borcu ödəməkdən imtina etmişlər və iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehlərin 6.704,03 manat əsas, 96 manat faiz olmaqla, cəmi 6.800,03 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış kredit və zaminlik müqavilələrinin müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehlərin isə müqavilələr üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 öz riskləri ilə kredit və zaminlik müqavilələri bağladıqlarından həmin müqavilələr üzrə yaranmış öhdəliklərə görə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, BOKT İddiaçı QSC tərəfindən cavabdehlərə qarşı məhkəmədə iddia qaldırılması üçün 88 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı QSC-nin Qazax filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 219BB saylı kredit müqaviləsinə əsasən cavabdehə 5 il müddətinə 1 faizlə 6.704,03 manat məbləğində kredit verilməsi, həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq digər cavabdehlər Zamin1 və Zamin2 ilə zaminlik müqaviləsi bağlanılması, lakin cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozaraq ödənişi tam icra etməməsi, onun kredit müqaviləsi üzrə iddiaçı təşkilata 6.704,03 manat əsas, 96 manat faiz olmaqla, cəmi 6.800,03 manat borcunun qalması sübuta yetirildiyindən iddia təmin edilməli, cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada 6.704,03 manat əsas, 96 manat faiz olmaqla, cəmi 6.800,03 manat borcun və 88 manat dövlət rüsumunun BOKT İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220, 284- 6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada 6.704,03 manat əsas, 96 manat faiz olmaqla, cəmi 6.800,03 manat borc və 88 manat dövlət rüsumu BOKT İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. X6
Məhkəmə qərarları › İş №2(015)-309/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-309/2023
02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver