Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-309/2024 05.04.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Nağıyev Sənan Tahir oğlunun katibliyi və iddiaçının nümayəndəsi (bacısı) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək “Hyundai İ30” markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq və yaxud avtomobilin dəyəri olan 16.000 (on altı min) manat pulun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında iştirak etməmiş, onu nümayəndəsi X4 təmsil etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən nümayəndə X4 iddianı müdafiə edərək bildirdi ki, iddiaçı özünə məxsus olan “Hyundai İ30” markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci ildə Cavabdeh satmış və bu barədə cavabdehin adına etibarnamə vermişdir. Cavabdeh maşını öz adına keçirərək heç bir ödəniş etməmişdir. İddiaçının dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh pulu ödəməmiş, nə də maşını geri qaytarmamışdır. Ona görə də iddianın təmin edilməsini Məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ona görə də iddianın təmin edilməsi üçün göstərilən iki hal sübut olunmalıdır: 1) iddiaçı “Hyundai İ30” markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir; 2) həmin avtomobil cavabdehin qanunsuz sahibliyindədir. İddiaçının “Hyundai İ30” markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobili üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim olunmayıb. Hazırkı mübahisə ilə bağlı ilk növbədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qaradağ rayon Polis İdarəsi 35-ci Polis Bölməsinin (PB) təhqiqatçısı tərəfindən qəbul olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İddiaçı Cavabdeh Gürcüstan Respublikasından Bakı şəhərinə satması üçün “HYUNDAİ İ30” markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini göndərməsi, lakin şəxsin vədinə əməl etməməsi, nəqliyyat vasitəsini öz adına keçirərək icarə verməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 102 - Zəng Məlumat Xidmətinə müraciət etmiş, PB-də bununla bağlı araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilmiş və C.Mamaedova mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin qərarda qeyd olunmuşdur: “Araşdırma zamanı izahatı alınmış vət. Cavabdeh izahat verərək göstərmişdir ki, X1 onu tanıdığını, telefon əlaqəsi yaratdığını iddia etməsini, X3 tanımamasını, Gürcüstan Respublikasının nəqliyyat vasitələrinin “autopapa” adlı saytında “OPEL ASTRA J” markalı nəqliyyat vasitəsini görməsini, bəyənməsi, onu əldə etmək üçün qohumu X5 zəng etməsini, neçə alaraq gətirə bilməsini soruşduqda, Süleymanov Zaur qaynım Məmmədov Cavanşir alıb göndərə bilməsini, Süleymanov Zaur vasitəsi ilə Məmmədov Cavanşirə etibarnamə verməsini, “OPEL ASTRA J” markalı nəqliyyat vasitəsinin ödənişini etməsini, nəqliyyat vasitəsi Bakı şəhərinə gəldikdən sonra Süleymanov Zaurdan təhvil almasını, bir müddət sonra Süleymanov Zaurun ona zəng edərək, öz istifadəsi üçün onun adına maşın almaq istədiyini, bu səbəbdən Süleymanov Zaura icazə verməsini, KMHDB81TP8U010489 ban nömrəli, 2008-ci il buraxılışlı “HYUNDAİ İ30” markalı nəqliyyat vasitəsini gətizdirməsini, gətirildiyi gündən Süleymanov Zaurda olmasını, X3 tanımamasını, heç bir əlaqəsinin olmamasını, Süleymanov Zaurun KMHDB81TP8U010489 ban nömrəli, 2008-ci il buraxılışlı, “HYUNDAİ İ30” markalı nəqliyyat vasitəsinin ödənişi edib etməməsi barədə heç bir məlumatının olmamasını qeyd etmişdir”. MPM-in 89.3-cü maddəsinə görə lazımi sübutların əsli və lazımi qaydada təsdiq olunmuş surəti təqdim olunmalıdır. Avtomobilin cavabdehin qanunsuz sahibliyində olması barədə isə Məhkəməyə heç bir sübut təqdim olunmamışdır. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəf tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən Məhkəmə hesab edir ki, iddia əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “əmlakın geri qaytarılması tələbi barədə” iddiası təmin olunmasın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rasulov
Məhkəmə qərarları › İş №2(015)-309/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-309/2024
05.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver