Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-31/2024 18.04.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkil X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı süni maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağstafa şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 82-də yerləşən ona məxsus yaşayış evindən istifadə etməsinə yaratdıqları süni maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Ağstafa şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 82-də yerləşən evi vardır. O, cavabdehlərlə qonşu olmaqla münasibətləri normal olmuşdur. Özünə məxsus evdə yaşamadığından mərhum atası Sadıx Sadıxov evə nəzarət etməyi Cavabdeh2 xahiş etmiş, sonuncu da özünə məxsus bəzi əmlakları həmin evə yığacağını, evə qayıdacaqları təqdirdə həmin əşyalarını götürəcəyini bildirmişdir. Onlar da cavabdehlə razılaşmışlar. Sonradan evinə qayıtdıqda cavabdehlər evə daxil olmağa imkan verməmişlər və həmin əmlaka sahiblik etmək istəyirlər. Bu barədə Ağstafa RPŞ-nə müraciət etmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə baxışı iclasında iştirak etməmiş, onu nümayəndəsi və vəkili X4 təmsil etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən nümayəndəsi və vəkil X4 iddianı müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan sənədlərlə və aparılmış məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli yaşayış evini iddiaçı xx.xx.1993-cü il tarixdə X1 almış və bu barədə aralarında həmin tarixdə müavilə bağlanılmışdır. Bundan sonra iddiaçının adına bütöv mülkiyyətçi kimi texniki pasport tərtib olunmuşdur. Həmin mənzilə iddiaçı köçənədək nəzarət etmək cavabdehlərə tapşırılmış, lakin iddiaçı öz evinə qayıdan zaman cavabdehlər süni maneə yaradaraq onun evə daxil olmasına imkan verməmişlər. Bu barədə Ağstafa RPŞ-nə müraciət etmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan müqavilənin surətindən görünür ki, Ağstafa şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 82-də yerləşən evi X2 iddiaçı İsmayılova (Sadıxova) Balaqız Sadıq qızına satmışdır. İş materiallarında olan texniki pasportun surətindən görünür ki, Ağstafa şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 82-də yerləşən evinə bütöv mülkiyyətçi kimi İsmayılova (Sadıxova) Balaqız Sadıq qızının adına texniki pasport tərtib olunmuşdur. Beləliklə məhkəmədə müəyyən olunmuşdur ki, cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsindən faktiki olaraq istifadə edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər. Beləliklə məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı İsmayılova (Sadıxova) Balaqız Sadıq qızına məxsus Ağstafa şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 82-də yerləşən yaşayış evindən istifadə etməsinə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan süni maneə aradan qaldırılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. İddiaçı İsmayılova (Sadıxova) Balaqız Sadıq qızına məxsus Ağstafa şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 82-də yerləşən yaşayış evindən istifadə etməsinə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan süni maneyə aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-31/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-31/2024
18.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver